Qeorq sözü azərbaycan dilində

Qeorq

Yazılış

  • Qeorq • 96.7742%
  • QEORQ • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qeorq Kantor
Georq Kantor — alman riyaziyyatçısı, müasir riyaziyyatın yaradıcılarından biri, çoxluqlar nəzəriyyəsinin banisi, həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir. == Həyatı == Georq Kantor birja makleri Georq Voldemar Kantor və Mariya Kantorun ailəsində dünyaya gəlmişdir. Onun atası Kopenhagendə anadan olmuş, gənc vaxtlarında Sankt-Peterburqa köçərək orada lütherlik missiyasiyasına qoşulmuşlar. Oğlununn sonrakı deyimlərinə görə onun atası separd ailəsinə mənsub olmuşdur. Anası Sankt-Peterburqda avstriya mənşəli musiqiçi ailəsində anadan olmuşdur. Kantor ailəsində uşaqlar sərt dini mühitdə tərbiyə almışlar. Ona görə də Georq Kantor ömrünün çox hissəsini dərin dini təsəvvürə malik bir insan olaraq qalmışdır. O 11 yaşında olarkən ailəsi atasının səhhətinin pisləşməsi ucbatından Visbadendə yerləşən kurort şəhərinə köçür. Bir az sonra onlar Frankfurt na Mayn şəhərinə köçürlər. Məktəbi bitirdikdən sonra 1860-cı ildə o Sürixdəki politexnik məktəbinə daxil olur.
Qeorq Moller
Qeorq Moller (alm. Georg Moller‎; 21 yanvar 1784[…], Dipholts[d], Aşağı Saksoniya – 13 mart 1852[…], Darmştat) — alman memar, şəhər planlayıcısı, memar tarixçisi. Karl Fridrix Şimkel və Leo fon Klentse ilə yanaşı, klassikliyin və romantizmin görkəmli nümayəndəsi sayılır. == Bioqrafiyası == Norveç keşişinin ailəsində anadan olub. Hannover, Karlsrue və İtaliyada təhsil almışdır. Təhsil müddətində Fridrix Veynbrenner ilə tanış oldu. Vətəninə qayıtdıqdan sonra Qessen-Darmştadt Şahzadəsinin xidmətinə daxil olsu. Məhkəmə memarı və şəhər planlaşdırıcısı olaraq bir sıra tanınmış layihələr həyata keçirdi. Tələbələri arasında Huqo fon Ritqen, Fridrix Maksimilian Hessemer, Ferdinand Ştadler və başqaları vardı. 1818-ci ildə, Qessen-Darmştadt Böyük Hersoqunu memarlıq abidələrinin qorunmasına dair ilk fərmanı qəbul etməyə inandırdı.
Qeorq Torpağı
Qeorq Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan Rusiyaya məxsus olan ada. Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın uzunluğu 115 km, sahəsi — 2821 km² təşkil edir. Qeorq Torpağı arxipelaqın ən böyük adasıdır. Ən hündür zirvəsi Brusilov kupol buzlağıdır (416 m). Ada buxta və fiodlarla parçalanmışdır. Qeorq Torpağı ilə Aleksandra Torpağı arasında Kembricski boğazı yerləşir. == Tarixi == Ada britaniyalı qütb araşdırmaçısı Benjamin Li Smit Kral V Georqun şərəfinə adlandırmışdır.
Qeorq Fridrix Knap
Qeorq Fridrix Knap (alm. Georg Friedrich Knapp‎; 7 mart 1842, Gissen, Hessen – 20 fevral 1926[…], Darmştat) — alman statistik və siyasi iqtisadçı, yeni tarixi məktəbin nümayəndəsi. Elli Hoys-Knappın atası. Münhen, Berlin, Göttingen universitetlərində təhsil almışdır. Statistik idarənin direktoru (1867-ci ildən), Leypsiqdə professor (1869-cu ildən), daha sonra Strasburqda professor (1874–1918) vəzifələrində çalışmışdır. == Elmi töhfəsi == Əhali statistikasının görkəmli bir nəzəriyyəçisi olan Knapp, ciddi bir riyazi mənşəyi olan az sayda statistikistlərdən biri idi; xüsusilə Knapp, ölüm indeksini təyin etmək üçün bir metod inkişaf etdirdi. Sosial statistika sahəsində Knapp sosial hadisələrin qanunlarını qaçınılmaz təbiət qanunlarının xarakterinə aid etmədi; fiziki qanunların əxlaqi və statistik hadisələrin sabitliyinə təsirini tanıyaraq, ictimai etikanın inkişafından azad iradə məsələsini gündəmə gətirən metodoloji bir mövzu alacağını gözlədi. Dövlətin pul nəzəriyyəsini inkişaf etdirdi, burada dövləti pul dövriyyəsinin tənzimlənməsi yolu ilə ölkə iqtisadiyyatını idarə etmək qabiliyyətinə bağladı. Knappın pul nəzəriyyəsi Con Meynard Keynsin fikirlərini dəstəkləyirdi. Aqrar inkişafın əsas növlərini və yayılma sahələrini araşdıran Strasburq aqrar tarix məktəbinin banilərindən biridir.
Qeorq Vilhelm Rixman
Qeorq Vilhelm Rixman (alm. Georg Wilhelm Richmann‎) – Alman əsilli Rusiya fizikidir. Elektrik hadisələri üzərində M.V.Lomonosov və Q.V.Rixmanın apardığı tədqiqat, mahiyyət etibarilə ən dəyərlidir. Bu alimlər hava hissəciklərinin müxtəlif atmosfer cərəyanları zamanı bir-birinə sürtünməsi nəticəsində elektriklən-məsini və buradan da ildırım hadisəsinin elektrik təbiətli olmasını isbat etmişlər. Lakin Qeorq Rixman təcrübə zamanı Kürəvi ildırımın zərbəsindən həlak olmuşdur. Onun ölümü zamanı M.V.Lomonosov bura gəlmiş və yerdə qara ləkənin olduğun görmüşdür. Bu hadisədən sonra bir müddət Rusiyada elektrik üzərində araşdırmaya qadağan qoyulmuşdur. Qeorq Rixman tarixdə təcrübə zamanı ölmüş ilk alimdir.
II Qeorqi (Abxaziya çarı)
II Georgi (gürc. გიორგი II) — 923-957-ci illərdə hakimiyyətdə olmuş Abxaziya çarı. II Georgi Ançabadze sülaləsindən III Konstantinin oğlu və varisidir. Onun hakimiyyəti dövrü Abxaziya krallığının siyasi və mədəni cəhətdən çiçəklənmənin zirvə dövrü kimi qəbul edilir. II Georgi xələflərinin ölkə ərazisini genişləndirmə siyasətini davam etdirirdi. Onun əsas məqsədlərindən biri də Gürcüstanı birləşdirmək idi. Ögey qardaşı Baqratın üsyan qaldırması səbəbindən bütün ölkə ərazisində hakimiyyətini tam bərqərar etməsi bir müddət gecikdi. == Həyatı == II Georgi 923-cü ildə atası III Konstantinin vəfatından sonra taxta çıxdı. Bu dövrdə Georginin kiçik qardaşı Baqrat qardaşının hakimiyyətini qəbul etmədi və üsyan qaldırdı. Baqrat əyanlardan bir hissəsinin dəstəyini alaraq qardaşını hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırırdı.
IV Qeorqi Quriyeli
IV Georgi Quriyeli (gürc. გიორგი IV გურიელი; XVII əsr – 1726, Batumi) — Quriyeli sülaləsindən olan Quriya knyazlığının hökümdarı. 1714-1726-cı illərdə hakimiyyətdə olmuşdur. 1716-cı ildə qısa müddətdə İmereti çarı olsa da, həmin il taxtdan imtina etmək məcburiyyətində qaldı. İmeretidən Quriyaya qayıdarkən anası Helena, qardaşı III Keyxosrov və bir qrup əyan tərəfindən IV Georgini hakimiyyətdən salmaq üçün çevriliş hazırlandı. Georgi bu dövrdə Meqreliya knyazı Bejan Dadiani ilə sülh əldə etdikdən sonra hakimiyyətini qoruya bildi. == İlk illəri == IV Georginin atası Quriya knyazı III Mamiya, anası isə knyaz Georgi Abaşidzenin qızı Helenadır. IV Georgi 5 yanvar 1714-cü ildə III Mamianın ölümündən sonra vəliəhd şahzadə kimi Quriya knyazı olmuşdur. Həmçinin son İmereti çarının devrilməsi ilə IV Georgi 1716-cı ildə İmeretiya çarının taxtına oturmuşdur. Lakin hakimiyyəti sadəcə üç ay sürmüşdür.
Leyla Qeorqiyevna Mesxi
Leyla Qeorqiyevna Mesxi (gürcü. ლეილა გიორგის ასული მესხი; 5 yanvar 1968, Tbilisi, SSRİ) — peşəkar Sovet və Gürcü tennis təmsilçisidir. SSRİ millisində 1990 -cı il Federasiya Kubokunun finalçısı, 1992 -ci ildə Barselonada keçirilən Olimpiadanın bürünc mükafatçısıdır (Nataliya Zvereva ilə birlikdə). == İdman karyerası == Leyla Mesxi yeddi yaşında tennis oynamağa başladı və Quram Toxadze ilk məşqçisi oldu. Həm də karyerasının əvvəlində dördqat Avropa çempionu Teymuraz Kakulia tərəfindən məşq edildi. 1986 -cı ildə Mesxi, Natalya Zvereva ilə birlikdə qızlar arasında Fransa Açıq Çempionatının ikiqat turnirində qalib gəldi və bir ay sonra Uimbldonda keçirilən gənclər turnirinin finalında ona məğlub oldu. İlin sonuna qədər Beynəlxalq Tennis Federasiyasında (BTF) qızlar arasında reytinqində birinci oldu. Elə həmin il Merilend ştatının Bethesda şəhərində ilk peşəkar turnirini qazandı. Bu uğuru Zvereva ilə birlikdə əldə etdi və təklikdə SSRİ qış çempionluğunu qazandı (üç il sonra "yay" SSRİ çempionu adını əlavə etdi). 1987 -ci ilin yanvar ayında BTF-in sponsorluğu ilə ilk peşəkar tək turnirini qazandı.
Nevena Qeorqievna
Nevena Qeorqievna (mak. Невена Георгиева 25 avqust 1925, Skopye – 16 dekabr 1942, Nejilovo[d], Çaşka[d]) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü. == Bioqrafiyası == 25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur 16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur.
Qeorqievski qayası
Müqəddəs Hadisə qayası (ukr. Скeля святого Явлення) və ya Georgievski qayası — Yəşəm çimərliyindən 140 metr, Fiolent burnundan isə 1,5 km aralıda yerləşən su səthi qaya. Qaya öz adını 891-ci il də burada qəzaya uğramış yunanlarla bağlıdır. Onlar burada Müqəddəs Qeorqievi görürlər. Qayanın üzərində elə həmin ildə onun ikonası aşkarlanır. Bu səbəbdən bir müddət sonra yaxınlıqda Balaklav Müqəddəs-Qeorqievski məbədi inşa edilir 1891-ci ildə qaya üzərində xaç quraşdırılır. Xaç 1920-ci illlərdə bolşeviklər tərəfindən dağıdılır. 14 sentyabr 1991-ci ildə Müqəddəs-Nikolski məbədi tərəfindən 1400 km ağırlığında provaslav xaçı quraşdırılmışdır. Bu xaçın quraşdırılmasında Rusiya Qara dəniz donanması köməklik göstərmişdir. == Mənbə == Qeorqievski qayası Balaklav Müqəddəs-Qeorqievski məbədi.
Qeorqius Aqrikola
Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) – == Həyatı == Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) 1494-cü ildə Saksoniyanın Qlauxau (alm. Glauchau) şəhərində kətan toxucusu ailəsində ikinci uşaq kimi dünyaya gəlmişdir. 1514-cü ildən 1518-ci ilə qədər Leipsiq Universitetində qədim dillər üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Çvikau (alm. Zwikau) şəhərində işləmək təklifini alır. Beləliklə o, 1518-ci ildə Çvikau şəhər məktəbində rektor vəzifəsində işləməyə başlayır. Aqrikola məktəbdə köklü dəyişikliklər edərək latın, yunan, hebron dilləri ilə bərabər əkinçilik, üzümçülük, tikintişünaslıq, ölçmə, hesablama, əzcazçılıq və hərbşünaslıq sahələrini də tədrisə daxil edir. 1521-ci ildə Aqrikola yenidən tibb üzrə təhsil almaq üçün öncə Leipsiq, 1523-çü ildə isə Boloniyaya və Padua şəhərlərinə gedir. 1527-ci ildə Almaniyaya qayıdan Aqrikola Kemnits (alm. Chemnitz) şəhərində həkim kimi işə başlayaraq ömrünün sonuna kimi burada işləmişdir.
Qeorqiy Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Qeorqiyevsk
Georqiyevsk — Rusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2004 ••••••••••• 0.34
2006 ••••••••••••••• 0.45
2008 •••••••• 0.24
2009 •••••••••••••••••••• 0.64
2010 ••••••••••••••• 0.45
2011 ••••••••••• 0.34
2012 •••••• 0.17
2013 ••••••••••••••••••• 0.58
2014 •••••• 0.17
2017 ••••••••••• 0.33
2018 ••••• 0.15
2019 ••••••••• 0.28

Oxşar sözlər

#qeorq nədir? #qeorq sözünün mənası #qeorq nə deməkdir? #qeorq sözünün izahı #qeorq sözünün yazılışı #qeorq necə yazılır? #qeorq sözünün düzgün yazılışı #qeorq leksik mənası #qeorq sözünün sinonimi #qeorq sözünün yaxın mənalı sözlər #qeorq sözünün əks mənası #qeorq sözünün etimologiyası #qeorq sözünün orfoqrafiyası #qeorq rusca #qeorq inglisça #qeorq fransızca #qeorq sözünün istifadəsi #sözlük