qiblə sözü azərbaycan dilində

qiblə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qiblə • 81.4433%
  • Qiblə • 17.5258%
  • QİBLƏ • 1.0309%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qiblə
== İslam dinində qiblə == Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Arxası qibləyə (film, 2009)
Arxası qibləyə filmi rejissor Asif Rüstəmov tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SKM Prodakşn, Dərviş Prodüser Mərkəzi və Buta Film kino şirkəti tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Nicat Əliyev, Elsevər İsmayılov, Taleh İdrisov, Elmir Heydərov, Vaqif Osmanov və Gülzar Osmanova ifa edirlər. == Məzmun == Filmin qəhrəmanı gənc Əlidir. Onu döyürlər, qorxaq deyirlər… Hətta yaxın qohum-əqrəbası da onu “balaca qorxaq” adlandırır. Bu ləqəbdən qurtulmaq üçün o cəsurluğunu sübut etməlidir...
Qibləməscid (Bostanabad)
Qibləməscid (fars. قبله مسجد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (21 ailə).
Qibləteyn məscidi
İkiqibləli məscid (ərəb. المسجد القبلتین‎) — Mədinədə məscid. Qiblənin dəyişdirilməsi barədə ayə nazil bu məsciddə olarkən Peyğəmbərə nazil olduğuna görə, məscidin adı hadisədən götürülmüşdür. Bəqərə surəsinin 144-cü ayəsi Məhəmməd peyğəmbərə bu məsciddə nazil olub. "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-Hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2007 •••••• 0.21
2009 •••••••• 0.32
2010 •••••••••••••••••••• 0.82
2011 ••• 0.09
2012 ••••••••••••••• 0.60
2013 •••••••• 0.29
2017 •••••••• 0.33

qiblə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Namaz qılarkən müsəlmanların üzlərini çevirdikləri tərəf (Məkkədə müqəddəs sayılan Kəbə adlı binanın səmti). Burada axund molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. C.Məmmədquluzadə. 2. Cənub, cənub tərəf. Külək qiblədən əsir. – Səhər-səhər sərin qiblə yelləri; Heç yolun düşdümü canan dağına? M.P.Vaqif. Belə kölgəlik tikəndə, gərək elə tikilsin ki, səbətləri üzü qibləyə qoymaq [mümkün] olsun. H.Zərdabi. Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. N.Vəzirov. ◊ Qibleyi-aləm köhn. – müsəlman Şərqində hökmdara müraciət forması. [Böyükxanım:] Azərbaycan xalqı qibleyi-aləmin qurduğu üsuli-idarəni istəmir. M.S.Ordubadi. Şah hiddətlə dedi: – Sadıq xan, sən də belə!… Bir demirsən ki, niyə Məmməd bəy qibleyi-aləmin hüzuruna gəlmir?… Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / qiblə

qiblə sözünün etimologiyası

qiblə sözünün sinonimləri (yaxın mənalı sözlər)

qiblə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. религ. 1. кыбла (сторона, к которой мусульмане обращаются лицом во время молитвы) 2. устар. юг 3. перен. идейная направленность, устремлённость

    Azərbaycanca-rusca lüğət / qiblə

qiblə sözünün inglis dilinə tərcüməsi

qiblə sözünün fransız dilinə tərcüməsi

qiblə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кьибле (капӀдамаз мусурманри чин элкъуьрдай пад, Кябе галай пад); 2. кьибле пад, леф пад; ** qibleyi-aləm куьгьн. къиблейи-алем (мусурманрин рагъэкъечӀдай пата гьукумдарриз муражиат ийидай форма).

    Azərbaycanca-ləzgicə lüğəti / qiblə

qiblə sözünün türk dilinə tərcüməsi

qiblə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) cənub; 2) cənub küləyi, qiblə yeli; 3) namaz qılarkən müsəlmanların üzlərini çevirdikdəri tərəf; 4) pənah aparılan yer. Qiblei-aləm bax gibləgah (3-cü mənada); qiblei-hacət ehtiyac zamanı üz tutulan yer və ya adam; ümid yeri.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"qiblə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qiblə nədir? #qiblə sözünün mənası #qiblə nə deməkdir? #qiblə sözünün izahı #qiblə sözünün yazılışı #qiblə necə yazılır? #qiblə sözünün düzgün yazılışı #qiblə leksik mənası #qiblə sözünün sinonimi #qiblə sözünün yaxın mənalı sözlər #qiblə sözünün əks mənası #qiblə sözünün etimologiyası #qiblə sözünün orfoqrafiyası #qiblə rusca #qiblə inglisça #qiblə fransızca #qiblə sözünün istifadəsi #sözlük