Bitkilərin qidalanması
Bitkilərin qidalanması — Bitkilərin qidasız yaşaya bilmədiyindən xarici mühitdən daim qida maddələri
alırlar. Qidalanma sayəsində orqanizm böyüyür, inkişaf edir və çoxalır. Qidalanma ətraf mühitdən həyat fəaliyyəti üçün lazım olan qida maddələrinin udulması və mənimsənilməsi prosesidir. Bitkilərin bir çoxunun qidalanmasında onların kökləri iştirak edir.
== Qida maddələrinin formaları. Anionlar və kationlar ==
Bitki üçün lazım olan qida elementləri torpaqda bərk, maye və qaz halında mövcuddur. Torpaqda bərk halda olan qida maddələri Ca, Fe, Mg, K-dur. Torpaqda maye halda olan qida maddələri isə ionlar şəklindədir. Qaz halında olan qida maddələri isə torpaq havasında oksigen, karbon iki oksid, azot və s. kimi elementlərdir.