qiraət sözü azərbaycan dilində

qiraət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qiraət • 96.3466%
  • Qiraət • 3.3985%
  • QİRAƏT • 0.2549%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kriminal qiraət (film, 1994)
Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub.
Məşədi Qulam qiraət öyrənir (pyes)
Məşədi Qulam qiraət öyrənir — == Əsər haqqında == "Məşədi Qulam qiraət öyrənir" pyesi 1971-ci ildə Kamran Məmmədov tərəfindən Azərbaycan Dövlət nəşriyyaıtnda nəşr edilən "Seçilmiş əsərlər"i kitabına daxil edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir" əsərini 1927-ci ildə qələmə alıb. Bir pərdə iki şəkildən ibarət olan əsər yazıçının Sovet dövründə qələmə aldığı ilk komediya kimi tanınır. Əsərdə cahil və sadəlövh obraz olan Məşədi Qulamın başına gələn hadisələr təsvir olunur. Həyat yoldaşına xəyanət edən Məşədi Qulam Quran öyrənmək adı ilə Nataşanın evinə gedir və qadın tərəfindən sərxoş edilir. Sərxoş olduğu üçün Nataşa onun bütün pullarını ələ keçirir. Sonra Məşədi Qulamın həyat yoldaşı və oğlu həmin yerdən onu götürürlər. Əsər komediya janrında olduğu üçün bütün dövrlərdə insanların diqqətini cəlb edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.04 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 6.85
2003 ••••• 1.97
2004 ••••••••• 3.71
2005 •••••••••••••• 5.40
2006 ••••••••••• 4.28
2007 •••••••••••••••••••• 8.25
2008 ••••••••••• 4.39
2009 ••••••••••••• 5.28
2010 ••••••••••• 4.18
2011 •••••••••••••••• 6.26
2012 ••••••••••••• 4.99
2013 •••••••• 3.21
2014 ••• 0.86
2015 •••• 1.36
2016 •••••• 2.43
2017 •••••••• 3.25
2018 ••••••• 2.70
2019 ••••••••••• 4.17
2020 •••••••••• 3.71

qiraət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi. – …Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar. C.Məmmədquluzadə. Aqil şeri bərkdən və qiraətlə (z.) oxuyurdu. Ə.Vəliyev. // Ümumiyyətlə oxuma; mütaliə. Qiraət etmək. Qiraətlə məşğul olmaq. □ Qiraət zalı (otağı) – qəzet, kitab və s. oxumaq üçün zal, otaq, qiraətxana, mütaliə otağı. Qiraət zalında Vahidin bir masası vardı. Mir Cəlal. ◊ Qiraət koması – kəndlərdə mədəniyyət sarayları meydana gəlmədən qabaq: mədənimaarif ocağı. [Cahan:] Hər yerdə qiraət koması açılır. Ə.Haqverdiyev. Məktəb uşaqlarının köməyi ilə tarla düşərgəsində qəşəng bir qiraət koması düzəlmişdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / qiraət

qiraət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 QİRAƏT (müəyyən qayda və üsul ilə oxuma) Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar (C.Məmmədquluzadə); OXU [Molla Sadıq:] Bizim mürşidimiz, cəddinə qurban olduğum Seyid Nigarinindir. Oxu öyrən, başqalarını da başa sal, onun müridi ol.. (İ.Şıxlı); MÜTALİƏ Hidayət masa arxasında oturub, ciddi bir mütaliəyə dalmışdı (M.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qiraət

qiraət sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. чтение: 1. чтение текста. Maraqlı qiraət интересное чтение, bədii qiraət художественное чтение, qiraət dərsi урок чтения 2. только мн. ч. чтения (цикл лекций или докладов в память выдающегося деятеля). Vinoqradov qiraətləri Виноградовские чтения II прил. читальный (о помещении). Qiraət zalı читальный зал; qiraət etmək читать

    Azərbaycanca-rusca lüğət / qiraət

qiraət sözünün inglis dilinə tərcüməsi

qiraət sözünün fransız dilinə tərcüməsi

qiraət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кӀелун (тайин тир са къайдада, тегьерда); qiraət etmək кӀелун; qiraət zalı (otağı) газетар, улубар ва мс. кӀелдай зал (кӀвал).

    Azərbaycanca-ləzgicə lüğəti / qiraət

qiraət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. oxu, mütaliə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"qiraət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qiraət nədir? #qiraət sözünün mənası #qiraət nə deməkdir? #qiraət sözünün izahı #qiraət sözünün yazılışı #qiraət necə yazılır? #qiraət sözünün düzgün yazılışı #qiraət leksik mənası #qiraət sözünün sinonimi #qiraət sözünün yaxın mənalı sözlər #qiraət sözünün əks mənası #qiraət sözünün etimologiyası #qiraət sözünün orfoqrafiyası #qiraət rusca #qiraət inglisça #qiraət fransızca #qiraət sözünün istifadəsi #sözlük