Tunisdə çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər:
. Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır.
İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi.
1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar:
2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili;
3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı.
Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə.