* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Qiyməti, dəyəri yüksək, baha olan; bahalı. Qiymətli xalça. Qiymətli hədiyyə. Qiymətli şeylər. Almaz qiymətli daşdır. – …Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə. Hələ üstəlik, dəllək arvadının qiymətli boyunbağısı, qızıl suyuna çəkilmiş gümüş kəməri … vardı. S.Rəhimov. // Üzərində qiyməti yazılmış olan, dəyəri üzərində göstərilmiş, pul ilə ifadə olunan. Qiymətli kağızlar. Qiymətli banderol. 2. məc. Çox lazımlı, çox mühüm, çox dəyərli. Qiymətli işçi. Arxivdən qiymətli sənədlər tapılmışdır. Qiymətli əsər. Qiymətli məlumat əldə etmək. – Budur, yanlarından keçdi bir nəfər; Qoltuğunda qalın, qiymətli cildlər. M.Müşfiq. 3. məc. Üstün, yaxşı, xoş, əziz.
Azərbaycan dilinin izahlı lüğəti / qiymətli2 прил. 1. ценный: 1) с обозначенной стоимостью, ценой. Qiymətli bağlama ценная посылка, qiymətli məktub ценное письмо, qiymətli banderol ценная бандероль 2) имеющий большую цену. Qiymətli hədiyyə ценный подарок, qiymətli kağızlar ценные бумаги 3) перен. важный, нужный. Qiymətli xəbər ценное сообщение, qiymətli kəşf ценное открытие, qiymətli tədqiqat ценное исследование, qiymətli təklif ценное предложение, qiymətli işçi ценный работник, qiymətli əsər ценное произведение, qiymətli sənədlər ценные документы 2. драгоценный, дорогой: 1) очень ценный, стоящий больших денег. Qiymətli daş драгоценный камень, qiymətli xəz драгоценный мех 2) перен. имеющий большое значение. Qiymətli vaxt драгоценное время, qiymətli materiallar дорогие материалы 3. мат. значащий. Qiymətli rəqəm значащая цифра
Azərbaycanca-rusca lüğət / qiymətli1 s. valuable, precious; ~ şəkil / brilyant / məlumat / kəşf / hədiyyə / təklif və s. valuable picture / diamond / information / discovery / present / suggestion, etc.; ~ daş precious stone; ~ vaxt precious time; ~ məktub registered letter
Azərbaycanca-ingiliscə lüğət / qiymətli1 sif. précieu//x, -se ; de prix, de valeur ; ~ daş pierre f précieuse
Azərbaycanca-fransızca lüğət / qiymətli1 прил. 1. къиметлу, къимет авай, багьа, масан (мес. затӀар, гам); // винел къимет (мас) кхьенвай, пулуналди къалурнавай (мес. кагъазар, бандерол); 2. пер. къиметлу; еке метлеб авай; гзаф лазим (важиб, герек) тир (мес. кӀвалахдар, малумат); 3. пер. хъсан, хуш, кӀани, азиз.
Azərbaycanca-ləzgicə lüğəti / qiymətli