Qlin sözü azərbaycan dilində

Qlin

Yazılış

  • Qlin • 93.9394%
  • qlin • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baltik-Ladoqa qlinti
Baltik-Ladoqa qlinti və ya Baltik-Ladoqa uçurumu (dan. Klint — uçurum, sıldırım) — Baltik dənizinin qərbindən, İsveçin Eland adalarından başlayıb, Estoniya, Leninqrad vilayəti və Ladoqa gölünə kimi uzanan qlint və ya uçurum. Qlintin uzunluğu təxminən 1100—1200 km-dir. Baltik-Ladoqa qlinti daha çox estoniyanın İda-Virumaa vilayətində özünü qabarıq göstərir. Bu bölgədə qlintin hündürlüyü 56 metrə çatır. Leninqrad vilayətində isə hündürlük 40-50 metrdən yüksək deyil. Pulkova yüksəkliyi adlanan bu ərazidə Pulkova rəsədxanası yerləşir. Bölgədə yerləşən bir çox tarixi qəsrlər məhs bu uçurumların üzərində inşa edilmişdir. Qlint kembri və ordovik süxurlarının səthinə çıxma sərhədinə uyğun gəlir. Ordovik süxurlarından ibarət olan yüksəkliyin cənubundakı təpə Ordovik yaylası adlanır (Leninqrad vilayətində - İjor yüksəkliyi).
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. == Elmi fəaliyyəti == Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. == Xarici keçidlər == Глинка Константин Дмитриевич.
Mixail Qlinka
Mixail İvanoviç Qlinka (rus. Глинка, Михаил Иванович; 20 may (1 iyun) 1804 – 15 fevral 1857[…], Berlin[…]) — tanınmış Rusiya bəstəkarı. == Həyatı == Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Uşaqlıq illərini orada keçirmiş, Rus təbiətini müşahidə etmiş və Rus kəndlilərinin həyatı ilə yaxından tanış olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq fortepiano, skripka və fleytada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan,italyan,fars və s. kimi 8 xarici dil bilirdi. 1817-ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
Nikolay Qlinka
Qlinka Nikolay Leonidovic == Həyatı == Polyak mənşəli qədim zadəgan nəslindən olan N.L.Qlinka Smolensk quberniyasının Poreçensk qəzasının Kovşır kəndində podporuçik Leonid Alekseyeviç Qlinkanın ailəsində 7 may 1887-ci ildə anadan olmuşdur. 1893-1900-cı illərdə Nikolay Qlinka Smolenskin Aleksandrovski qimnaziyasında təhsil almışdır. 1900-1902-ci illərdə Moskva universitetinin təbiət şöbəsinin fizika-riyaziyyat fakultəsində təhsilini davam etmişdir. Lakin 19 may 1902-ci ildə tələbələrin siyasi çıxışlarının iştirakçısı kimi universitetdən xaric edilmiş və 3 ay həbs olunmuşdu. Almaniyaya qetdikdə, Nikolay Hottinq universitetinə daxil olmuş və orada 1905-ci ildə kimya üzrə ibtidai elm dərəcəsi almışdır. Həmin ildə o M.D.U.-nə bərpa olundu və 1908-cu ildə I dərəcəli diplom ilə universiteti bitirdikdən sonra kimya kafedrasında saxlanılırmışdır. 1911-ci ildə öz rəhbəri N.D.Zelinski və 3 müəllim yoldaşları ilə istefa verərək universiteti tərk etdilər. Bu, onların xalq təhsili naziri L.A.Kassonun özbaşınalığına qarşı etiraz idi. 1912-1924-cü illərdə N.L.Qlinka Podolskda real kollecdə müəllimlik etmiş, orada kimya laboratoriyasını təşkil etmişdir, məktəbdə kimyanın öyrənilməsinin yeni metodikalarını inkişaf etdirmişdir və onların tətbiqi ilə çox ciddi məşqul olmuşdur. 1918-ci ildə kollec məktəb kimi fəaliyyətə başlamışdır (hal-hazırda Podolsk Bələdiyyə ümummitəhsil təşkilatı ̶ “Lisey №1”) və N.L.Qlinka onun direktoru olmuşdur.
Qlinistı adası
Qlinistı — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles və Ozyornı adaları arasında yerləşir. Hər iki ada arasında məsafə təqribi olaraq 500 metrdir. 1 km məsafədə uzanır. Eni 300–400 metr təşkil edir. . Adada seçilən yüksəklik yoxdur. Adada yüksəklik və su tutarı yoxdur. Adanın ətrafı saylarla əhatələnmişdir.
Qlint
Qlint-(rus. глинт, ing. glint)(dan. klint –uçurum, sıldırım) struktur plato boyu denudasiya nəticəsində yaranmış uçurum. Mis: Baltik-Ladoqa əhəngdaşı qlinti. Baltika dənizinin sahilindən Ladoqa gölünün cənub sahilinə qədər uzanır. Şimali Amerikada Kanada kristallik sipərini haşiyələyən qlint.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2009 •••••••• 0.16
2010 •••••••••••••••••••• 0.45
2011 •••••••• 0.17
2013 ••••••• 0.15
2014 •••••••• 0.17
2020 •••••••••••• 0.27

Oxşar sözlər

#qlin nədir? #qlin sözünün mənası #qlin nə deməkdir? #qlin sözünün izahı #qlin sözünün yazılışı #qlin necə yazılır? #qlin sözünün düzgün yazılışı #qlin leksik mənası #qlin sözünün sinonimi #qlin sözünün yaxın mənalı sözlər #qlin sözünün əks mənası #qlin sözünün etimologiyası #qlin sözünün orfoqrafiyası #qlin rusca #qlin inglisça #qlin fransızca #qlin sözünün istifadəsi #sözlük