Qocay sözü azərbaycan dilində

Qocay

Yazılış

  • Qocay • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alı Qocayev
Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. == Həyatı == Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı, yeddi nəvəsi var. Azərbaycan Respublikasının Milli Məclisinin sabiq spikeri Oqtay Əsədov ilə qudadır.
Anar Aslan Oğlu Qocayev
Anar Aslan Oğlu Qocayev (17 dekabr 1976-cı ildə doğulub.) — Azərbaycanlı şəhid. == Həyatı == Qocayev Anar Aslan oğlu 17 dekabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 27 saylı texniki-peşə məktəbini bitirib tornaçı peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == Anar Qocayev hələ yaşı çatmasa da, gecə-gündüz fikri xəyalı döyüş bölgəsində olmuş,küçədə belə əsgər görəndə evdə olan ərzaqdan həmin əsgərlərə verərmiş.Televizorda Xocalı soyqırımı haqqında verilişə baxdıqdan sonra rahat dayana bilməyən Anar səhərisi gün cəbhəyə gedəcəyinə and içmişdir. Səhərisi gün anası işdən evə qayıdanda Anarın evdə olmadığını görmüş, balıncın altından «Məni bağışla anacan, dözə bilmirəm. Özündən muğayat ol. Hələlik!» sözləri yazılmış bir məktub tapmışdır.Beləliklə, Anar Qocayev hələ 16 yaşı tamam olmamış, 1991-ci ildə cəbhəyə yollanmış, bir neçə döyüş əməliyyatlarında layiqli iştirak etmiş, döyüş bacarığı ilə tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Qocayev Anar Aslan oğlu 21 sentyabr 1992-ci ildə Laçın rayonunun Sarıbaba yüksəkliyində döyüş əməliyyatını yerinə yetirən zaman itkin düşmuşdur. Kəpəz Rayon Məhkəməsinin 2-3601997 nömrəli qətnaməsinə əsasən Qocayev Anar Aslan oğlu ölmüş elan edilmişdir. == İrsi == == İstinadlar == "GƏNCƏ ŞƏHİDLƏRİ".
Anar Qocayev
Anar Aslan Oğlu Qocayev (17 dekabr 1976-cı ildə doğulub.) — Azərbaycanlı şəhid. == Həyatı == Qocayev Anar Aslan oğlu 17 dekabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 27 saylı texniki-peşə məktəbini bitirib tornaçı peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == Anar Qocayev hələ yaşı çatmasa da, gecə-gündüz fikri xəyalı döyüş bölgəsində olmuş,küçədə belə əsgər görəndə evdə olan ərzaqdan həmin əsgərlərə verərmiş.Televizorda Xocalı soyqırımı haqqında verilişə baxdıqdan sonra rahat dayana bilməyən Anar səhərisi gün cəbhəyə gedəcəyinə and içmişdir. Səhərisi gün anası işdən evə qayıdanda Anarın evdə olmadığını görmüş, balıncın altından «Məni bağışla anacan, dözə bilmirəm. Özündən muğayat ol. Hələlik!» sözləri yazılmış bir məktub tapmışdır.Beləliklə, Anar Qocayev hələ 16 yaşı tamam olmamış, 1991-ci ildə cəbhəyə yollanmış, bir neçə döyüş əməliyyatlarında layiqli iştirak etmiş, döyüş bacarığı ilə tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Qocayev Anar Aslan oğlu 21 sentyabr 1992-ci ildə Laçın rayonunun Sarıbaba yüksəkliyində döyüş əməliyyatını yerinə yetirən zaman itkin düşmuşdur. Kəpəz Rayon Məhkəməsinin 2-3601997 nömrəli qətnaməsinə əsasən Qocayev Anar Aslan oğlu ölmüş elan edilmişdir. == İrsi == == İstinadlar == "GƏNCƏ ŞƏHİDLƏRİ".
Asif Qocayev
Asif Yolçu oğlu Qocayev (1 mart 1991, Gəncə – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Asif Qocayev 1991-ci il martın 1-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Asif Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Asif Qocayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı özü yaralı ola-ola yaralı yoldaşlarını təxliyə edərkən şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1.2.3.4.5.6.
Azər Qocayev
Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. 2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb. 2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib. 2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
Ağa Qocayev
Ağa Ağasi oğlu Qocayev (15 avqust 1960, Gəncə) — Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Ağa Qocayev 1960-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978–1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur. Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. == Hərbi xidməti == Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 181 saylı hərbi hissədə sürücü idi.
Ağa Qocayev (əsgər)
Ağa Ağasi oğlu Qocayev (15 avqust 1960, Gəncə) — Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Ağa Qocayev 1960-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978–1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur. Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. == Hərbi xidməti == Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 181 saylı hərbi hissədə sürücü idi.
Etibar Qocayev
Etibar Xasay oğlu Qocayev (20 fevral 1964, Bakı – Ağdaban, Kəlbəcər rayonu, 31 iyul 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qocayev Etibar Xasay oğlu 1964-cü ilin fevralın 20-də Bakıda anadan olmuşdur. 1982-ci ildə fizika-riyaziyyat təmayüllü məktəbini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu yaxşı davranış və qiymətlərlə bitirərək, Azərbaycana qayıtmışdır. 1992-ci ilin fevral ayının 26-da ermənilə Xocalıda soyqırım etdi. Onların törətdikləri vəhşiliklər, ağlasığmaz qeyri-insani hərəkətlər onu dərindən sarsıtmışdı. Xocalı faciəsindən sonra, Etibar Qocayev 1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Onu taqım komandiri təyin etmişdilər. 3 ay vuruşduqdan sonra Etibar fərqləndiyinə görə baş leytenant rütbəsinə layiq görüldü. Onun ilk döyüş yeri Laçın, Zəngilan rayonları ərazisində gedən döyüşlərdən keçdi.
Etibar Qocayev (şəhid)
Etibar Xasay oğlu Qocayev (20 fevral 1964, Bakı – Ağdaban, Kəlbəcər rayonu, 31 iyul 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qocayev Etibar Xasay oğlu 1964-cü ilin fevralın 20-də Bakıda anadan olmuşdur. 1982-ci ildə fizika-riyaziyyat təmayüllü məktəbini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu yaxşı davranış və qiymətlərlə bitirərək, Azərbaycana qayıtmışdır. 1992-ci ilin fevral ayının 26-da ermənilə Xocalıda soyqırım etdi. Onların törətdikləri vəhşiliklər, ağlasığmaz qeyri-insani hərəkətlər onu dərindən sarsıtmışdı. Xocalı faciəsindən sonra, Etibar Qocayev 1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Onu taqım komandiri təyin etmişdilər. 3 ay vuruşduqdan sonra Etibar fərqləndiyinə görə baş leytenant rütbəsinə layiq görüldü. Onun ilk döyüş yeri Laçın, Zəngilan rayonları ərazisində gedən döyüşlərdən keçdi.
Eyvaz Qocayev
Eyvaz Vaqif oğlu Qocayev (1984, Sarallı Xəştab, Zəngilan rayonu) — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru == Həyatı == 1984-cü ilin aprel ayının 12-də Azərbaycan SSR-in Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. == Fəaliyyəti == Çox erkən yaşlarından ictimai həyatda aktiv iştirak etməyə başlayıb. Gənclər təşkilatlarında, media orqanlarında təsisçi və rəhbər vəzifələrdə çalışıb. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycanın ilk regional xəbər portalı olan "Sumqayitxeber.com”un təsisçisi və baş redaktorudur. Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı "Karyera bələdçisi” kitabı Azərbaycanda ən çox oxunan kitablar sırasındadır. Yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev Sumqayıt şəhərinin sosial-mədəni həyatında xüsusi fəallığı ilə fərqlənib. Şəhərin ictimai həyatında aktiv iştirakına və xidmətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. 2010-cu ildə "İlin gənc jurnalisti” adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən öz təşəbbüsü ilə namizəd kimi iştirak etmişdir.
Fəxrəddin Qocayev
Qocayev Fəxrəddin Fərman oğlu — şəhid. == Həyatı == Fəxrəddin Qocayev 1973-cü ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. Xanlar RHK-ndan Milli Orduya çağırılmışdır. Sıravi əsgər Fəxrəddin Qocayev 10 fevral 1994-cü ildə həlak olmuşdur. Xanlar rayon Şəhidlər xiyabanında dəfn olunmuşdur. == Mənbə == Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə. Gəncə-2007. səh. 42 Azərbaycan Respublikası Xatirə Kitabı.
Gülnara Qocayeva Məmmədova
Gülnara Qocayeva-Məmmədova (Gülnara Nadir qızı Qocayeva-Məmmədova; 1959, Qızılhacılı, Marneuli rayonu) – Gürcüstan alimi, assosatsion professor (dosent). == Həyatı == Gülnara Qocayeva Məmmədova 1959-cu ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin Qızılhacılı kəndində anadan olmuşdur. Qocayeva Məmmədova 1982-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı ixtisasını fərqlənmə ilə bitirmişdir. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Azərbaycan Təhsil Problemləri İnstitutunda, professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda elmlər namizədi olmuşdur. == Karyerası == 1982–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universiteti kitabxanaçı, müəllim və baş müəllim kimi çalışmışdır. 1999–2005-cı illərdə Tbilisi Humanitar Universitetində, 2003–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında, 2006–2009-cu illərdə Türkiyənin Qafqaz Universitetində, 2010–2011-ci illərdə isə Heydər Əliyev Gürcüstan-Azərbaycan Universitetində dosent (assosatsion professor) kimi çalışmışdır. == Önəmli əsərləri == Kitablar2002 Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri – Global-Print / TbilisiMəqalələri1995 Tiflisdə Azərbaycan Milli Gimnaziyası. – Azərbaycan Məktəbi, Sayı 1–3 / Bakı 1999 Borçalıda Maarif Qaranquşları (Gürcüstanda Demokratik Respublika Dövründə Azərbaycanlı Müəllimlər Hazırlığı Tədbirləri). – Pedaqoji Tədqiqatlar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi məqalələr məcmuəsi, Sayı 1, s. 105–111 / Bakı 1999 ქართული ენის სწავლება აზერბაიჯანულ სკოლებში (1918-1921 წწ) = Azərbaycan məktəblərində Gürcü Dilinin Tədrisi (1918–1921-ci illərdə).
Günəş Qocayev
Günəş Əfqan oğlu Qocayev (12 noyabr 1996; Xaçmaz rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Günəş Qocayev 1996-cı il noyabrın 12-də Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Günəş Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Günəş Qocayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürsəl Qocayev
Qocayev Mürsəl Eyvaz oğlu - jurnalist. == Həyatı == 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur. 1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1948-ci ildə bitirmişdir. 1948-49 tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953-55-ci illərdə tədris hissə üzrə direktor müavini işləmişdir. 1955-ci ilin yanvarında Qubadlı rayon partiya komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayon “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir. 1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş Zəngilan, Qubadlı, Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə Azərbaycan MK və Azərbaycan NS-nin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzeti nəşr olunmağa başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngian üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə kimi işləmişdir. 1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonu üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuş və 1965-ci ildə həmin rayonlar ayrılıb özlərində qəzet buraxmağa başlanandan sonra o, “Kənd həyatı” rayon qəzetində redaktor fəaliyyətini davam etdirmişdir. 1986-cı ildə təqaüd yaşına çatsa da onu vəzifədən azad etməmişlər.
Məhəmməd Qocayev
Məhəmməd Qəmbər oğlu Qocayev (1912, Qaçağan, Borçalı qəzası – 27 noyabr 1972, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Məhəmməd Qəmbər oğlu Qocayev 1912-ci ildə anadan olmuşdur.1917-ci ildə atasını itirən 5yaşlı Məhəmməd, anası Xeyransa Alı qızının himayəsində qalır. 1927-ci ildə Məhəmməd Qocayev komsomol sıralarina qəbul olunur,1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat alır. Məhəmməd Qocayev 1936-cı ildə "Gündoğan"kolxozuna sədr seçilir.
Natiq Qocayev
Natiq Vəli oğlu Qocayev (d.5 sentyabr 1972, Baki ş.) — jurnalist, "Tərəqqi" medalı mükafatçısı. == Həyatı == 1972-ci il 5 sentyabrda Baki şəhərində ziyallı ailəsində anadan olub. Atası Vəli Qocayev, fizika-riyaziyyat elmləri üzrə professor, Azərbaycan Memarlıq və İnşaat Universitetide 50 ilə yaxın çalışmışdır. Natiq Qocayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. 24 fevral 2019-ci il tarixində Bakı şəhərində vəfat edib. 4 fevral Natiq Qocayevin atası Vəli Qocayev vəfat edib. == Əmək fəaliyyəti == Jurnalist Natiq Vəli oğlu Qocayev 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışır. Bu müddət ərzində o, Natiq Qocaman təxəllüsü ilə "Polis", "Serial" qəzetlərində, həmçinin müstəqil Azərbaycanın ictimai-siyasi həyatını mətbuat səhifələrində müntəzəm olaraq və obyektiv şəkildə şərh etmişdir. 2011-ci ildən fəaliyyətə başlayan "Mediainfo" xəbər agentliyi N.V.Qocayevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü uğurlarını təhlil və təbliğ edir. Ermənistan və Azərbaycan Respublikalarının milli qəhrəmanlarının müqayisəli şəkildətəhlilini əks etdirən yazı isə Türkiyə mətbuatının diqqətini cəlb etdiyindən, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlamışlar.
Nicat Qocayev
Nicat Qocayev — Misir inqilabı zamanı qətlə yetirilmiş Azərbaycan səfirliyinin əməkdaşı == Həyatı == Nicat Qocayev 1987-ci il yanvarın 12-də Ağcabədidə anadan olub. Onun uşaqlıq dövrü və gəncliyi doğma yurdunda keçib. Orta məktəbi əla qiymətlərlə bitirən Nicat Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olur. Orta məktəbdə olduğu kimi, universitetdə də əlaçı oxuyur. Universiteti bitirdikdən sonra ikinci ali təhsil almaq qərarına gəlir. Və İqtisadiyyat Universitetinin mühasibat uçotu fakültəsinə daxil olur. 23 yaşında qiyabi təhsil ala-ala Xarici İşlər Nazirliyində işə düzəlir. Onun səfirlikdə işə düzəlməsinə öz biliyi və bacarığı yardımçı olur. Belə ki, Nicat türk, rus, ingilis, ərəb dillərini müstəqil bilirdi. 8 ay XİN-də çalışdıqdan sonra 2010-cu ilin avqust ayında onu Qahirəyə, Azərbaycanın Misirdəki səfirliyinə ezamiyyətə göndərirlər.
Niftalı Qocayev
Niftalı Qocayev (biofizik)
Niftalı Qocayev (biofizik)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). == Həyatı == Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır.1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. == Əmək fəaliyyəti == Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır. 1967-1969-cu illərdə İttifaq Universitetləri Müəllim­lərinin İxtisaslarını Artırma fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
Niftalı Qocayev (professor)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). == Həyatı == Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır.1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. == Əmək fəaliyyəti == Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır. 1967-1969-cu illərdə İttifaq Universitetləri Müəllim­lərinin İxtisaslarını Artırma fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
Niftalı Qocayev (əsgər)
Niftalı Zakir oğlu Qocayev (20 noyabr 1994; Çaylı, Qazax rayonu - 1 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niftalı Qocayev 1994-cü il noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 2001-2012-ci illərdə E.Cəfərov adına 2 saylı Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Niftalı Qocayev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Niftalı Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Niftalı Qocayev noyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nizami Qocayev
Nizami Mehralı oğlu Qocayev — İsmayıllı rayon polis şöbəsinin rəisi (2016-cı ilə qədər) == Həyatı == Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olmuşdur. Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edildi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olundu. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi. Nizami Mehralı oğlu Qocayev Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 13 mart tarixli hökmü ilə məhkum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 13 mart 2002-ci il tarixli 678 saylı fərmanı ilə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nizami Mehralı oğlu Qocayev cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.. Hal-hazırda Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisidir.2016-cı ildən bu vəzifədə çalışır.
Qocayev İsgəndər
Rəhim Qocayev
Rəhim Xəlil oğlu Qocayev (10 avqust 1979, Şəki, Azərbaycan SSR) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Rəhim Xəlil oğlu Qocayev 10 avqust 1979-cu ildə Şəkidə doğulub. Şəki şəhər 10 saylı məktəbdə oxuyub. Məktəb illərindən "Radio-Elektronika" ilə məşğul olub. Bu bilgisinə görə 1997-ci ildə Şəki Dövlət Dram Teatrına radist götürülüb. Həmin ilin sonunda hərbi xidmətə gedib. 1997 – 1999-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Teatrda radist işləyib. İşlədiyi müddətdə Aktyor sənətinə böyük maraq oyanıb və həmin truppada çalışmaq arzusunda olub. Bu həvəsinə görə onu müxtəlif tamaşalarda kütləvi səhnələrdə sınayıblar.
Saleh Qocayev
Saleh Balay oğlu Qocayev (12 sentyabr 1899, İlisu, Nuxa qəzası – 4 may 1984, Bakı) — azərbaycanlı ixtiraçı alim; texnika elmləri namizədi (1949); Azərbaycan SSR Ali Sovetinin (1–4-cü çağırış) deputatı; Zaqafqaziya Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini; Neft İnstitutunun rektoru (1941–1960). == Həyatı == Saleh Qocayev 1896-cı ildə İlisu kəndində anadan olmuşdur. Zaqatala sənət məktəbində təhsil almağa başlasa da, valideynləri vəfat etdiyi üçün Bakıya köçür. O, 15 yaşında Bakıda Nobel qardaşlarının zavodunda işləməyə başlayır. 1925-ci ildə Bakıda fəhlə fakültəsini bitirərək Neft İnstitutunun Texnologiya fakültəsinə daxil olmuş, eyni zamanda S.Budyonnı adına zavodda çilingər işləmişdir. Bir müddətdən sonra partiya səfərbərliyi xətti ilə rayonlara göndərilmiş, yalnız 1928-ci ildən dərslərə davam edərək 1932-ci ildə maşınqayırma şöbəsi üzrə mühəndis diplomu almışdır. == Siyasi fəaliyyəti == 1917-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına qatılan Saleh Qocayev Balakən Rayonu Fəhlə Gənclər İttifaqının sədr seçilmişdir. O, 1918-ci ildə Bakı Sovetinin deputatı seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həbs olunsa da, həbsxanadan qaçaraq İlisuya getmişdir. O, İlisuda Azərbaycan Kommunist Partiyasının özəyini yaratmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

"qocay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qocay nədir? #qocay sözünün mənası #qocay nə deməkdir? #qocay sözünün izahı #qocay sözünün yazılışı #qocay necə yazılır? #qocay sözünün düzgün yazılışı #qocay leksik mənası #qocay sözünün sinonimi #qocay sözünün yaxın mənalı sözlər #qocay sözünün əks mənası #qocay sözünün etimologiyası #qocay sözünün orfoqrafiyası #qocay rusca #qocay inglisça #qocay fransızca #qocay sözünün istifadəsi #sözlük