Qonaqkənd (Şamaxı)
Qonaqkənd – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Qonaqkənd kəndi Hacılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qonaqkənd kənd Soveti yaradılmışdır.
== Tarixi ==
XIX əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. XIX əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir.
== Coğrafiyası və iqlimi ==
Kənd Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilində yerləşir.
== Əhalisi ==
Kənd əhalisi tatlardan ibarətdir. 1919-cu il tarixində ermənilər tərəfindən 155 evlik Qonaqkənd kəndində 25 kişi, 5 qadın, 4 uşaq öldürülmüşdür. Kənd əhalisi 882 nəfərdir ki, onun da 416 nəfəri kişi, 466 nəfəri isə qadınlar təşkil edir.
== İqtisadiyyatı ==
Kənddə 166 təsərrüfat var.