qonaqpərəst sözü azərbaycan dilində

qonaqpərəst

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qonaqpərəst • 93.3333%
  • QONAQPƏRƏST • 3.3333%
  • Qonaqpərəst • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qonaqpərəstlik
Qonaqpərəstlik (rus. Куначество; qonaqçılıq sözündən törəmişdir) — Qədim Qafqazda adət. Adətə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti yaşayır ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər. Buna oxşar adətlər çernoqoriyalılar, ərəblər və digər xalqlarda da müşahidə edilmişdir. Qonaqpərəstlik adəti xalqlararası əngəllərin aradan qaldırılması və qonşu xalqlar arasında dostluq münasibəti yaranmasında böyük rol oynamışdır. Beləliklə, müxtəlif xalqlar arasında əməkdaşlıq və ticarət artmışdır. Rusdilli mənbələrdə "Куначество" adlandırılan bu terminin kökü qədim türk dilindən törəmiş "qonaq" sözündən gəlir. Adətin yaranma dövrü məlum deyil. Qonaqpərəstlik adətinin mövcudluğunu sübut edən ən erkən yazılı sübut XV əsrdə çərkəzlər haqda əsərlər yazmış genuyalı səyyah Corcino İnterianonun yazılarında müşahidə olunur.

qonaqpərəst sözünün leksik mənası və izahı

  • 1 sif. [qonaq və fars. …pərəst] Qonaqsevən; evinə gələn qonağa çox hörmət edən. Qonaqpərəst adam. – Bizim yerlərdə sizə əziz bir qonaq kimi hörmət edirdilər, baba, … xalqımız son dərəcə qonaqpərəstdir. M.Hüseyn. Bu qədər qonaqpərəst bir ailədə yaşadığına baxmayaraq, son dərəcə darıxır. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / qonaqpərəst

qonaqpərəst sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 QONAQPƏRƏST (qonağı sevən adam) [Çiçək Elsevərə:] Göz dəyməsin, yaman qonaqpərəstsiniz (Ə.Qasımov); QONAQCIL Qulam dayı: Məşədibəy qonaqcıl oğlandır (M.Hüseyn); QONAQSEVƏN Afaq: Elimiz-obamız qonaqsevəndir.. (M.Hüseyn); MEHMANDAR Tiflisə çatar-çatmaz, İrakli xanın mehmandan onlan zadəganlardan birinin evinə aparıb rahatladı (Çəmənzəminli); QONAQPƏRVƏR, MEHMANPƏRƏST, MEHMANPƏRVƏR.

    Azərbaycan dilinin sinonimlər lüğəti / qonaqpərəst

qonaqpərəst sözünün rus dilinə tərcüməsi

  • 1 прил. гостеприимный, радушный, хлебосольный. Qonaqpərəst ailə гостеприимная семья, qonaqpərəst ev sahibi хлебосольный хозяин

    Azərbaycanca-rusca lüğət / qonaqpərəst

qonaqpərəst sözünün inglis dilinə tərcüməsi

qonaqpərəst sözünün fransız dilinə tərcüməsi

qonaqpərəst sözünün ləzgi dilinə tərcüməsi

"qonaqpərəst" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qonaqpərəst nədir? #qonaqpərəst sözünün mənası #qonaqpərəst nə deməkdir? #qonaqpərəst sözünün izahı #qonaqpərəst sözünün yazılışı #qonaqpərəst necə yazılır? #qonaqpərəst sözünün düzgün yazılışı #qonaqpərəst leksik mənası #qonaqpərəst sözünün sinonimi #qonaqpərəst sözünün yaxın mənalı sözlər #qonaqpərəst sözünün əks mənası #qonaqpərəst sözünün etimologiyası #qonaqpərəst sözünün orfoqrafiyası #qonaqpərəst rusca #qonaqpərəst inglisça #qonaqpərəst fransızca #qonaqpərəst sözünün istifadəsi #sözlük