Qondarma Erməni soyqırımı
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin İstanbul və Ankara yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Lakin indiyədək ermənilər tərəfindən əsaslı sübutlar gətirilməyib.