qonşu sözü azərbaycan dilində

qonşu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qonşu • 91.1092%
  • Qonşu • 8.8585%
  • QONŞU • 0.0231%
  • qonŞu • 0.0092%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnadkar qonşu
İnadkar qonşu (ing. "Importunate Neighbour", və ya ing. "Parable of the Friend at Night") britaniyalı rəssam Vilyam Holman Hant tərəfindən 1895-ci ildə çəkilmişdir və hazırda rəsm Avstraliyada yerləşən Viktoriya milli qalereyasında sərgilənir. == Əsərin təsviri == Rəsmdəki adam köhnə bir qapını yumruqlayır. Özündən bezmiş, yorulmuş bir vəziyyətdə qapının açılmağını gözləyir. Gecə yarısıdı və gedəcək bir yerinin olmadığı görünür. Ayaqları çılpaq, əynində isə sadəcə bir entari ( gecə paltarı ) var. Bəlkə də uzun bir yol gəlmiş, sığınmaq üçün bir evə ehtiyacı var idi. Ancaq qapını aça bilmir, çünki qapının dəstəyi yoxdur. Onun gözləməkdən başqa çarəsi yoxdur.
Qonşu qonşu olsa... (film, 1989)
== Məzmun == Film-tamaşa qonşuların bir-birinə soyuq münasibətlərindən danışır. Lakin bu binaya daxil olan yaşlı bir qadın bu soyuq buzları sanki əridir. Qonşular bir-birilərini tanımağa başlayırlar. Bütün film boyu bəstəkar Ruhəngiz Qasımovanın xoş musiqisi filmi bəzəyir. == Film-tamaşa haqqında == Aktyor Yaşar Nuri bu film-tamaşada 11 fərqli obraz yaratmışdır.
Qonşu qadın (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Qonşudakı casus (film, 2010)
Qonşudakı casus (ing. The Spy Next Door) — Ceki Çan'ın rol aldığı komediya-ailə filmi. Filmin rejissoru Brayan Levantdır. Film Nyu-Meksiko ştatının Rio Ranço şəhərində oktyabrın sonundan dekabrın sonuna qədər çəkilib. Film ABŞ-də 15 yanvar 2010-cu ildə yayımlanıb. = Məzmunu = CIA-nin xidmətində Çin kəşfiyyatının agenti olan yumşaq davranışlı Çinli Bob (Ceki Çan), evlənmək istədiyi gözəl bir qadının və üç uşağının yanında yaşayır. Bir qonşu təcili olaraq bir neçə günə getməlidir və Bob uşaqlara baxmaq üçün könüllüdür. Fəaliyyəti müddətində evə rus mafiyasının ovladığı və uşaqlardan hansını yüklədiyini göstərən bir sənəd gətirir. Bundan sonra Bob və uşaqlarda çətinliklər yaranmağa başlayır və Bob, məlumatı "oğurlayan" uşaqları qoruyaraq, rus mafiyası ilə mübarizə aparmaq məcburiyyətində qalır, həmçinin uşaqlara və qonşuya olan hisslərini sübut etməyə çalışır. = Rollarda = Ceki Çan — Bob Ember Valletta — Cillian (Bobun qonşusu) Maqnus Skevinq — Anton Poldark (rus terrorçusu) Mablen Karroll — Farren (Cillianın ögey qızı) Uill Şedli — Lan (Cillianın oğlu) Alina Foli — Nora (Cillianın qızı) Billi Rey Sayrus — Kalton Ceyms (Bobun ortağı) Corc Lopez — Qleyz (Bobun patronu) Lukas Till — Larri (Poldarkada işləyən bir gənc) Katrin Beher — Tatyana Kril = Musiqi = "Secret Agent Man" Conni Rivers tərəfindən ifa edildi.
Qonşular (film, 2006)
Qonşular — Ramin Hacıyevin rejissoru və ssenaristi olduğu çoxserialı Azərbaycan bəddi filmi (teleserial). == Məzmun == Filmdə bir binada yaşayan qonşuların başına gələn məzəli əhvalatlardan söhbət açılır. Lakin burada "qonşun pisdir, köç, qurtar" prinsipinə rast gəlinmir. Hamı can deyib, can eşidir. == Film haqqında == Filmin seriyaları Mənim Ailəm, Qısqanclıq, Loto adlanır.
Qonşuların pəncərəsi (qısametrajlı film, 2019)
Qonşuların pəncərəsi - Marşal Karrinni yazdığı və rejissorluq etdiyi 2019-cu il Amerika istehsalı qısametrajlı fılm. 2020-ci ildə Ən Yaxşı Canlı Aksiya Qısa Filmi üzrə Akademiya Mükafatını qazandı. Film Dayn Veypertin Sevgi və Radio podkastında danışdığı həqiqi hekayədən ilhamlanıb. == Mövzu == Elli və Yakob üç azyaşlı uşaqları ilə Nyu-Yorkda yaşayan 30-lu yaşlar cütlükdür.
Qonşum Totoro
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi. === Məzmun === Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər.
Qonşutəpə yaşayış yeri
Qonşutəpə — abidə Ağcabədi rayonu ərazisində, Qəbristanlıqtəpə yaşayış yerindən 95 m şimalda yerləşir. Bu diametri 95 m, hündürlüyü 3 m olan, cənub hissəsi dağılmış təpədır. Toplanmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.
Romeo mənim qonşumdur (film, 1963)
== Məzmun == Kinolent iki qonşu arasında gedən ixtilafdan və bunun əksinə olaraq həmin qonşuların övladlarının məhəbbətlərinin təntənəsindən danışır. == Film haqqında == Film rejissor Şamil Mahmudbəyovun böyük kinoda ilk müstəqil işidir. Film aktyor Səyavuş Aslanın kinoda ilk işidir. Film bəstəkar Rauf Hacıyevin eyniadlı operettasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Bəstəkar : Rauf Hacıyev Ssenari müəllifi : V. Yesman, İosif Prut Quruluşçu rejissor : Şamil Mahmudbəyov Quruluşçu operator : Teyyub Axundov Quruluşçu rəssam : Nadir Zeynalov, Cəbrayıl Əzimov Rejissor : Rüfət Şabanov Səs operatoru : Ağahüseyn Kərimov Montaj edən : Yevgeniya Abdirkina Qrim rəssamı : Y. Belyanskaya Redaktor : İshaq İbrahimov Rejissor assistenti : Əsgər İsmayılov, Əşrəf Mamayev, Y. Fomina Operator assistenti : İ. Qafarov Dekor rəssamı : Eduard Abdullayev Məsləhətçi-döyüş səhnələri : L. Blox Filmin direktoru : Bəşir Quliyev Çalır : Filmlər İstehsalı İdarəsinin Orkestri Dirijor : L. Ossovski Mahnıları ifa edən : Rəşid Behbudov, S. Həsənova, X. Qurbanova, Mirzə Babayev, R. Topçuyev === Rollarda === Adil İsgəndərov-Quliyev K. Kozmina-Aqrippina Nikolayevna Aşot Nersesyan-Boqdanov Sofa Bəsirzadə-Solmaz xanım Nadejda Samsonova-Stella İrakli Xizanişvili-Arif Ariadna Şengelaya-Nona Səyavuş Aslan-Səməd İppolit Xviçiya-Kolumb Mikaela Drozdovskaya-Şura Səlim Vəkilov-Murik Yusif Yulduz-Evlər idarəsinin mudiri Cabbar Əliyev-Ev yiyəsi Nəzirə Salmanova-Ev yiyəsinin arvadı Əliheydər Həsənzadə-Əliheydər Tələt Rəhmanov-Pivə içən Dadaş Kazımov-Pivə içən Əli Xəlilov-Pivə içən === Filmi səsləndirənlər === Mustafa Mərdanov-Kolumb (İppolit Xviçiya) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli-Yunis (Adil İsgəndərov) (titrlərdə yoxdur) Ətayə Əliyeva-Aqrippina Nikolayevna (K. Kozmina) (titrlərdə yoxdur) Hökümə Qurbanova-Nona (Ariadna Şengelaya) (titrlərdə yoxdur) Sadıq Hüseynov-Boqdanov (titrlərdə yoxdur) Əli Zeynalov-Arif (İrakli Xizanişvili) (titrlərdə yoxdur) Bahadur Əliyev-Murik (Səlim Vəkilov) (titrlərdə yoxdur) Həsənağa Turabov-Səməd (Səyavuş Aslan) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 257.
Romeo mənim qonşumdur

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 77.85 dəfə / 1 mln.
2002 •••••••••••••••• 82.23
2003 •••••••••••••••••••• 108.66
2004 ••••••••••••••••••• 100.39
2005 •••••••••••••••• 83.67
2006 •••••••••••••••••• 97.53
2007 ••••••••••••••••• 89.01
2008 •••••••••••••••• 83.56
2009 •••••••••••••••• 83.83
2010 ••••••••••••••• 80.43
2011 •••••••••••••• 73.09
2012 ••••••••••••• 65.40
2013 ••••••••••••••••• 88.84
2014 ••••••••••••••• 80.49
2015 •••••••••••••• 73.32
2016 ••••••••••••• 65.25
2017 ••••••••••••• 67.64
2018 ••••••••••••••• 80.61
2019 •••••••••••• 62.03
2020 •••••••••••••• 75.59

qonşu sözünün leksik mənası və izahı

  • 1 1. is. Birinin bilavasitə yaxınlığında, yaxud birisi ilə yanaşı yaşayan adam. Həyət qonşusu. Ev qonşusu. Otaq qonşusu. Qapı qonşusu. – Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi. C.Məmmədquluzadə. Pələngin dərisini soyub, evə dönərkən qonşular başıma toplandı. A.Şaiq. Bu zaman qonşunun kamanı dilləndi. İ.Əfəndiyev. 2. sif. Qonşuluqda, bilavasitə yaxınlıqda, ya yanaşı olan. Qonşu həyət. Qonşu ev. Qonşu otaq. Qonşu ölkə. – [Almaz:] Bu, mənim nişanlımın ən yaxın bir dostudur. Qonşu kənddə müəllimdi… C.Cabbarlı. Qonşu həyətin qapısı başqa küçəyə açılırdı. Mir Cəlal. Rəhim bəy rəngi kül kimi bozarmış halda cəld addımlarla qonşu otağa keçdi. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / qonşu

qonşu sözünün etimologiyası

  • 1 Qoşulmaq sözü ilə qohumdur, qoşnı kimi olub. M.Kaşğaridə oxuyuruq: “böri (canavar) qoşnısın yeməz”. Alimlər bu sözü bəzən qonmaq feili ilə əlaqələn­di­rir­lər, iki səbəbə görə həmin mülahizəni doğru hesab etmək olmaz: 1. Mən­bələrdə qonşu sözünün qoşnu forması da var, deməli, qoşulmaq feili ilə bağlıdır. 2. Başqa dillərdə də qonşu və qoşulmaq sözləri fərqləndirilir. Məsələn, rus dilində qonşuya “сосед” (со birgəlik bildirir) deyilir, elə bu da “qoşulma” anlamı ilə bağlıdır. Ona görə də mən qoşnu variantını daha düzgün hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qonşu

qonşu sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. QONŞU [Səməd:] Qonşularımız danışır ki, atam xoşxasiyyət, mülayimrəftar imiş (Ə.Vəliyev); HƏMXANƏ (köhn.) Batin üzündə yar ilə həmxanəyəm yenə (Xətayi); HƏMSAYƏ (köhn.) Anlar nə ata, nə ana, həmsayə bizim qız! Xandostu! Düşübdür yenə sevdayə bizim qız! (Ə.Nəzmi). 2. qonşu bax həmsərhəd

    Azərbaycan dilinin sinonimlər lüğəti / qonşu

qonşu sözünün rus dilinə tərcüməsi

  • 1 1. сосед; 2. соседний, смежный;

    Azərbaycanca-rusca lüğət / qonşu
  • 2 I сущ. сосед. соседка. Həyət qonşusu сосед по двору, bağ qonşusu сосед по даче, mənzil qonşusu сосед по квартире, qonşularla dostluq etmək дружить с соседями II прил. соседний. Qonşu otaq соседняя комната, qonşu həyət соседний двор, qonşu şəhər соседний город, qonşu kənd соседнее село, qonşu rayon соседний район 2. соседский. Qonşu uşaqları соседские ребята 3. смежный. Qonşu siniflər смежные классы, qonşu bucaqlar мат. смежные углы ◊ qonşu bildi el bildi узнал сосед, узнает весь свет; qonşuya ümidli olan şamsız yatar кто надеется на соседа, тот останется без обеда; gülmə qonşuna, gələr başına не смейся над соседом, сам окажешься в таком положении; qonşu qonşuya tən gərək, tən olmasa gen gərək сосед с соседом должен жить в мире, если нет мира, то лучше врозь

    Azərbaycanca-rusca lüğət / qonşu

qonşu sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. neighbour; amer. neighbor; yaxın ~lar next-door neighbours; Uzaq qohumdan yaxın qonşu yaxşıdır at. söz. ≅ A next-door neighbour is better than a distant relative; Gülmə qonşuna, gələr başına at. söz. ≅ Don’t laugh at another’s misfortune, it may happen to you one day; Qonşuya ümid olan şamsız yatar at. söz. ≅ One who relies on one’s neighbour, will go to bed without (having) supper II. s. neighbouring, next, adjacent; vicinal; ~ ölkələr neighbouring countries; ~ otaq next / adjacent room; ~ kənd neighbouring village

    Azərbaycanca-ingiliscə lüğət / qonşu

qonşu sözünün fransız dilinə tərcüməsi

qonşu sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. къунши; qonşuna genəş, bildiyini əldən vermə. Ata. sözü къуншидал алукьа, кар жуваз чидайвал ая; // къуншидин; qonşu iti qonşuya hürməz. Ata. sözü къуншидин кицlи къунши кьадач; 2. прил. къуншидал алай, мукьув гвай, патав гвай ва я игис хьайи, къунши (мес. уьлкве, гьаят); qonşu kənd къунши хуьр.

    Azərbaycanca-ləzgicə lüğəti / qonşu

qonşu sözünün türk dilinə tərcüməsi

"qonşu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qonşu nədir? #qonşu sözünün mənası #qonşu nə deməkdir? #qonşu sözünün izahı #qonşu sözünün yazılışı #qonşu necə yazılır? #qonşu sözünün düzgün yazılışı #qonşu leksik mənası #qonşu sözünün sinonimi #qonşu sözünün yaxın mənalı sözlər #qonşu sözünün əks mənası #qonşu sözünün etimologiyası #qonşu sözünün orfoqrafiyası #qonşu rusca #qonşu inglisça #qonşu fransızca #qonşu sözünün istifadəsi #sözlük