Şərq dağ qorillası
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir.
Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.