Qoruğundağ
Qoruğundağ — Laçın rayonu ərazisində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2398 m. Əsl adı Qoruqdağı olmuşdur. Oronimin qədim türk dillərindəki qoriqan (möhkəmlənmiş yer) sözündən olduğu da ehtimal edilir. Digər məlumata görə isə, dağ burada Qoruq adlanan otlaq sahəsi olmasına görə belə adlandırılmışdır.