Qorxular (Rövşən Abdullaoğlu)
Qorxular — Rövşən Abdullaoğlunun yazdığı və 2015-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər.
Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ünvanlanmışdır. Qorxularını yenməyən insan bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə birisi bütün həyatını əlil biri kimi yaşayacaq, inkişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablarından qurtulması üçün atılmış ilk və mühüm addımdır.
Əsər ilk dəfə Qədim Qala Nəşriyyat Evi tərəfindən Bakıda "Emosiyalar psixologiyası" silsiləsində 208 səhifədə 2015-ci ildə, 2-ci dəfə 2017-ci ildə, 3-cü dəfə isə 2020-ci ildə təkrar nəşr olunmuşdur.
Üsyan
Əsarət
"Qorxusu olanlar üçün "Qorxular" kitabı - FOTO" ( (az.)). modern.az.