* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli. Başında nişanə aldım almanı; Qorxutmadı hədəf, nişanə səni. “Koroğlu”. …Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmməd Həsən əmini lap qorxutdu. C.Məmmədquluzadə. // Təşvişə salmaq, canına qorxu salmaq. 2. Hədələyərək qorxuya salmaq, hədələmək. Uşaqları qorxutmaq. – [Heydər bəy:] Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. M.F.Axundzadə. 3. Hürküdüb qaçırmaq. Toyuqları qorxudub qaçırmaq.
Azərbaycan dilinin izahlı lüğəti / qorxutmaq4 1. QORXUTMAQ (müxtəlif mənalarda) ..yaşıl otlar Nazlının nəzərində böyüyür, hərəsi bir adam kimi onu qorxudurdu (M.Hüseyn); BUYNUZ GÖSTƏRMƏK (fr.v.) (məc.) [Musa:] ..saya salmadılar. Mənə buynuz göstərdilər (B.Bayramov); HƏDƏ-QORXU GƏLMƏK Əli: Bura bax, mənə hədə-qorxu gəlirsən (Anar); TƏPİNMƏK Muxtar vəziyyəti belə görüb Feyziyə təpindi (B.Bayramov); VAHİMƏLƏNDİRMƏK Ümumiyyətlə, çoxdandır ki, xitabət kürsüsü Şamamanı vahimələndirmirdi (Ə.Əbülhəsən); VAHİMƏYƏ SALMAQ ..əcaib insanlar vəhşi heyvanlar şəklində görünür, onu vahiməyə salırdı (Ə.Qasımov); XOFLANDIRMAQ, QARIN AĞRISINA SALMAQ (fr.v.). 2. qorxutmaq bax hədələmək
Azərbaycan dilinin sinonimlər lüğəti / qorxutmaq2 глаг. kimi, nəyi 1. пугать, испугать 2. страшить, устрашать, устрашить кого. Düşməni qorxutmaq устрашить врага 3. ужасать, ужаснуть, привести в ужас чем 4. грозить: 1) делать угрожающий жест 2) предупреждать с угрозой. Partlayışla qorxutmaq грозить взрывом 5. терроризировать, терроризовать
Azərbaycanca-rusca lüğət / qorxutmaq1 f. to frighten (d.), to scare (d.); to threaten (d. with), to menace (d. with); uşaq ~ to frighten a child*; bir kəsi ~ to scare smb.; Qoy bu səs sizi qorxutmasın; bu küləyin səsidir Don’t let the noise scare you; it’s only the wind
Azərbaycanca-ingiliscə lüğət / qorxutmaq1 f. effrayer vt, terroriser vt, intimider vt, faire peur à qn, menacer vt
Azərbaycanca-fransızca lüğət / qorxutmaq1 гл. 1. куьчӀуьрарун, кичӀе авун, кичӀе хьуниз себеб хьун; кичӀ кутун (ччандик), рикӀик къалабулух кутун; 2. кичӀерар гун, къургъарун, гьелягь кьун (авун); uşaqları qorxutmaq аялриз куьчӀуьрарун; 3. кухунарун, кухунарна гагьатарун (чукурун).
Azərbaycanca-ləzgicə lüğəti / qorxutmaq