* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İgidlik, rəşadət, şücaət, mərdlik. Qoçaqlıq göstərmək. – [Tarverdi:] A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə. // Zirəklik, hünərlilik, hünər. [Cahanın] qoçaqlığını ondan bil ki, bu yaşında üçdörd ayın içində savadlandı. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / qoçaqlıq1 QOÇAQLIQ – TƏNBƏLLİK Cahanın qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı (Ə.Haqverdiyev); Gözünə döndüyüm Anaxanım da eləmə tənbəllik, elə birinci kərə doğum evindən çıxanda nə az, nə çox, gözəl-göyçək üç uşaq gətirdi (S.Qədirzadə). QOÇAQLIQ – QORXAQLIQ A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan (M.F.Axundzadə); Toxtat özünü; Qorxaqlıq daha sənə eyibdir! (İ.Tapdıq).
Azərbaycan dilinin antonimlər lüğəti / qoçaqlıq2 сущ. храбрость, лихость, удальство, отвага, подвиг; qoçaqlıq etmək (eləmək) ухарствовать, проявить молодечество
Azərbaycanca-rusca lüğət / qoçaqlıq