Qoşabulaq sözü azərbaycan dilində

Qoşabulaq

Yazılış

  • Qoşabulaq • 95.7895%
  • QOŞABULAQ • 2.1053%
  • qoşabulaq • 2.1053%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qoşabulaq
KəndlərQoşabulaq (Gədəbəy) — Gədəbəy rayonunda kənd. Qoşabulaq (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunda kənd. Qoşabulaq (Göyçə) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Qoşabulaq — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonu ərazisində kənd. Qoşabulaq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Qoşabulaq (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd. Qoşabulaq (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. Qoşabulaq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Qoşabulaq (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Digər == Qoşabulaq dağı — Şahdağ silsiləsindı yüksəkliyi 3549 m olan dağ.
Qoşabulaq (Cəbrayıl)
Qoşabulaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Qoşabulaq kəndi Şahvəlili kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 2-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bu adda Gədəbəy rayonunda da qeydədə alınmışdır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Qoşabulaq (Göyçə)
Qoşabulaq — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd və dağ adı. Dağda olan qoşa bulağın adından götürülmüşdür. Qoşabulaq kəndinin himi XIX əsrin ortalarında (1830–1840) Qazax mahalının Sofular kəndindən rusların basqınlarından qaçan varlı kənd sakini Hacı İman tərəfindən salınmışdır. Hacı İmanla birlikdə gələn bir neçə tayfa ağsaqqalları, yaşamaq üçün münbit torpaqları və əlverişli suyu olduğunu görərək həmin yeri özləri üçün daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilin dekabrına qədər Qoşabulaq olub və dəişdirilməmişdir. Kəndin adının mənası isə kəndin mərkəzindəki 2 bulağın adı ilə bağlıdır. Tayfa ağsaqqalları, kəndin adını həmin bulaqlara görə Qoşabulaq adlandırmışlar. Kənd rayon mərkəzi Basarkeçərdən 2 km məsafədə yerləşir. 19 aprel 1991-ci ildə kəndin adı Şadcrek qoyulmuşdur.
Qoşabulaq (Gədəbəy)
Qoşabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qoşabulaq qədim insan məskənlərindən biridir. Xocalı-Gədəbəy mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu ərazidə qədim Alban qəriristanlıqları, Alban kilsəsi və digər tarixi abidələr bu ərazinin hələ Qafqaz Alban dövləti zamanında əhəmiyyətli yaşayış məskəni olduğunu sübut edir. == Toponimikası == Qoşabulaq oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Bada çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Keçmiş adı Törpülü olmuşdur. Yerli məlumata görə kəndin salındığı ərazi XIX əsrin əvvəllərində Yanıqlı kəndinin (Tovuz r-nu) binəsi olmuşdur. XIX əsrin axırlarında mövcud olmuş Törpülü kəndindən gəlmiş ailələr burada məskunlaşmışlar. Sonralar kənd ərazisindəki Qoşabulaq adlı bulağın adı ilə tanınmışdır.
Qoşabulaq (Kəleybər)
Qoşabulaq (fars. قوشه بلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 467 nəfər yaşayır (111 ailə).
Qoşabulaq (Marağa)
Qoşabulaq (fars. قوشه بلاغ‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (4 ailə).
Qoşabulaq (Miyanə)
Qoşabulaq (fars. قوشه بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 526 nəfər yaşayır (179 ailə).
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Qoşabulaq (Əştərək)
Qoşabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «cüt, yanaşı, iki» mənasında işlənən «qoşa» sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 101 nəfər, 1886-cı ildə 152 nəfər, 1897-ci ildə 173 nəfər, 1908-ci ildə 211 nəfər, 1914 - cü ildə 214 nəfər, 1916-cı ildə 211 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kəndin əhalisi azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. Indi xaraba kənddir.
Qoşabulaq bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Qoşabulaq (Çaldıran)
Aşağı Qoşabulaq (fars. قوشابلاغ سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (32 ailə).
Yuxarı Qoşabulaq (Çaldıran)
Yuxarı Qoşabulaq (fars. قوشابلاغ عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 351 nəfər yaşayır (62 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2009 •••• 0.48
2010 •••••• 0.73
2011 •••••• 0.69
2012 •• 0.26
2013 •• 0.15
2016 •••• 0.52
2018 •••••••••••••••••••• 2.70
2019 ••• 0.28
2020 •• 0.27

Oxşar sözlər

#qoşabulaq nədir? #qoşabulaq sözünün mənası #qoşabulaq nə deməkdir? #qoşabulaq sözünün izahı #qoşabulaq sözünün yazılışı #qoşabulaq necə yazılır? #qoşabulaq sözünün düzgün yazılışı #qoşabulaq leksik mənası #qoşabulaq sözünün sinonimi #qoşabulaq sözünün yaxın mənalı sözlər #qoşabulaq sözünün əks mənası #qoşabulaq sözünün etimologiyası #qoşabulaq sözünün orfoqrafiyası #qoşabulaq rusca #qoşabulaq inglisça #qoşabulaq fransızca #qoşabulaq sözünün istifadəsi #sözlük