Ərəb qrafikalı Azərbaycan əlifbası
Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az.-əski. تُرک الف باسی, fars. الف با ترکی alefbâ-i torkî), eləcə də Əbcəd (az.-əski. ابجد), Azərbaycan Respublikasında rəsmi adı - Əski əlifba — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir
== Əlifba ==
Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), və pə پ (P), və jey ژ (J). Buna əlavə, vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir.
Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür. Şeiriyyatda ən geniş işlənən və rəsmi sayılan xətt XIV əsrdə azərbaycanlı xəttat Mir Əli Təbrizi tərəfindən yeridilmiş Nəstəliq xəttidir (az.-əski.