qrammatika sözü azərbaycan dilində

qrammatika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qrammatika • 92.5532%
  • Qrammatika • 6.7376%
  • QRAMMATİKA • 0.7092%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qrammatika
Qrammatika — yunan sözüdür. Dili bütün sahələri ilə ələ alıb, araşdıran elmin adıdır. Ərəb dilində sərf və nəhv olaraq tanınan bu elm, qərb dillərində qrammatika olaraq adlandırılır. Bir dili səslərdən cümlələrə qədər, ehtiva etdiyi bütün komponentləri ilə, geniş bir şəkildə araşdıran elmə qrammatika deyilir. Qrammatika digər bir çox qaydanın əksinə müəyyən bir qrup tərəfindən hazırlanmayıb, o dili istifadə edən insanların zaman keçdikcə lazımlı qaydaları yaratmalarından və ya mövcud olan qaydaları dilin inkişafına dəyişdirmələrindən meydana gəlib. Qrammatika sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.
Cazibə (qrammatika)
Cazibə (qrammatika) — Dilçilikdə cazibə, bir cümlədəki bir xüsusiyyəti bir sözdən digərinə yanlış şəkildə genişləndirən dil istehsalında bir səhv növüdür. Bu, başqa sözlə razılaşma əsasında xüsusiyyətin təyin edildiyi razılığın cəlb edilməsinə aid ola bilər. Bu, adətən ingilis dilində mövzu fel razılaşması ilə baş verir, xüsusən də mövzu mürəkkəb isim fraza quruluşunda feldən ayrıldıqda. O, həmçinin qrammatik rollara əsaslanan xüsusiyyətlər təyin edən hal sürücüsünə və ya ingilis dilinin dialektal formalarında inkar hissəciklərini genişləndirən mənfi sürücüyə aid edilə bilər. == Müqavilə cəlbediciliyi == Razılaşmanın cəlbediciliyi felin mövzudan fərqli olan isimlə uyğunlaşması zamanı baş verir. Bu, ən çox mürəkkəb mövzu isimləri ilə baş verir, bunun əsas nümunəsi New Yorker-də ortaya çıxdı: ABŞ-da ingilis dilini rəsmi dil etmək səyləri getdikcə sürətlənir. Mövzu isim söz birləşməsinin “səy” başlığı cəmdir, lakin fel tək formada görünür, çünki ara cümlədəki “dil” yerli isim təkdir və buna görə də tək xüsusiyyətin “is”də görünməsinə səbəb olur. . Bok bu misala işarə etsə də, cümlədəki kimi yerli isimlərin çoxalma və felə cəmləşməsinin daha geniş yayılmış nümunəsinə əməl etmir: "Kabinetlərin açarı yoxdur" Cəmli isimlərin daha tez-tez cəlb edilməsi tendensiyası çoxluğun bir xüsusiyyət kimi qeyd edilməsindən qaynaqlanır, burada təklik standartın bir hissəsi hesab olunur və isimlərin çoxluq işarəsinin aktivləşməsi felin cəm formasının aktivləşməsini cəlb edir. Razılaşma yalnız Subject Verb razılaşması ilə deyil, həm də İngilis dilində WH hərəkətində Obyekt Verb razılaşması ilə görünür. Bu qeyri-qrammatik quruluşu götürək.
Formal qrammatika
Formal qrammatika — dedikdə elə qaydalar sistemi başa düşülür ki, onun vasitəsi ilə verilmiş formal dilin(yalnız bu dilin) düzgün sözləri qura bilir. Qrammatika vasitəsi ilə qurulan formal dilin sözlər çoxluğu sonlu, sonsuz, və ya boş çoxluq ola bilər. Qrammatika sözlər çoxluğunu ixtiyari qaydada qura, yaxud müəyyənləşdirə bilər. Beləliklə, qrammatika sözlərin daxili quruluşunun qanunlarını açıqlayır ki, bunlara sintaksis deyilir. Formal qrammatika— müəyyən sintaksis nəzəriyyə çərçivəsində qurulan qrammatik riyazi modeldir. == Formal qrammatikanın növləri == Alqoritmik nöqteyi-nəzərdən formal qrammatikaların aşağıdakı növləri var: Tanıyan qrammatikalar: Bu qrammatikalar bir növ elə qurğudur ki, bunun girişinə daxil olan söz verilmiş dilə aiddirsə, "hə", aid deyilsə- "yox" çap olunur. Sadalayan qrammatikalar: Bu qrammatikalar verilmiş dilin bütün sözlərini bir-bir çap etməklə(sadalamaqla) iş görür. Aydındır ki, dilin sözlərinin sayı sonsuz olarsa, qrammatika heç zaman dayanmayacaq. Ancaq qrammatikanı məcburi o zaman dayandırmaq olar ki, lazım olan söz çap olunmuşdur. Doğuran qrammatikalar: Bunlar elə "qurğu"dur ki, dilin lazımlı sözlərini qurur.
Mənsubiyyət (qrammatika)
Mənsubiyyət kateqoriyası — sahib şəxslə mənsub əşya arasındakı münasibəti bildirən ümumi qrammatik kateqoriya. == Formalaşma üsulları == Müasir Azərbayсan dilində mənsubiyyət kateqoriyası iki üsulla ifadə edilir: morfoloji üsul, sintaktik üsul. Morfoloji üsulda mənsubiyyət məfhumunun yaranması üçün həmişə iki sözün bir tərkib şəkildə işlənməsi şərt deyildir. Sahib anlayışı verən subyekt (şəxs əvəzliyi) iştirak etmədən də obyektlə-isimlə (mənsub əşya ilə) həmin məzmunu yaratmaq mümkündür. Məsələn: Dərdimin, qəmimin səndin ortağı (B.Vahabzadə). Sintaktik üsulla ifadə olunan mənsubiyyət kateqoriyasının iki tərəfi var. Birinсi tərəf sahib şəxs, ikinсi tərəf isə mənsub şəxs və ya əşyadan ibarət olur. Məsələn: İndi kimə açım dərdimi bir-bir, Kim mənim dərdimə yanar sən qədər? (B.Vahabzadə). Rus dilində mənsubiyyət kateqoriyası yalnız sintaktik üsulla yaranır.
Qrammatika yoxlayıcısı
Qrammatika yoxlayıcısı (ing. grammar checker, ru. cистема проверки грамматики) — cümlələrin qrammatik düzgünlüyünü yoxlayan proqram. Uğursuz ifadələri, buraxılmış vergülləri, hallanma səhvlərini və s. yanlışlıqları tapa, qeyd edə və dəyişdirməyi tövsiyə edə bilər. İnkişaf etmiş mətn prosessorlarının əksəriyyətində belə imkan var. Foxit PhantomPDF Business Foxit PhantomPDF Business proqramı peşəkar şəkildə pdf hazırlama proqramıdır. Bu proqramla müxtəlif formalarda pdf faylları hazırlaya bilər, hazır pdf fayllar üzərində dəyişikliklər edə bilər, pdf fayllarınızı şifrələyə bilər və pdf faylları office proqramları formatlarına çevirə bilərsiniz. Adobe Acrobat PDF hazırlama və redaktə proqramıdır. Proqramın köməyilə pdf-lər hazırlaya bilər, onları redaktə edə bilərsiniz.
Xəbər (qrammatika)
Xəbər — haqqında danışılanın hərəkət və ya əlamətini bildirən cümlənin baş üzvüdür. Əsasən, sonda gəlir. Xəbər "nə edir?" (felin bütün şəkil və zamanlarında), "kimdir?", "necədir?" ,"haradadır?" və s. suallarından birinə cavab verir. == Növləri == === Feili xəbər === Feilin təsriflənən formaları (əmr, xəbər, arzu, lazım, vacib, şərt) və frazeoloji birləşmələrlə ifadə olunur. Məsələn: Əmr şəkli ilə — Sevdiyim kitabı götürmə! Xəbər şəkli ilə — Müəllim dayanmadan yazırdı. Arzu şəkli ilə — Kaş o bu gün gələ idi. Lazım şəkli ilə — Dayım sabah gələsidir. Vacib şəkli ilə — Şəhidlərimizin xatirələrini unutmamalıyıq!
Qrammatika nasisti
Qrammatika nasisti (ing. grammar Nazi) — qrammatika səhvlərinə son dərəcə pedant münasibət bəsləyən İnternet icmalarının ironik adı və internet memi. İcma üzvləri bəzən Nasist Almaniyasının bayrağına bənzəyən, stilizə edilmiş böyük "G" hərfi olan emblemlərdən istifadə edirlər. Gerbdə Rusiyada qadağan edilmiş nasist simvollarının imitasiya əlamətləri var ki, bu da bir neçə dəfə hüquq-mühafizə orqanlarının reaksiyasına səbəb olub. Rus dilçi Maksim Kronqauz qrammatika nasisti fenomeninin tərifini aşağıdakı kimi verir: == Tarixi == Söz 1990-cı illərin əvvəllərində ingilis dilində feminasist, "gym Nazi" (trenajor nasisti), "stroller Nazi" (uşaq arabası nasisti), "breastfeeding Nazi" (süd verən nasist) kimi ifadələr arasında yaranıb. == İstinadlar == === Əlavə ədəbiyyat === Хайдарова В. Граммар-наци // Краткий словарь интернет-языка. LitRes. 2015. 79–80. ISBN 9785457545281.
Qoşma (qrammatika)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. == Qoşmanın məna növləri == Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri Bənzətmə – kimi, qədər, tək, təki, -can(cən). Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. == Qoşmaların sinonimliyi == kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, oxsatma mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi == Qoşmaların ismin halları ilə işlənməsi == Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır.
Say (qrammatika)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Saylar (qrammatika)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Sifət (qrammatika)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir. Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Zərf (qrammatika)
Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə?, nə zaman?, nə vaxt? hara? nə qədər? nə üçün? nə cür? və s. suallarından birinə cavab verir. Zərflər daha çox felin təsriflənən formaları ilə bağlı olur.
Türk dilinin qrammatikası

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.91 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2004 •••••• 1.01
2005 •••• 0.67
2006 •••••• 0.90
2007 •••• 0.63
2008 •• 0.24
2009 •• 0.32
2010 ••••• 0.73
2011 •••• 0.60
2012 •••••••• 1.29
2013 ••••• 0.73
2014 •••• 0.51
2015 ••••••••• 1.53
2016 •••••••• 1.21
2017 •• 0.33
2018 ••••••••••• 1.80
2019 ••• 0.42
2020 •••••••••••••• 2.25

qrammatika sözünün leksik mənası və izahı

  • 1 is. [yun.] 1. Dilçilik elminin söz və cümlənin quruluşunu öyrənən və buna müvafiq olaraq iki hissədən – morfologiya və sintaksisdən ibarət olan bölməsi. Müqayisəli qrammatika. Tarixi qrammatika. 2. Hər hansı bir dilə xas olan sözlərin dəyişməsi və cümlə içərisində birləşməsi üsul və qaydalarının məcmusu. // Bir dilin həmin üsul və qaydalarından bəhs edən dərs kitabı. Orta məktəblər üçün Azərbaycan dili qrammatikası.

    Azərbaycan dilinin izahlı lüğəti / qrammatika

qrammatika sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. грамматика: 1. раздел языкознания, содержащий учение о формах словоизменения, о строении слов, видах словосочетаний и типах предложений. Tarixi qrammatika историческая грамматика, müqayisəli qrammatika сопоставительная (сравнительная) грамматика 2. грамматический строй какого-л. языка. Azərbaycan dilinin qrammatikası грамматика азербайджанского языка 3. совокупность правил изменения слов, их соединения в словосочетания и предложения, присущая какому-л. языку. Akademik qrammatika академическая грамматика, məktəb qrammatikası школьная грамматика, elmi qrammatika научная грамматика

    Azərbaycanca-rusca lüğət / qrammatika

qrammatika sözünün inglis dilinə tərcüməsi

qrammatika sözünün fransız dilinə tərcüməsi

qrammatika sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] сущ. грамматика (1. чӀалан илимдин гаф ва жумладин къурулуш чирдай, кьве паюникай (морфология ва синтаксис) ибарат тир хел; 2. са чӀалаз хас тир гафар дегиш хьунин ва жумладин къене акал хьунин тегьер ва къайдайрин кӀватӀал; // са чӀалан гьахьтин къайдайрикай рахадай, гьа къайдаяр чирдай ктаб).

    Azərbaycanca-ləzgicə lüğəti / qrammatika

qrammatika sözünün türk dilinə tərcüməsi

"qrammatika" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qrammatika nədir? #qrammatika sözünün mənası #qrammatika nə deməkdir? #qrammatika sözünün izahı #qrammatika sözünün yazılışı #qrammatika necə yazılır? #qrammatika sözünün düzgün yazılışı #qrammatika leksik mənası #qrammatika sözünün sinonimi #qrammatika sözünün yaxın mənalı sözlər #qrammatika sözünün əks mənası #qrammatika sözünün etimologiyası #qrammatika sözünün orfoqrafiyası #qrammatika rusca #qrammatika inglisça #qrammatika fransızca #qrammatika sözünün istifadəsi #sözlük