Qranada sözü azərbaycan dilində

Qranada

Yazılış

  • Qranada • 99.3220%
  • qranada • 0.6780%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qranada
Qranada (isp. Granada) — İspaniyanın tarixi Əndəlüs vilayətində yerləşən şəhər. 1492-ci ilə kimi Qranada əmirliyinin paytaxtı olmuşdur. Əndəlus müsəlmanlarının tikdiyi məşhur Əlhambra sarayı bu şəhərdədir.
Qranada FK
Qranada FK — Qranada şəhərini təmsil edən ispan futbol klubu.
Qranada Konfederasiyası
Qranada Konfederasiyası (isp. Confederacion Granada). Konfederasiyanın ərazisi Mərkəzi və Cənubi Amerika ərazisində yerləşirdi. XIX əsrdə mövcud olmuş dövlət. == Tarixi == 1853-cü ildə Yeni Qranada Respublikasında konsitutsiya qəbul edilir ki, bunun sayəsində mərkəzləşdirilmiş dövlət federativ dövlətə çevrilir. 27 aprel 1855-ci ildə Yeni Qranadada ilk federal ştat yaradılır. 11 iyun 1856-cı ildə Antiokiya, ardından 13 may 1857-ci ildə isə Santander kimi ştatlar meydana gəlir. Yeni Qranadanın parcalamasının qarşısını almaq üçün 1857-ci ildə kongres qanun qəbul edir. Bununla da ölkədə Bolivar, Boyaka, Kauka, Kundinamarka və Maqdelena ştatları yaranır. 1858-ci ildə hakimiyyətə konservantlar gəlir.
Qranada Universiteti
Qranada Universiteti (isp. Universidad de Granada) — İspaniyanın Qranada şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1531-ci ildə qoyulmuşdur. == Fakültələri == Universitetin fakültələri bunlardır: Hüquq fakültəsi; İqtisadiyyat və biznes fakültəsi; Tibb fakültəsi; Əczaçılıq fakültəsi; Psixologiya fakültəsi; Kompüter elmləri fakültəsi; Sosial elmlər fakültəsi; Memarlıq fakültəsi; Mülki inşaat fakültəsi; Xarici dillər fakültəsi; Fəlsəfə fakültəsi; Fizika fakültəsi; Tətbiqi riyaziyyat fakültəsi; Biologiya fakültəsi; Kimya fakültəsi. == Kitabxanası == Universitet zəngin kitabxanaya malikdir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür. == Reytinqi == == Qəbul qaydaları == Universitetə qəbul olmaq üçün əsas şərt dil bilikləri səviyyəsinin yüksək olmasıdır. İspan dilinin minimal səviyyəsi DBE olmalıdır.
Qranada qətliamı
Qranada qətliamı — 1066-cı ildə Qranada şəhərində yaşayan yerli yəhudiəsilli əhaliyə qarşı törədilmiş qətliam. Hadisə 1066-cı ilin 30 dekabr tarixində (İbrani təqvimlə: 9 Tevet, 4837-ci il) baş vermişdir. Hadisələr İslam hakimiyyətinə tabe olan Əndəlus bölgəsinin Qranada şəhərindəki dövlət sarayında yəhudi əsilli vəzir Yozef ibn Nagrela qarşı sui-qəsd ilə öldürülməsindən sonra şiddətlənmişdir. Yəhudi əsilli vəzirə qarşı törədilmiş hadisədən sonra şəhərdə yaşayan bir çox yəhudi öldürülmüş və yəhudilərə məxsus mülklərə ziyan vurulmuşdur. == Arxa plan == Yozef ibn Nagrela və ya tarixi mənbələrdə xatırlandığı kimi Yozef ha-Nagid (ivr. ‏רבי יהוסף בן שמואל הלוי הנגיד‏‎ ; ərəb. ابو حسين بن النغريلة‎) Berber hökümdarı Bədis əl-Müzəffərin sarayında vəzir kimi çalışırdı və eyni zamanda Qranada şəhərindəki yəhudi icmasının rəhbəri kimi də tanınmaqda idi. Rabbi Samuel adlı yəhudinin ailəsində dünyaya gələn Yozef ilk təhsili atasından almışdır. Atasının vasitəsilə ivrit dilində yazılmış şeirlərlə tanış olmuş və ivrit ədəbiyyatı ilə daha yaxından maraqlanmağa başlamışdır. Qeydlərinə əsasən 1045-ci ildə atası ilə birlikdə hərbi səfərlərə çıxmışdır.
Qranada əmirliyi
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
Yeni Qranada Respublikası
Yeni Qranada Respublikası (isp. República de la Nueva Granada).Mərkəzi və Cənubi Amerikanın bir hissəsini əhatə edən və XIX əsrdə mövcud olmuş dövlət. Onun ərazisinə Panama, Kolumbiya, üstəlik Ekvadorun və Venesuelanın ərazilərinin bir hissəsi daxil idi. == Tarixi == 1830-cı ildə Böyük Kolumbiya Respublikası dağılır. 1831-ci ildən dağılmış dövlətin yerində yeni dövlətlər meydana gəlir: Ekvador,Venesuela və Yeni Qranada dövləti. 29 fevral 1832-ci ildə Milli konventə üzv olan Antokiya, Barbakoas, Kartaxena, Mompas, Neyva, Pamplona,Panama, Posta, Popayan, Sokorro, Tuxna, Veles və Veraquas bölgələri yeni konsitutsiyanı qəbul edirlər. Bu konsitutsiya görə dövlət Yeni Qranada Respublikası elan edilir. 1839-cu ildə ölkədə vətəndaş müharibəsi başlayır. İlk əvvəl bu müharibə daxili xarakter daşısada sonradan prezident Xose İqnasio de Markes kömək üçün Ekvadora müraciət etməsi ilə müharibənin xüsusiyyəti dəyişir. Üstəlik prezident köməyin əvəzinə Ekvadora ərazi vəd edirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.82 dəfə / 1 mln.
2005 ••••••••• 1.35
2006 ••••••••••••• 2.03
2007 ••••••••••• 1.69
2009 •• 0.32
2010 ••• 0.45
2011 ••• 0.34
2012 •••• 0.52
2013 ••••••••• 1.31
2014 •••••••••••••••••••• 3.26
2015 ••••• 0.68
2016 ••••• 0.69
2017 •• 0.33
2018 ••• 0.45
2019 ••••• 0.70
2020 ••••••••• 1.46

Oxşar sözlər

#qranada nədir? #qranada sözünün mənası #qranada nə deməkdir? #qranada sözünün izahı #qranada sözünün yazılışı #qranada necə yazılır? #qranada sözünün düzgün yazılışı #qranada leksik mənası #qranada sözünün sinonimi #qranada sözünün yaxın mənalı sözlər #qranada sözünün əks mənası #qranada sözünün etimologiyası #qranada sözünün orfoqrafiyası #qranada rusca #qranada inglisça #qranada fransızca #qranada sözünün istifadəsi #sözlük