qri sözü azərbaycan dilində

qri

Yazılış

  • qri • 70.9091%
  • Qri • 29.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
...Yol (Qriffinlər)
...Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir. == Seriyalar == == İstinadlar == == Xarici keçidlər == "Rod-Aylendə yol" — Internet Movie Database saytında."Avropaya yol" — Internet Movie Database saytında."Rupertə yol" — Internet Movie Database saytında."Almaniyaya yol" — Internet Movie Database saytında."Cizgi kainatına yol" — Internet Movie Database saytında."Şimal qütbünə yol" — Internet Movie Database saytında."Veqasa yol" — Internet Movie Database saytında."Hindistana yol" — Internet Movie Database saytında.
A.S. Qriboyedov adına Tbilisi Rus Dram Teatrı
A.S. Qriboyedov adına Tbilisi Rus Dram Teatrı (gürc. ა. ს. გრიბოედოვის სახელობის თბილისის რუსული დრამატული თეატრი) — Tbilisidə Rustaveli prospektində yerləşən mədəni kütləvi müəssisə. Teatr məşhur rus diplomatı, dövlət xadimi və yazıçısı Aleksandr Qriboyedovun adını daşıyır. == Tarixi == Gürcüstanda rus teatrının tarixinin başlanğıcı XX əsrin əvvəllərinə təsadüf edir. Rus həvəskar tamaşaları Tiflisdə səhnələşdirildi; 1830-cu illərdə Aleksand Qriboyedovun "Ağıldan bəla" komediyası həvəskar dərnəklərin repertuarından düşmürdü. 20 sentyabr 1845-ci ildə Tiflisdə qubernator qraf M.S.Vorontsov, ilk rus teatrının birinci mövsümünü açıq elan etdi. 20 sentyabr 1846-cı ilə qədər 104 tamaşa oynanıldı. İkinci sezon üçün M.Sçepkinin iştirak etdiyi Moskva və Sankt Peterburqdan aktyorlar dəvət edildi.
Abaşidze Qriqol Qriqoryeviç
Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914, Zeda Rqani[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı. Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.. == Həyatı == Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir. Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
Aleksandr Qriboyedov
Aleksandr Sergeyeviç Qriboyedov (4 (15) yanvar 1795, Moskva, Rusiya imperiyası[…] – 30 yanvar (11 fevral) 1829, Tehran) — Polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomatı. "Ağıldan bəla" pyesinin müəllifi. == Həyatı == Aleksandr Qriboyedov 1795-ci il yanvarın 4-də Moskvada, zabitlər ailəsində dünyaya gəlib. O zamankı kübar tərbiyə üsuluna uyğun olaraq o, məktəbə qədər əsaslı ev tərbiyəsi görmüşdür. Qriboyedovun mürəbbiləri Petrozilis və Boqdan İvanoviç İon kimi savadlı və tanınmış insanlar idi. Odur ki, gələcək dramaturq artıq uşaq yaşlarından bir neçə dil öyrənmişdi. İlk təhsilini burada məktəbdə alan Qriboyedov , daha sonra 1806-cı ildə Moskva Universitetinə daxil olur. Onun sonrakı təhsilinə professor Bule nəzarət edir. O, yaxşı oxuduğuna görə bir neçə dəfə mükafatlandırılır, hətta 13 yaşında filologiya elmləri namizədi olur. Tələbəlik illərində ədəbiyyatla maraqlanan gənc ilk hekayələrini də elə o vaxtlar yazmağa başlamışdır.
Aleksandr Qrin
Aleksandr Qrin (rus. Александр Грин; 11 (23) avqust 1880[…], Slobodskoy, Vyatka quberniyası[d][…] – 8 iyul 1932[…], Starıy Krım, Krım MSSR) — Rus kitab yazıçısı. Ümumiyyətlə macəra və eşq romanları yazar .
Aleksandr Qrişçuk
Aleksandr Qrişçuk Rusiya qrosmeysteridir (1999). Qirşçuk Rusiya yığmasının tərkibində Dünya Şahmat Olimpiadasının 2 qat qalibi (2000, 2002), Dünya Komanda Çempionatının 3 qat qızıl mükafatçısıdır (2005, 2010, 2013). Rusiya Çempionu (2009), Blitz üzrə Dünya Çempionu (2006, 2012), Rusiyanın əməkdar idman məşqiçisidir (2013). == Həyatı == Qrişçuk şahmat oynamağı 4 yaşında atasından öyrənmişdi. İlk məşqiçisi Mixayıl Qadvinskiy (Михаил Годвинский), sonrakı məşqiçiləri Anatoli Bıxovskiy (Анатолий Быховский) və Maksim Blox (Максим Блох) olmuşdur. Şahmat bacarığı onda tez yaranmışdır: uşaq yaşlarından o milli və beynəlxalq turnirlərdə oynamışdı. İlk dəfələrdə o, Rusiyada keçirilən 10, 12, 14 və 16 yaşlılar arasında turnirlərdə qalib olmuşdur. 10 yaşlı şahmatçılar arasında Dünya Çempionatında ikinci yeri tutmuşdur. 14 yaşında Usta (master) titulunu, 16 yaşında qrosmeyster titulunu almışdır. 1998-ci ildə Rusiyada keçirilən böyüklər arasında çempionatda iştirak etmiş, 11 oyundan 5 xal yığaraq özünə diqqəti cəlb etmişdir.
Aleksey Qripiç
Aleksey Lvoviç Qripiç (30 sentyabr (12 oktyabr) 1891, Oryol – 1 oktyabr 1983, Moskva) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1946). == Həyatı == Aleksey Qripiç 1891-ci ildə poçt idarəsinin məmurunun evində anadan olmuşdur. Gənc yaşda valideynlərini itirən Qripiç Qatçina şəhərinin yetim institutunda böyümüşdür, oranı 1910-cu ildə bitirmişdir. Peterburq Politexnik institutunun iqtisadiyyat şöbəsində təhsil almışdır. Təhsil aldığı illərdə əmisi oğlu şair S. M. Qorodetskiyin təsiri altında Qripiçdə teatra maraq formalaşdı. 1913-cü ildə Vsevolod Meyerholdun yenidən açılmış studiyasına qəbul olundu. Birinci Dünya Müharibəsinə görə institut və studiyada dərslərinə ara verdi. Aleksey Lvoviç cəbhədən yalnız 1918-ci ildə qayıtdı və maarif komissarlığında işə qəbul olaraq, səhnə tamaşalarının sənətkarlığı kurslarında oxumağa davam etdi, həmçinin Meyerhold burada ona dərs deyirdi. Müstəqil rejissor fəaliyyətinə 1919–1921-ci illərdə Qırmızı Orduda xidmətdə olarkən başlamışdır. 1924-cü ildə Vsevolod Meyerholdun tövsiyəsi ilə Aleksey Qripiç İnqilabi Moskva Teatrında rejissor oldu, burada 1926-ci ilə qədər çalışmişdır.
Alen Rob-Qriye
Alen Rob-Qriye(fr. Alain Robbe-Grillet, 18 avqust 1922[…] – 18 fevral 2008[…], Kann[d], Kalvados, Fransa) — Fransa kinorejissoru, yazıçı. == Həyatı == Alen Rob-Qriye 18 avqust 1922-ci ildə mühəndis ailəsində anadan olmuşdur. Yazıçı olmazdan öncə o, aqronom işləmişdir. Öz əsərlərində həmişə obyektivizmə əsaslanan Rob Qriye əsərlərində hər şeyin necə var elə – yazıçının müdaxiləsi olmadan verilməsinin tərəfdarı idi. Yazıçıya şöhrət gətirən əsəri "Rezinlər" romanı olub. Bu, bizə yunan mifologiyasından məlum olan Edip əhvalatının çətinləşdirilmiş variantı idi. Onun məşhur əsərləri sırasına "İzləyən", Amerika tənqidçiləri tərəfindən şedevr sayılan "Qısqanclıq" romanları da daxildir. Yazıçılıqdan əlavə Rob Qriye özünü kino sahəsində də sınamışdır. O, Alen Renenin "Keçən yay Marienbadedə" filminin ssenarisini işləmiş və buna görə "Oskar" mükafatını qazanmışdır.
Andreas Qrifius
Andreas Qrifius (alm. Andreas Gryphius‎; əsl adı Андреас Грайф, alm. Andreas Greif‎; 2 oktyabr 1616 - 16 iyul 1664) — alman şairi, dramaturqu. == Həyatı == XVII əsr alman dramatur-giyasının ən tanınmış nümayəndəsi Andreas Qrifius olmuşdur. Çətin bir yaradıcılıq yolu keçən bu istedadlı sənətkar klassisist estetika mövqeyində dayansa da, barokko cərəyanının güclü təsiri altında olmuşdur, alman gerçəkliyinin ölüm saçan abu-havası da burada az rol oynamamışdır. Qrifius Sileziyanın Qloqau şəhərində ruhani ailəsində doğulur. Hələ məktəbdə oxuduğu vaxt qədim və yeni dilləri öyrənməyə xüsusi maraq göstərir. Dansiqdə latın dilini öyrənir, Opitslə tanış olur. Sileziyaya qayıdanda müharibənin dəhşətləri ilə qarşılaşır, gördüyü hadisələr onun yaddaşında silinməz izlər buraxır, yaradıcılığının əsas mövzularından birinə çevrilir. Qrifius 1636-cı ildə Hollandiyaya gedir, altı il Leyden Universitetində çalışır, yetkin bir alim kimi formalaşır.
Anna Qrineva
Anna Qrineva (d. 31 yanvar 1988) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anna Qrineva, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Antuan Qrizman
Antuan Qrizman (fr. Antoine Griezmann, ​[ɑ̃twan ɡʁjɛzman]; 21 mart 1991[…], Makon[d]) — Fransa milli komandasının və İspaniyanın Atletiko Madrid klubunda çıxış. 24 mart 1991-ci ildə Fransada anadan olub. Qrizman böyük klub karyerasına ilk mövsümündə Sequnda Divizionunu qazanaraq Real Sosyedad-da başladı. 2014-cü ildə o, 30 milyon avroya o vaxtkı klub rekordu üçün Atletiko Madridə keçdi və UEFA Avropa Liqasısını, UEFA Superkubokunu, İspaniya Superkubokunu və La Liqanın Ən Yaxşı Oyunçusunu qazandı. O, 2016 və 2018-ci illərdə Ballon d'Or və ən yaxşı FIFA kişi oyunçusu mükafatına namizəd olub. 2019-cu ildə Qrizman 120 milyon avro dəyərində bir transferlə "Barselona"ya imza atarkən, bütün zamanların beşinci ən bahalı oyunçusu oldu. Orada o, 2021-ci ildə Atletiko Madridə qayıtmadan əvvəl Kopa del Reyi qazandı və klubun bütün zamanların ən çox qol vuran üçüncü oyunçusu oldu. Beynəlxalq səviyyədə, Qrizman 2010-cu ildə 19 yaşadək futbolçular arasında Avropa Çempionatının qalibi oldu və 2014-cü ildə 22 yaşında Fransa millisində debüt etdi; o vaxtdan bəri 120-dən çox oyun keçirərək, Fransanın beşinci ən çox oyun keçirən oyunçusu kimi sıralanır və 40-dan çox qol vurmaqla həm də ölkənin bütün zamanların ən çox qol vuran üçüncü oyunçusudur. O, ən çox qol vuran oyunçu kimi bitirdi və Fransa UEFA Avro 2016-da ikinci yeri tutduğu üçün Turnirin Oyunçusu oldu və Fransa 2018 FİFA Dünya Kubokunu qazandığı üçün ən çox qol vuran ikinci oyunçu kimi Gümüş buts qazandı.
Artur Qriffit
Artur Cozef Qriffit (irl. Art Seosamh Ó Gríobhtha;31 mart 1871 – 12 avqust 1922) – İrlandiyalı siyasətçi, yazıçı, İrland milliyətçi partiyası Şinn Feynin qurucusu.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
Aureliya Qriqoriu
Aureliya Andreyevna Qriqoriu (mold. Aurelia Grigoriu, 2 aprel 1962, Anenii Noi[d]) — Moldovanın parlament vəkili, ombudsman (2008–2015), Moldova Vəkillər Kollegiyasının üzvü. 4 iyul 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətməkdə günahlandırıb. == Bioqrafiya == Aureliya Qriqoriunun dövlət idarəetmə və hüquq üzrə magistr dərəcəsi və hüquq üzrə ali təhsili var. O, həmçinin Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Milli Akademiyasının aspiranturasını bitirmişdir. 30 oktyabr 2008-ci ildə həmin məqamda hakimiyyətdə olan "Moldova Kommunist Partiyasının" təklifi ilə və Moldova Respublikası Parlamentinin № 222-XVI saylı qərarı ilə Moldova Respublikasının parlament vəkili vəzifəsinə beş il müddətinə təyin edilmişdi. Bu vəzifəyə təyinat almadan öncə o, dəmir yolu nəqliyyatının insan resursları sahəsində mütəxəssis kimi çalışmışdır, həmçinin İcraiyyə Komitəsinin "Tsentr" adlı Kişinyov sektorunun məsləhətçisi kimi peşəkar fəaliyyət aparırdı. Həmçinin, "Vistarn" hüquq firmasının direktoru və özünün yaratdığı və rəhbərlik etdiyi "Aureliya Qriqoriu" (mold. Biroul Avocatilor «Aurelia Grigoriu») fərdi vəkil bürosununda da işləyirdi. Moldova Respublikasının Vəkillər Kollegiyasının üzvüdür və lisenziyalaşdırılmış vəkildir.
Barri Qriffits
Barri Qriffits (29 fevral 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Barri Qriffits Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Bleyk Qriffin
Brayan Qrin
Brayan Rendolf Qrin (ing. Brian Randolph Greene; 9 fevral 1963[…], Nyu-York, Nyu-York ştatı) — amerikan nəzəriyyəçi fiziki və riyaziyyatçısı, elmin populyarlaşdırıcısı, ən məşhur sim nəzəriyyəçilərindən biri. Qrin 1990–1995-ci illərdə Kornell Universitetində fizika professoru olub və 1996-cı ildən Kolumbiya Universitetinin professoru və 2008-ci ildə həmtəsisçilərindən biri olan Ümumdünya Elm Festivalının sədridir. Qrin iki müxtəlif Kalabi-Yau çoxobrazlılarına (konifoldu onun orbifoldlarından biri ilə konkret əlaqələndirir) aid güzgü simmetriyası üzərində işləmişdir. O, həmçinin flop-keçidini, topoloji dəyişikliyin xəfif formasını təsvir etmiş, sim nəzəriyyəsində topologiyanın konifold nöqtəsində dəyişə biləcəyini göstərmişdir. Qrin geniş ictimaiyyət üçün kitabları, "Zərif kainat", "Zamanın kənarındakı İkar", "Kosmosun strukturu", "Gizli reallıq" və onlarla əlaqədar PBS xüsusi televiziya proqramları vasitəsilə daha geniş auditoriya tərəfindən tanınmışdır. O, həmçinin Böyük partlayış nəzəriyyəsi teleserialının Bitki bağçasının cücərməsi bölümündə, həmçinin Tezlik və Son Mimzi filmlərində rol alıb. Hal-hazırda Atom alimləri bülleteninin Sponsorlar Şurasının üzvüdür. 2020-ci ilin fevralında onun podkastçı Co Roqana verdiyi müsahibəsinə milyonlarla insan tərəfindən izlənilmiş və ya dinlənilmişdir. == Bioqrafiyası == Brayan Qrin Nyu Yorkda yəhudi ailəsində anadan olmuşdur.
Butkov Pyotr Qriqoryeviç
Butkov Pyotr Qriqoryeviç (1775-1857) - rus tarixçisi, hərbi və dövlət xadimi, senator, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Butkov Pyotr Qriqoryeviç 17 dekabr 1775-ci ildə Xarkov quberniyasında anadan olmuşdur. O, gənc yaşlarında Vladimir draqun alayına daxil olmuş, 16 yaşında Anapa yürüşündə (1791) iştirak etmişdir. Butkov 1794-cü ildə general adyutantlığına layiq görülmüşdür. 1796-cı ildə Butkov qraf Zubovun İran yürüşündə iştirak etmiş, sonra kapitan rütbəsində Tiflisə göndərilmişdir. O, Gürcüstanın Rusiyaya birləşdirildiyi dövrdə (1801-1803) Qafqazdakı rus qoşunlarının Baş komandanı general Knorinqin dəftərxanasını idarə edirdi. Burada bir neçə il qulluq etdikdən sonra 1803-cü ildə istefaya çıxıb, Qafqazı tərk etmiş, lakin iki il sonra yenidən hərbi xidmətə çağrılmış, general-leytenant rütbəsində Moldaviyaya göndərilmişdir. Butkov 1811-ci ildə xəstəliyə görə həmişəlik istefaya çıxaraq elmi işlə məşğul olmağa başlamışdır. O, 1841-ci ildə akademik, 1849-cu ildə senator seçilmişdir. Butkov 1865-ci ildə Dövlət Şurasının və Nazirlər Kabinetinin üzvü təyin edilmişdir.
Böyük Qriqor
Qriqor (doğum və ölüm tarixləri bilinmir) – X əsrdə hakimiyyətdə olmuş Xaçın knyazı. Saak Sevadanın oğlu, Hovannes Sənəkərimin qardaşıdır. Erməni hökmdarı II Aşot tərəfindən əsir alınmış və gözləri çıxardılmışdı. Bioqrafik məlumatları saxlanmamışdır.
Cek Qriffo
Cek Deyvis Qriffo (11 Dekabr, 1996-ci il doğumlu) Amerikan aktyordur. Nickelodeon telekanalında gedən İldırımadamlar (2013–2018) teleserialında Maks Sandermen rolu ilə daha çox tanınır. Həmçinin Uğursuz kinosunda da tanınmışdır. == Karyerası == Cek Qriffo ilk dəfə televiziyada Disney XD kanalında gedən "Zərbə!" və "Baketa və Skineranın epik macəraları" seriallarında çıxış edib. Hal-hazırda, Qriffo, Nickelodeon kanalında 2013-cü ildən bəri yayımlanan Amerikanın sitkomu "İldırımadamlar" teleserialında Maks Sandermen rolunu oynayır. Həmçinin "Uğursuz!" və "Adamın parçalanması", "Oh, bu mənim atamdır!" teleserialında və digər layihələrdə də iştirak etmişdir. Həmçinin, qonaq aktyor kimi "Dəniz Polisi: Los-Anceles" serialında da rol oynayıb. == Filmoqrafiya == == Mükafat və nominasiyalar == Qriffo Kids' Choice Award mükafatlandırılmasında "Sevimli aktyor" mükafatına 5 dəfə namizəd görülüb. İlk dəfə 2014-cü ildə, ikinci dəfə 2015-ci ildə, üçüncü dəfə 2016-cı ildə, dördüncü dəfə 2017-ci ildə, və beşinci dəfə 2018-ci ildə namizəd görülmüşdür.
Cessika Qrin
Cessika Qrin (ing. Jessica Green; 11 fevral 1993, Tasmaniya) — Avstraliya aktrisası. == Həyatı və karyerası == Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur. 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber, 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır. Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır.Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır.Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.
Ceyms Uolter Qrimes
Ceyms Volter Qrimes ing. James Walter Grimes Amerika botaniki. == Əsərləri == Wetter, M.A. & J.W.Grimes. 1982. Notes on the asters (Asteraceae) of Edward S. Burgess. Brittonia 34: 273-281. Grimes, J.W., Keller, S. 1982. The herbarium of Wesleyan University, Middletown, Connecticut. Brittonia 34: 368-375. Grimes, J.W., R.C.Barneby.
Ceyms Volter Qrimes
Ceyms Volter Qrimes ing. James Walter Grimes Amerika botaniki. == Əsərləri == Wetter, M.A. & J.W.Grimes. 1982. Notes on the asters (Asteraceae) of Edward S. Burgess. Brittonia 34: 273-281. Grimes, J.W., Keller, S. 1982. The herbarium of Wesleyan University, Middletown, Connecticut. Brittonia 34: 368-375. Grimes, J.W., R.C.Barneby.
Con Qrin
Con Maykl Qrin (ing. John Michael Green; 24 avqust 1977[…], İndianapolis) — ABŞ yazıçısı, videobloqqeri, prodüseri, aktyoru və redaktoru. İlk əsəri "Alyaskanın axtarışında" romanıdır. "Eyni ulduzun altında" romanı isə müəllifin ən yaxşı romanı hesab olunur. == Biblioqrafiya == === Kitabları === Alyaskanın axtarışında (ing. Looking for Alaska; 2005) (ISBN 0-525-47506-0) Ketrinlərin bərəkəti (ing. An Abundance of Katherines; 2006) (ISBN 0-525-47688-1) Qar yağsın: Üç bayram sevgi hekayəsi (ing. Let It Snow: Three Holiday Romances; 2008) – Morin Conson və Loren Mirekl ilə (ISBN 0-142-41214-7) Kağız şəhərlər (ing. Paper Towns; 2008) (ISBN 978-0142414934) Vill Qreyson, Vill Qreyson (ing. Will Grayson, Will Grayson; 2010) – Devid Levitan ilə (ISBN 0-525-42158-0) Eyni ulduzun altında (ing.
Con Qrişam
Con Qrişem (8 fevral 1955-ci il təvəllüdlü) — Amerika hüquqşünası və yazıçısı. Gollivud. Soderzhanie ilə lentə çox Satanlar (qondarma. "Hüquqi Korku") müəllifi. == Tərcümeyi hal == John Grisham Jonesboro, Arkanzas 8 fevral 1955-ci ildə anadan olmuşdur. O, Mississippi Universiteti (Mississippi Universiteti) bitirmişdir. Universiteti bitirdikdən sonra bir hüquq ofis açmışdır. 1984-cü ildə kiçik nəşrləri 1988-ci ildə nəşr edilmişdir onun yeni "öldürmək üçün bir müddət" üzərində iş başladı. "Firma" (1991) bir bestseller oldu ikinci roman, film hüquqları $ 600,000 üçün alınmışdır. Üçüncü roman dövriyyəsi, "The qutan" 11 milyon nüsxədə keçib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2006 •• 0.23
2010 0.09
2013 •••••••••••••••••••• 2.48

"qri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qri nədir? #qri sözünün mənası #qri nə deməkdir? #qri sözünün izahı #qri sözünün yazılışı #qri necə yazılır? #qri sözünün düzgün yazılışı #qri leksik mənası #qri sözünün sinonimi #qri sözünün yaxın mənalı sözlər #qri sözünün əks mənası #qri sözünün etimologiyası #qri sözünün orfoqrafiyası #qri rusca #qri inglisça #qri fransızca #qri sözünün istifadəsi #sözlük