Qrossheym sözü azərbaycan dilində

Qrossheym

Yazılış

  • Qrossheym • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandr Qrossheym
Aleksandr Qrossheym (rus. Александр Альфонсович Гроссгейм) — sovet botaniki, biologiya elmləri doktoru (1935), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Elmlər Akademiyasının akademiki (1946), SSRİ Dövlət mükafatı laureatı (1948). == Həyatı == Aleksandr Qrossheym 6 mart 1888-ci ildə Yekaterinoslavski quber­niya­sının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. Ali təhsilini Moskva Dövlət Universitetinin Təbiət fakültəsinin Biologiya bölməsində almışdır. == Əmək fəaliyyəti == Aleksandr Qrossheym 1913-1926-cı illərdə Tbilisi Botanika Bağında botanik-florist kimi çalışmışdır. 1917-ci ildə Tiflis Politexnik İnstitutunun Botanika kafed­rasında assistent və dosent vəzifələrində işləmişdir. Elmi -pedaqoji fəaliyyətini 1927-ci ildən Bakıda davam etdirəm Qrossheym 1927-1929-cu illərdə Bakı Dövlət Universitetinin dosenti, 1929-cu ildə professoru, 1930-1934-cü illərdə Azər­baycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri, 1934-1947-ci illərdə isə Azərbaycan Dövlət Uni­versitetinin Ali bitkilərin sistematikası və morfologiyası kafedrasının müdiri olmuşdur. Aleksandr Qrossheym 1936-cı ildə Bakıda Botanika Bağının, 1936-1947-ci illər­də isə Botanika İnstitutunun ilk direk­toru olmuşdur. O, 1946-1948-ci illərdə SSRİ EA V.L.Komarov adına Bota­nika İsti­tutunun Qafqaz herbarisi sektoruna, 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetinin Bitki sistematikası və morfolo­giyası kafedrasına rəhbərlik etmişdir. == Akademik fəaliyyəti == A.A. Qrossheym Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır.
Qrossheym armudu
Qrossheym armudu (lat. Pyrus grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. == Qısa morfoloji təsviri == 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Qrossheym başlıqotu
Qrossheym başlıqotu (lat. Scutellaria grossheimiana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Populyasiyası təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT. == Arealı == Cənubi Qafqaz üçün endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri 18 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 5-20 mm uzunluğunda, 4-15 mm enində, enli üçkünc-yumurtavari, küt-lələkvaridilimli və ya lələkvari dilimli, 1-7 uzunsov və ya xətvari qanadlı və ya hər tərəfdən dilimli, üst tərəfdə yapışan tükcüklü, boz-yaşıl rəngli, alt tərəfdə uzun, ağ və ya boz tükcüklüdür. Çiçək qrupu sıx, 2,5-5 sm uzunluğunda; çiçəkaltlığının yarpaqları enli-yumurtavaridir, qısa itiləşmiş, yapışqan tükcüklü, kənardan uzun kirpikcikli, açıq-yaşıl və ya bir qədər al-qırmızıdır. Tac 2-3 sm uzunluğunda, sarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyul aylarına təsadüf edir.
Qrossheym keçiyemliyi
Qrossheym keçiyemliyi (lat. Podospermum grossheimii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin keçiyemliyi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri 10-15 sm hündürlükdədir. Köküstü yarpaqlar çoxsaylı, aztükcüklü, darxətli və ya ləçəkbölümlü, bir az dar xətli (1 mm-ə qədər enində) yan seqmentlərə və daha uzun baş seqmentə malikdir. Gövdə yarpaqları 1-2 sayda, xırda, xətlidir. Səbətlər tək, 25 mm uzunluğundadır. Örtücük səbətin əsasında, ağ-keçəli; xaricdə yerləşən yarpaqcıqlar uzunsov-xətli, təpəcikdə kütvaridir. Toxumcası (ayaqcıqla bir yerdə) 12 mm-dək uzunluqda və 1-1,5 mm enində, çılpaq; zəncirotu sarımtıl rəngli, toxumcadan qısadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qrossheym süsəni
Qrossheym süsəni (lat. Iris grossheimii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Yayılması == Azərbaycanın Naxçıvan ərazisində, Ordubad rayonunun Şıxyurdu və Soyuqdağ yamaclarında, həmçinin Ermənistanda yayılıb. Dəniz səviyyəsindən 2400-3000 m yüksəklikdə orta və yuxarı dağlıq qurşaqların ortu yamaclarında bitir. Qeyd eilən ərazidə zəif yayıldığından çox az rast gəlinir. == Çoxalması == Toxumla və vegetativ yolla çoxalır. Antropogen amillər üzündən — çiçəklərinin toplanılması və bitkinin kökündən çıxarılması nəticəsində bitkinin azalması baş verib. Həvəskarlar tərəfindən becərilir, Azərbaycan Botanika İnstitutunun Botanika bağında introduksiya olunmuşdur. Mühafizəsi üçün xüsusi tədbirlər işlənib hazırlanmamışdır. Növün tam mühafizə edilməsi lazımdır.
Qrossheym şaxduranı
Qrossheym şaxduranı (lat. Alchemilla grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik tünd-yaşıl ot bitkisidir. Gövdə 25 sm-ə qədər hündürlükdədir. Kökyanı yarpaqlar 2,5-5 sm uzunluğunda, 4-6 sm enində, böyrəkvari və ya dairəvi-böyrəkvari, bir qədər dalğalı və ya hamar, hər iki tərəfdən 7 bölümlü qövsvari və ya yarımdairəvi bölümlü, aydın görünən kəsikli, aralarında 5-6 yarım yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları çox qısa bölümlü və çox dərin bölünmüş yarpaqaltlıqlıdır. Çiçək qrupu uzun budaqlı, kasa yarpaqları eynidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, meyvələmə avqust aylarına təsadüf edir. Alp və subalp çəmənlərində bitir.
Qrossheym gəmirici soğanı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2007 •••• 0.21
2015 ••• 0.17
2017 ••• 0.16

Oxşar sözlər

#qrossheym nədir? #qrossheym sözünün mənası #qrossheym nə deməkdir? #qrossheym sözünün izahı #qrossheym sözünün yazılışı #qrossheym necə yazılır? #qrossheym sözünün düzgün yazılışı #qrossheym leksik mənası #qrossheym sözünün sinonimi #qrossheym sözünün yaxın mənalı sözlər #qrossheym sözünün əks mənası #qrossheym sözünün etimologiyası #qrossheym sözünün orfoqrafiyası #qrossheym rusca #qrossheym inglisça #qrossheym fransızca #qrossheym sözünün istifadəsi #sözlük