Qulamhüseyn sözü azərbaycan dilində

Qulamhüseyn

Yazılış

  • Qulamhüseyn • 99.4253%
  • qulamhüseyn • 0.2874%
  • QULAMHÜSEYN • 0.2874%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qulamhüseyn Beqdeli
Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
Qulamhüseyn Cahanşahi
Qulamhüseyn Mirzə Şəfi oğlu Cahanşahi (1920–2005)—Hüquqşünas. Qulamhüseyn Mirzə Şəfi oğlu 1920-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini orta məktəbdə almışdı. Sonra Tehran universitetini bitirmişdi. Əvvəlcə hüquq, sonra iqtisad təhsili almışdı. Fransada, Paris universitetində iqtisad doktorluğu elmi dərəcəsinə yiyələnmişdi. İrana dönəndən sonra Ali məhkəmədə vəkil kimi çalışmışdı. Hüseyn Əlanın baş nazirliyi dönəmində (12 mart 1951–30 aprel 1951) doktor Səccadi maliyə naziri təyin olunmuşdu. O da doktor Qulamhüseyn Cahanşahini ofisinə müdir vəzifəsinə dəvət etdi. Qulamhüseyn Cahanşahi Tehrandan İran Milli Məclisinə nümayəndə seçilmişdi.
Qulamhüseyn Saidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Qulamhüseyn Sultanlı
Qulamhüseyn İsgəndər oğlu Sultanlı - Görkəmli Azərbaycan elm xadimi, Azərbaycanda arıçılıqla bağlı bir çox elmi kitab və məqalələlərin müəllifidir. Qulamhüseyn Sultanlı 1 iyul 1934-ci ildə Saatli rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. O, 1954-ci ildə Şamaxı Zoobaytarlıq Texnikumun baytarlıq şöbəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cı ildə isə akademik K. Q. Skryabin adına Moskva Baytarlıq Akademiyasının baytarlıq fakultəsini bitirərək baytar həkim ixtisasına yiyələnmişdir. Qulamhüseyn Sultanlı 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1963 ildən 1993-cü ilə qədər Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda arı xəstəliklərini öyrənən şöbədə məsul vəzifələrdə çalışmışdır. Arıçılıqla bağlı bir çox kitabları dərc olunmuşdur. 2011-ci ildə Tərəqqi medalı ilə təltif edilmişdir Arıçılıq haqqında söhbətlər , 1980 il., 120 səh. Arıçının məlumat kitabı , Azərnəşr; 1990 il., 136 səh. Arı xəstəlikləri və onlarla mübarizə , 1999 il., 168 səh.
Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Surxay oğlu Əlibəyli (1958, Köhnə Alvadı, Masallı rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri (2008–2023). Qulamhüseyn Əlibəyli 1958-ci il sentyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı qəsəbəsində şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1981–1985-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində Konstitusiya hüququ Kafedrasının aspirantı olub. İngilis və rus dillərini bilir. Qulamhüseyn Əlibəyli ailəlidir, dörd övladı var. Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışmışdır. 1995-ci il parlament seçkilərində Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 3-cü sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.
Qulamhüseyn Begdili
Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
Qulamhüseyn Səidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. == Həyatı == Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Qulamhüseyn Sədri-Avşar
Qulamhüseyn Sədri-Avşar (1934, Urmiya) — İran tarixçisi. Qulamhüseyn Sədri-Avşar 1935-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Tanınmış tarixçidir. Qulamhüseyn Sədri-Avşar tərcüməçi kimi də şöhrət tapmışdı. Ərəb, fars, ingilis və türk dillərini mükəmməl bilirdi. Qulamhüseyn Sədri-Avşar Tehranda Milli Cəbhə hərakatına qoşulmuşdu. Burda çətinliklərlə üzləşib Urmiyaya döndü. Qiraətxana açıb, kitabdarlıqla məşğul olmağa başladı. Biliyinin çoxluğu, elminin genişliyi Urmiyaya sığmadı. Yenidən Tehrana qayıtdı.
Qulamhüseyn bəy Kazımbəyov
Qulamhüseyn bəy Rəhmətulla bəy oğlu Kazımbəyov (1889, Hasıllı, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 29 mart 1972, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü. 1889-cu ildə Hasıllı kəndində doğulub, sonradan ailəsi ilə birlikdə Qalabazarına köçərək Təzə Alvadı kəndində məskunlaşıb. O, Peterburqda təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və uzun müddət ədliyyə orqanlarında mirzə, vəkil, pristav köməkçisi və digər vəzifələrdə çalışıb. Bu vəzifələri icra edərkən o Lənkəranda, Salyanda, Bakıda yaşamışdır. Qulamhüseyn bəy Bakıda İosif Stalinin məhkəməsi zamanı məhkəmənin tərcüməçisi olmuşdur.[mənbə göstərin] Gəncə üsyanından sonra təqiblərdən qaçmaq üçün Qulamhüseyin bəy bir müddət ailəsi ilə birlikdə İranda yaşayır. Bir qədər sonra isə Azərbaycana qayıdıraq Qubada məskunlaşır. Daha sonra isə Bakıya qayıdır və müxtəlif təşkilatlarda hüquqşünas və vəkil kimi çalışır. Lakin, 1937-ci il repressiyası dövründə müsavatçı olduğu üçün izlənilir və həbs edilir. 1937-ci ildə gecə yarısı xəfiyyələr onu aparırlar. Bu zaman o, yalnız "Üzeyir bəyə çatdırın ki, məni apardılar." cümləsini deyə bilir.
Qulamhüseyn İbrahimi Dinani
Qulamhüseyn İbrahimi Dinani — (fars. غلامحسین ابراهیمی دینانی‎; 26 noyabr 1934, İsfahan) İranlı filosof və yazıçıdır. Onun məşhur olmasının bir səbəbi də Ş. Sührəvərdi fəlsəfəsi sahəsində araşdırmaları və son illərdə işraqilik fəlsəfəsinin dirçəlişi ilə bağlıdır. Dinani İbn Sina, İbn Rüşd, Sührəvərdi, Molla Sədra fəlsəfəsi, ümumiyyətlə, İslam fəlsəfəsinin cərəyanları və müsəlman filosoflarının düşüncələri üzərində xüsusi şəkildə tədqiqatlar aparmış və məharətə malikdir. Hazırda Tehran Universitetinin Ədəbiyyat və Humanitar Elmlər fakültəsinin fəlsəfə kafedrasının təqaüdçü professorudur. Qulamhüseyn İbrahimi Dinani 26 dekabr. 1934-cü ildə İsfahan əyalətinin Dinan şəhərində anadan olmuşdur. İbtidai təhsilini kəndlərində aldıqdan sonra İsfahandakı Nimavard seminariyasında dini təhsil alıb. Müqəddimat kursunu və fəlsəfənin əsaslarını bitirdikdən sonra Qum elmi hövzəsinə və seminariyasına daxil olur. Xaric fiqhi və Üsul prinsiplərini böyük məharətlə öyrənməklə yanaşı, Əllamə Təbatəbaidən də fəlsəfə öyrənmişdir.
Qulamhüseynkəndi (Biləsuvar)
Qulamhüseynkəndi (fars. غلامحسين كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (24 ailə).

qulamhüseyn sözünün leksik mənası və izahı

"qulamhüseyn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qulamhüseyn nədir? #qulamhüseyn sözünün mənası #qulamhüseyn nə deməkdir? #qulamhüseyn sözünün izahı #qulamhüseyn sözünün yazılışı #qulamhüseyn necə yazılır? #qulamhüseyn sözünün düzgün yazılışı #qulamhüseyn leksik mənası #qulamhüseyn sözünün sinonimi #qulamhüseyn sözünün yaxın mənalı sözlər #qulamhüseyn sözünün əks mənası #qulamhüseyn sözünün etimologiyası #qulamhüseyn sözünün orfoqrafiyası #qulamhüseyn rusca #qulamhüseyn inglisça #qulamhüseyn fransızca #qulamhüseyn sözünün istifadəsi #sözlük