Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی; 1918, Qum – 8 fevral 1984, Paris) — Azərbaycan əsilli İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı, Şah ordusunun sonuncu komandanı, öz dövrünün ən mahir hərbiçisi.
Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində Üveysi ailəsində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Ana tərəfdən isə Məhəmməd Əli Şah Qacarın böyük oğlu Hüseyn Əli Mirzənin nəvəsidir.
O, 1937-ci ildə Şərif Dölə Bozorgun nəvəsi, Şərif Dölə Bəniadəmin qızı olan Şərafət Bəniadəm ilə ailə həyatı qurub.
Qulaməli Üveysi Tehranda İran Ali Hərbi Məktəbin Zabitlər fakültəsinin məzunudur. O, Məhəmmədrza şah Pəhləvi ilə eyni fakültədə təhsil alıb.
Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu.