* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Bişirilərək yeyilən bir bitkinin adıdır. Başqa türk dillərində ona qulanquyruğu deyirlər. Doğrudan da, atın quyruğuna bənzəyir. Adı da elə buradandır. Görünür, qulançar sözü qulanquyruğu kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qulançar1 I сущ. спаржа (травянистое растение сем. лилейных, молодые побеги которого употребляются в пищу) II прил. спаржевый
Azərbaycanca-rusca lüğət / qulançar(Bolnisi, Borçalı, Gəncə, Qazax, Mingəçevir, Ordubad, Şəmkir) yeməli yabanı bitki adı. – Qulançarı gederix’ dərerix’, soηra gətirerix’, tuada pişirerix’ (Qazax); – Qulançarı yağnan qo:randa ləzətdi olur (Gəncə); – Oğlum bağdan yığdığı qulançar dəsdəsini nənəsinə verdi (Ordubad); – Qulançar da otdu, taxılda-zadda piter (Şəmkir)
Azərbaycan dilinin dialektoloji lüğəti.