qulaqcıq sözü azərbaycan dilində

qulaqcıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qulaqcıq • 96.4758%
  • Qulaqcıq • 3.5242%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Qulaqcıqlararası çəpərin qüsuru
Qulaqcıqlararası çəpərin qüsuru — geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir. == Patoanatomiyası == Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar: lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşayiət olunur. lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun altında yerləşir. lat.
Qulaqcıqların fibrilyasiyası
Qulaqcıqların fibrilyasiyası və ya Qulaqcıqların səyrici aritmiyası — Qulaqcıqların fibrilyasiyası ən geniş yayılmış ürək aritmiyasıdır və dünya əhalisinin 1-2%-də rast gəlinir. 2001-ci ildə tək ABŞ-də 2.3 mln insan qulaqcıqların fibrilyasiyasından əziyyət çəkib və bu rəqəmin 2050-ci ilədək iki dəfə artması gözlənilir. Qulaqcıqların fibrilyasiyası insult riskini 4-5.3 dəfə artırmış olur. Amerikanın Ürək Assosiasiyasına görə beyin insultu ABŞ-də ölüm və əlillik səbəbləri arasında dördüncü yeri tutur. Qulaqcıqların fibrilyasiyası isə bütün yaşlarda qeydə alınan insult hallarının 15%-ə səbəb olur. Yaşı 80-dən yuxarı olan xəstələr arasında baş verən insultların 30%-dən çoxu isə qulaqcıqların fibrilyasiyası səbəbindən baş verir. Müalicə aparılmadıqda qulaqcıqların fibrilyasiyası olan xəstələrin 2-5% hər il insult keçirir. Bu insult hallarının əksəriyyəti kardioemboliya səbəbindən baş verir. Tromblar isə sol qulaqcığın artımından yayılmış olur. Müəyyən edilib ki, qulaqcıqların fibrilyasiyasından əziyyət çəkən və əvvəllər insult keçirmiş xəstələrdə oral antikoaqulyantlarla müalicə aparılmadıqda, onlarda illik insult riski 12% bərabərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.80 dəfə / 1 mln.
2010 ••• 0.27
2011 ••••• 0.51
2012 •••••••••••••• 1.63
2013 •••••••••••••••••••• 2.48
2014 •••••••••• 1.20
2015 ••••• 0.51
2016 ••••••••• 1.04
2017 •••••••••••••• 1.63
2018 •••••••••• 1.20
2019 ••••••• 0.83
2020 •••••• 0.66

qulaqcıq sözünün leksik mənası və izahı

qulaqcıq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. предсердие (каждый из двух верхних отделов сердца). Sağ qulaqcıq правое предсердие

    Azərbaycanca-rusca lüğət / qulaqcıq

qulaqcıq sözünün inglis dilinə tərcüməsi

qulaqcıq sözünün fransız dilinə tərcüməsi

qulaqcıq sözünün ləzgi dilinə tərcüməsi

"qulaqcıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qulaqcıq nədir? #qulaqcıq sözünün mənası #qulaqcıq nə deməkdir? #qulaqcıq sözünün izahı #qulaqcıq sözünün yazılışı #qulaqcıq necə yazılır? #qulaqcıq sözünün düzgün yazılışı #qulaqcıq leksik mənası #qulaqcıq sözünün sinonimi #qulaqcıq sözünün yaxın mənalı sözlər #qulaqcıq sözünün əks mənası #qulaqcıq sözünün etimologiyası #qulaqcıq sözünün orfoqrafiyası #qulaqcıq rusca #qulaqcıq inglisça #qulaqcıq fransızca #qulaqcıq sözünün istifadəsi #sözlük