Quluzadə sözü azərbaycan dilində

Quluzadə

Yazılış

  • Quluzadə • 99.7900%
  • QULUZADƏ • 0.1260%
  • quluzadə • 0.0840%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quluzadə
Quluzadə — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslərVəfa Quluzadə — politoloq, Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri (1990-1999). Mirzəağa Quluzadə — Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Zümrüd Quluzadə — fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Amit Quluzadə — Qəbələ FK oyunçusu. Lətifə Quluzadə — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı.
Amit Quluzadə
Amit Quluzadə — Larrisa FK oyunçusu. == Həyatı == 20 noyabr 1992-ci ildə Bakıda anadan olub. Amit peşəkar futbolçu karyerasına "Neftçi"də başlayıb. 2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin "Kayseri Erciyesspor" klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi "Rəvan"da top qovub. 2013-cü ildə "Qəbələ" FK yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb. 2017-ci ilin Yanvar ayında isə Yunanıstanın Larrisa FK klubu ilə 2.5 illik müqavilə imzaladı..
Aqşin Quluzadə
Aqşin İlham oğlu Quluzadə (31 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Klub karyerası == === Keşlə FK === Quluzadə Keşlə FK akademiyası vasitəsilə inkişaf etmişdir.2006-cı idən İnter PİK də oynamağa başlamışdır. Quluzadə əsas komanda ilə debütünü 4 may 2016-cı ildə etmişdir. O, Qarabağ FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Kuboku görüşündə Qarabağa 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistiklkası == === Klub === 16 Yanvar 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Arif Quluzadə
Arif Quluzadə (fars. عارف قلی‌زاده‎ 1938, Bakı, Azərbaycan SSR, SSRİ — 14 aprel, 2015, Tehran, İran) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş iranlı futbolçu. O, İran milli futbol komandasının heyətində 1958-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş Asiya Oyunlarında çıxış edib.
Cəfər Quluzadə
Quluzadə Cəfər Müseyib oğlu (7 avqust 1938, Xatınlı, Tovuz rayonu – 14 aprel 2021) — BDU-nun Astrofizika kafedrasının müdiri. Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == 7 avqust 1936-cı ildə Azərbaycanın Tovuz rayonunun Xatınlı kəndində anadan olmuşdur. 1961-ci ildə Leninqrad Dövlət Universitetini bitirmişdir. 1966-cı ildə Astrofizika ixtisası üzrə aspiranturanı bitirmiş və namizədlik dissertasiyasını müdafiə etmişdir. 1966–1969-cu illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsində çalışmışdır. 1969-cu ildən BDU-da dosent, 1991-ci ildən professor vəzifəsində işləyir. 1997-ci ildən Astrofizika kafedrasının müdiridir. 1992–94-cü illərdə Türkiyəyə dəvət olunmuş, İstanbul Universitetində "Spektroskopiya" kursunun tədrisini təşkil etmişdir. Günəş fizikası sahəsidə çalışır.
Elmin Quluzadə
Elmin Şəmsi oğlu Quluzadə (1 noyabr 1998, Kəngərli, Tərtər rayonu – 2020) — şəhid. == Həyatı == 1998-ci il noyabrın 1-i tarixində Tərtər rayonu Kəngərli kəndində anadan olub. Suqovuşan fatehlərindən olan Elmin Quluzadənin ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Elminin düşmənə nifrəti, vətənə sevgisi onu ikinci Qarabağ müharibəsinə göndərdi. Sevərək döyüşlərə qatılan Tərtərli gənc adını qəhrəmanlıq tarixinə yazdı. Tərtər rayonunun Kəngərli kənd sakini Elmin Quluzadə Sentyabrın 21 könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonlarını istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib. 17 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz doğulub boya -başa çatdığı Tərtər rayonunda dəfn edilib.
Elşən Quluzadə
Elşən Qulu oğlu Quluzadə (20 oktyabr 1998; Füzuli rayonu, Azərbaycan — 21 yanvar 2021; Bakı, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Quluzadə 1998-ci il oktyabrın 20-də Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elşən Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Quluzadə oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Elşən Quluzadə 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 100-cü günündə şəhid olub. Onunla vida mərasimi Təzəpir məscidində baş tutub. Vida mərasiminə daxili işlər naziri Vilayət Eyvazov və birinci müavini general-leytenant Seyfulla Əzimov qatılıb. Elşən Quluzadə Füzuli rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Quluzadə
Kamran Pərviz oğlu Quluzadə (14 avqust 1998, Ağsu rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Quluzadə 1998-ci il avqustun 14-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Kamran Quluzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Kamran Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Quluzadə oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Lətifə Quluzadə
Lətifə Nəsir qızı Quluzadə — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı. == Həyatı == Lətifə Quluzadə 29 avqust 1946-cı ildə Bakıda doğulub. 189 saylı orta məktəbi bitirən ili Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq orada dekorativ-tətbiqi sənət rəssamı ixtisasına yiyələnib (1964-1969). Lətifə Nəsir qızı Quluzadə yaradıcılığının ən parlaq dövrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. İşlədiyi müddət (1976-1995) ərzində Telman Qarabağlının «Du-du, yol verin», Rada Moskovanın «Hara qaçırsan, dayça?», Yuri Oleşanın «Üç gombul», Reno Pilonun «Bizim evdə», Mirzə Cəlinin «Pırpız Sona», Bertolt Brextin «Kuraj ana», Aleksandr Ostrovskinin «Qar qız» tamaşalarının rəssamıdır. Rəssam Macarıstanda, Türkiyədə, İranda, Pakistanda, Litvada, Rusiyada, Özbəkistanda, Gürcüstanda keçirilmiş festival və sərgilərin iştirakçısıdır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1978-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Lətifə Quluzadə Azərbaycan Akademik Milli Dram Teatrında Əli Əmirlinin «Ağqoyunlular və Qaraqoyunlular», Opera və Balet teatrında Fikrət Əmirovun «Sevil» (geyim üzrə), Rus Dram teatrında G.Koktonun «Muqəddə vəhşi», Gənc Tamaşaçılar teatrında «Quyu», Mağara», «Ğara», Kamera teatrında Qoqolun «Dəlinin qeydləri», Musiqili Komediya teatrında «Məlikməmməd», «Bazar günü gəzinti» və bir çox səhnə əsərlərinin quruluşçu rəssamıdır. Lətifə Quluzadə Kukla teatrında ilk dəfə aktyorları tamaşaçılardan «gizlədən» pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə edib. O, 2000-ci ildən yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına qayıdaraq baş rəssam təyin olunub.
Mahmud Quluzadə
Quluzadə Mahmud Məmməd oğlu – dosent, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1992-1994-cü illər) == Həyatı == Quluzadə Mahmud Məmməd oğlu 22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olub. 1967-ci ildə ADU-nun "İqtisadiyyat" fakültəsini bitirib. Həmin ildən 1992-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitunun dosenti işləyib. 1972-ci ildə namizədlik dissertasiyasının müdafiə edib. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. 1992-1994-cü illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir.
Mirzəağa Quluzadə
Mirzağa Quluzadə (Tam adı: Mirzəağa Yüzbaşı oğlu Quluzadə; d. 25 oktyabr 1907 – ö. dekabr 1979) — Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Mirzağa Quluzadə 24 oktyabr 1907-ci ildə anadan olmuşdur. 1923-1927-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Texnikumunda təhsil almışdır. 1927-1932-ci illərdə Salyan şəhər orta məktəbində müəllim işləmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1936-cı ildə ali təhsilini başa vuraraq Qazax pedaqoji məktəbində müəllim işləmişdir. 1939-1941-ci illərdə SSRİ EA Azərbaycan filialının aspirantı olmuşdur. 1948-1956-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləmişdir.
Musa Quluzadə
Musa Quluzadə (Tam adı: Musa Nizam oğlu Quliyev; d.20 may 1939, Masallı, Xıl k.) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyat == Musa Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olmuşdur. == Pedoqoji fəaliyyəti == Bir müddət Bilik cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris etmişdir. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 12-dən çox bədii kitabın müəllifidir. === Kitab və məqalələri === Dinimiz dünən və bu gün, Bakı, 1996 (monoqrafiya) Müstəqil Azərbaycan Respublikasında din münasibətləri, Bakı, 1999 Azərbaycanda dövlət və din münasibətləri (1920-2000-ci illər), Bakı, 2002 Azərbaycan SSR-də dövlət və din münasibətləri (1920-1991–ci illər), Bakı, 2006 Azərbaycanın dövlətçilik tarixi (dərslik), Bakı, 2016150-dən artıq elmi və publisistik məqalələrin müəllifidir. === Esseləri === Xəzərim mənim Kor Xəlil Sərhədsiz quşlar Kölgədə bitən...
Məhəmməd Quluzadə
Məhəmməd Cəlal oğlu Quluzadə (7 avqust 1999, Bəydili, Biləsuvar rayonu – 27 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi == Həyatı == Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlmişdir. 2006–2017-ci illərdə Bəydili kənd tam orta məktəbində orta təhsil almışdır. == Hərbi xidməti == Məhəmməd Quluzadə 2017-ci ildə Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ildə hərbi xidmətdən tərxis olunmuş, 2020-ci ildə isə könüllü şəkildə yenidən Tərtər rayonu N saylı hərbi hissəyə qayıtmışdır. Müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Məhəmməd Quluzadə 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Quluzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədpaşa Quluzadə
Məmmədpaşa Piri oğlu Quluzadə (5 sentyabr 1914 – 28 fevral 1994) — texnika elmləri doktoru (1959), professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1965), SSRİ-nin fəxri neftçisi (1971), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1971), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), "Qırmızı Əmək Bayrağı" (1967), "Lenin" (1984) və II dərəcəli Vətən müharibəsi (1985) ordenləri laureatı. == Həyatı == Quluzadə Məmmədpaşa Piri oğlu Bakı şəhərində anadan olmuşdur. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, 1941-ci ilə qədər "Əzizbəyovneft" trestinin neft mədənlərində texnik, qazıma ustası, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1946-1949-cu illərdə AzSİ-nun aspirantı olub. 1949-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 1949-1961-ci illərdə AzNKİ-da assistent, dosent, professor, 1961-ci ildən həyatının sonuna qədər isə "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri, rektorun məsləhətçisi olmuşdur. 1951-1964-cü illərdə bu institutun elmi işlər üzrə prorektor olub. 1960-cı ildə "Maili quyuların turbin üsulu ilə qazılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1968-ci ildə Quluzadə M.P. Azərbaycan EA-nın müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Orxan Quluzadə
Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994; Lənkəran şəhəri, Azərbaycan — 8 noyabr 2020; Bartaz, Zəngilan, Azərbaycan) — Azərbaycan Çevik Hərəkət Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub. 2000-2011-ci illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə təhsil alıb. Ailəli idi, Ayla adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Orxan Quluzadə 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Azərbaycan Quru Qoşunlarının Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən 4-cü Ordu Korpusunda müddətli həqiqi hərbi xidmət keçib. 2018-ci ildən isə Azərbaycan Çevik Hərəkət Qüvvələrinin Yevlax briqadasında kiçik gizir kimi hərbi xidmətə başlayıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Quluzadə noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Şükürataz dağı istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Pərviz Quluzadə
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi.Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır. Onun Dost və OD ilə birgə ifa etdiyi "1st class" treki böyük diqqət cəlb edir.
Qurbanəli Quluzadə
Qurbanəli Elşad oğlu Quluzadə (25 iyun 2001, Binə, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurbanəli Quluzadə 2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Ailənin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb. == Hərbi xidmətləri == 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qurbanəli Quluzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Qurbanəli 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Qurbanəli Quluzadə Binə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qurbanəli Quluzadə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramin Quluzadə
Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021). == Həyatı == 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. 1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. == Karyerası == 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərmişdir. 2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
Tapdıq Quluzadə
== Həyatı == Quluzadə Tapdıq Həsən oğlu 01.02.1972-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olmuşdur.1979-cu ildə Pələkli kənd orta məktəbinin 1-ci sinifinə getmiş,1989-cu ildə Çatax kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat " fakultəsinə daxil olmuşdur. 1994-cü ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat " fakultəsini bitirərək "Riyaziyyatçı-riyaziyyat müəllimi" ixtisasına yiyələnmişdir. 1994–1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.1997-ci ilin yanvar ayından bu günə kimi AzDİU-nun "Riyaziyyat" kafedrasında b/laborant,müəllim,b/müəllim və dosent vəzifələrində işləmişdir. 2003-cü ildən 0013-"İqtisadi-riyazi üsullar "ixtisasından namizədlik işi müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 2013-cü ildən AAK tərəfindən dosent adına layiq görülmüşdür. Hal-hazırda "Kibernetika"institutunda elmlər doktoru üzrə doktoranturada təhsil alır. == Elmi fəaliyyəti == İşlədiyi dövrdə 28-ə qədər elmi məqalə, "İqtisadçılar üçün ali riyaziyyat kursu", "Riyaziyyat-1", "Riyaziyyat-2", "Xətti cəbr və riyazi analiz", "Ehtimal nəzəriyyəsi və riyazi statistika " və " fənlərinə aid metodik göstəriş,dərs proqramlarının,dərs vəsaitlərinin və iki tərcümənin müəllifidir.Respublikada ilk dəfə olaraq "Maliyyə riyaziyyatı" üzrə fənn proqramı hazırlamış və "Maliyyə riyaziyyatı" kitabını tərcümə etmişdir. 2015-ci ildə "Riyaziyyat "fənni üzrə "Sabahın alimləri" respublika müsabiqəsində şagirdlərə rəhbərlik etmişdir. == Ailə vəziyyəti == Ailəlidir və üç övladı var.
Vasif Quluzadə
[mənbə göstərin] Vasif Quluzadə (tam adı: Vasif Ələsgər oğlu Quluzadə ; d. 17 avqust 1939, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet alimi, geomorfoloqu, coğrafiya üzrə fəlsəfə doktoru. == Bioqrafiya və fəaliyyəti == V.Ə.Quluzadə 1939-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini bitirmişdir. 1971-1974-cü illərdə Azərbaycan MEA Coğrafiya institutunun aspirantı olmuşdur. 1982-ci ildə «Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluş və inkişaf xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cü ildən Azərbaycan MEA Coğrafiya institutunda geomorfologiya şöbəsində kiçik elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifəsində çalışır. Əsas elmi istiqaməti geomorfologiya, paleocoğrafiya, neotektonika sahələridir. Respublikanın dağlıq bölgələri üzrə müxtəlif miqyaslı geomorfoloji xəritələr tərtib etmişdir. Relyefin morfostruktur və morfoskulptur təhlilinə əsasən müxtəlif tipli faydalı qazıntı yataqlarının morfostrukturlarla genetik əlaqəsini öyrənmişdir.
Vəfa Quluzadə
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri. == Həyatı == Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir. === Uşaqlığı === İkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Quluzadə nənəsin ona böyük təsirini belə izah edir: Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. === Təhsili === 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.
Vəfadar Quluzadə
Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001, Bünyadlı, Beyləqan rayonu – 3 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xaqani Quluzadə
Xaqani Quluzadə (tam adı:Quluzadə Xaqani Zahid oğlu; 6 avqust 1977, Marneuli rayonu) — Azərbaycan iş adamı, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri (2010–2013), "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri. == Həyatı == Xaqani Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda ziyalı ailəsində anadan olub. == Təhsil == 2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində "Executive Global Master’s in Management" proqramını müvəffəqiyyətlə bitirərək magistr dərəcəsini qazanmışdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. "Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir (hər ikisi fərqlənmə ilə). 1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirmişdir. == Karyera == 2010-cu ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini tutmuşdur. "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir. Bundan əvvəl Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
Zümrüd Quluzadə
Quluzadə Zümrüd Əliqulu qızı (17 mart 1932, Bakı – 26 sentyabr 2021, Bakı) — Azərbaycanın Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim. == Həyatı == Zümrüd Quluzadə 17 mart 1932-ci ildə ziyalı ailəsində anadan olmuşdur. 1939–1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunmuş, oranı da fərqlənmə ilə bitirmişdir. 1954-cü ildən 1957-ci ilə kimi V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının aspirantı olmuşdur. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna gəlmişdir. Hazırda həmin İnstitutun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Z. Quluzadə 26 sentyabr 2021-ci ildə səhər saatlarında ürəyində yaranan problemlər səbəbilə vəfat edib. O, Bilgəh qəbiristanlığında atasının yanında torpağa tapşırılıb. == Elmi fəaliyyəti == Zümrüd xanımın namizədlik dissertasiyası Antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluğu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə — hürufiliyə və Azərbaycanda onun nümayəndələrinə həsr olunmuşdur. Onun Hürufilik və onun Azərbaycandakı nümayəndələri kitabı (1970) hürufiliyin tarixi və fəlsəfəsini Təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər.
Əlimərdan Quluzadə
Əlimərdan Fəttah oğlu Quluzadə (14 fevral 1993; Masallı rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. == Hərbi xidməti == O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2011-ci ildə isə Heydər Əliyev adına hərbi akademiyaya daxil olmuşdur. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbəsini almışdır. 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Əlimərdan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlimərdan Quluzadə oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Birinci Yeddioymaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.83 dəfə / 1 mln.
2002 3.43
2003 3.54
2004 0.34
2005 4.05
2006 3.60
2007 3.59
2008 2.44
2009 ••• 9.28
2010 •••• 13.16
2011 ••• 10.90
2012 •• 7.74
2013 •• 7.15
2014 •• 5.66
2015 ••• 11.40
2016 •••••••••••••••••••• 86.25
2017 •••••••••••••• 57.07
2018 •••••••• 30.86
2019 ••••••• 26.57
2020 ••••• 18.70

Oxşar sözlər

#quluzadə nədir? #quluzadə sözünün mənası #quluzadə nə deməkdir? #quluzadə sözünün izahı #quluzadə sözünün yazılışı #quluzadə necə yazılır? #quluzadə sözünün düzgün yazılışı #quluzadə leksik mənası #quluzadə sözünün sinonimi #quluzadə sözünün yaxın mənalı sözlər #quluzadə sözünün əks mənası #quluzadə sözünün etimologiyası #quluzadə sözünün orfoqrafiyası #quluzadə rusca #quluzadə inglisça #quluzadə fransızca #quluzadə sözünün istifadəsi #sözlük