qumbara sözü azərbaycan dilində

qumbara

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qumbara • 98.3717%
  • Qumbara • 1.6283%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Reaktiv qumbara
Reaktiv qumbara — kumulativ, parçalanmış, termobarik və ya toz sürətləndiricisi ilə təchiz edilmiş və metal və ya plastik boruya daxil edilmiş hər hansı digər qumbara. Qapalı məkanlarda (UAN, ATAN) yerləşən düşmən zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur. Düşmən helikopterlərini məhv etmək üçün istifadə edilə bilər. Bəzi əl qumbaraatanlarının dizaynı onları yenidən yükləməyi qeyri-mümkün edir.
Qaya (qumbaraatan)
RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxır. Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir. == Taktiki texniki xüsusiyyətləri == Uzunluğu 950 mm, çəkisi 6,85 kq olan “Qaya”dan dəqiqədə 4-6 atəş açmaq mümkündür. Qumbaraatanın atış ömrü MSN-in rəsmi kataloqunda 250 atış göstərilib. Qumbaraatan PGO-7V3 UP-7 mexaniki optik nişangahla təchiz olunub. Azərbaycan istehsalı olan qumbaraatan RPG-7V2 “Qaya”. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxıb. Atışlar zamanı qumbaraatan yüksək etibarlılıq və dəqiqlik nümayiş etdirib.
Qumbaraatan
Qumbaraatan - xüsusilə böyük kalibrli silahlardan atəş açmaq üçün istifadə edilən silah növü. Əsasən tüstü və ya qaz döyüş başlığından da istifadə olunur. Bəzi zirehli və ya adi döyüş maşınlarının qüllə hissəsində də müxtəlif növ qumbaraatan silahlardan istifadə etmək mümkündür.
Qumbaraçı ocağı
Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat. Dünyanın ilk hava topu sinifidir. Qumbara dəmir və ya tuncdan tökülmüş əl bombasıdır. Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa adındakı bir topçu bölük başısının ilk tunc qumbara emalatxanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edildi. 1783-cü ildə Sədrəzəm Xəlil Həmid Paşa qumbaraçılar üçün yeni tənzimləmələr gətirdi və 1792-ci ildə çıxarılan bir nizamnaməyə əsasən qumbaraçıların səlahiyyətləri artırıldı. Qumbaraçılar, Əhməd Paşanın səyləriylə ordunun ən intizamlı və nizamlı sinifi vəziyyətinə gəlmişdir. Qumbaraçı ocağının islahı ilk olaraq XVIII əsrdə, Qumbaraçı Əhməd Paşa və Sədrəzəm Osman Paşanın istəyi ilə gündəmə gəlmişdir. 1731-ci ildə islah layihəsi hazırlandı və iki il sonra da Üsküdarda Qumbaraçı ocağı quruldu. Beləcə Bosniyadan tutmuş 300 ulufeli qumbaraçı namizədi ilə müxtəlif qalalardan seçilən 300 sipahi qumbaraçılıq təhsilinə başlayaraq qumbara emalatxanasının qurulması yolunda addımlar atıldı.
Əl qumbarası
Əl qumbarası — içi partlayıcı və ya kimyevi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. == Növləri == Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları === Məhv etmə xüsusiyyətli qumbaralar === Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. === Kimyəvi qumbaralar === Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. === Təlim qumbarası === Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . === Müdafiə və hücum tipli qumbaralar === Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır .
Lüləaltı qumbaraatan
Lüləaltı qumbaraatan — əl silahına, adətən avtomata quraşdırılmış əlavə bir hissə şəklində hazırlanmış qumbaraatan. == Məqsəd == Lüləaltı qumbaraatan düşmənin canlı qüvvəsini və zirehli maşınlarını məhv etmək üçün istifadə olunur. Xüsusi döyüş sursatları (qumbaraatanların mərmiləri) bunun üçün bir qutuda yerləşdirilən qumbara və hərəkətverici barıtı birləşdirərək istifadə olunur. Atəş üçün bir qumbaraatan hücum tüfənginin lüləsi altına quraşdırılır. Tətiklər və nişangahlar sol əllə atəş açmaq üçün nəzərdə tutulmuşdur (sağ əl ilə maşını əsas atəş idarəetmə tutacağından tutulur).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.84 dəfə / 1 mln.
2003 •••••••• 5.91
2004 •••••• 4.04
2005 ••••••••• 6.07
2006 •••••••••••• 8.78
2007 •••••••••••••• 9.94
2008 ••••••••••• 8.04
2009 •••••••••••••••••••• 14.88
2010 •••••••••• 7.35
2011 •••••••• 5.40
2012 ••••••••• 6.54
2013 ••••••••••• 8.17
2014 •••••••••• 7.04
2015 •••••••• 5.27
2016 •••••••••••••••••• 12.67
2017 •••••••• 5.69
2018 •••••• 4.34
2019 •••••• 3.89
2020 ••• 1.59

qumbara sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bomba, top gülləsi. Əl qumbarası (əl bombası). – Yaxında partlayan qumbaradan qıçı və qolu yaralanmış Əhməddən əvvəl Səlim döyüş meydanından götürülmüşdü. Ə.Əbülhəsən. 2. İdman məşğələlərində: uzağa və ya hədəfə atmaq üçün mərmi və s. Spartakiadanın proqramına qumbara tullamaq da daxil idi.

    Azərbaycan dilinin izahlı lüğəti / qumbara

qumbara sözünün sinonimləri (yaxın mənalı sözlər)

qumbara sözünün rus dilinə tərcüməsi

  • 1 снаряд, бомба, ядро

    Azərbaycanca-rusca lüğət / qumbara
  • 2 1 I сущ. воен., спорт. граната. Qumbara atmaq метать гранату, qumbara bağlısı связка гранат; əl qumbarası ручная граната II прил. гранатный. Qumbara partlayışı гранатный взрыв, qumbara fitili гранатный запал 2 сущ. диал. угольки и угольные выгребки, смоченные и сплетенные в форме шарика, а затем высушенные на солнце

    Azərbaycanca-rusca lüğət / qumbara

qumbara sözünün inglis dilinə tərcüməsi

qumbara sözünün fransız dilinə tərcüməsi

qumbara sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къумпара, тупунин хъиткьиндай гуьлле, бомба; əl qumbarası гъилин къумпара, гъиле кьуна вегьидай гъвечӀи къумпара; 2. спорт. къумпара.

    Azərbaycanca-ləzgicə lüğəti / qumbara

qumbara sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı, Şəki) isladılmış kömür xəkəsindən yumru şəkildə düzəldilmiş yanacaq növü. – Bu gün iki yüz dənə qumbara qayırmışam (Şəki)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qumbara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qumbara nədir? #qumbara sözünün mənası #qumbara nə deməkdir? #qumbara sözünün izahı #qumbara sözünün yazılışı #qumbara necə yazılır? #qumbara sözünün düzgün yazılışı #qumbara leksik mənası #qumbara sözünün sinonimi #qumbara sözünün yaxın mənalı sözlər #qumbara sözünün əks mənası #qumbara sözünün etimologiyası #qumbara sözünün orfoqrafiyası #qumbara rusca #qumbara inglisça #qumbara fransızca #qumbara sözünün istifadəsi #sözlük