qumuqlar sözü azərbaycan dilində

qumuqlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qumuqlar • 83.3333%
  • Qumuqlar • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qumuqlar
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Ural-Altay dillərinin türk dili qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. == Antropoloji tip == Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. == Rusiya federasiyası üzrə == Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qumuqların siyahısı
Qumuqların siyahısı — qumuqların hal-hazırda kompakt yaşadığı dövlətlərin, həmçinin digər dövlətlərin ərazisində tarixin müxtəlif dövrlərində yaşamış seçilən üzvlərinin siyahısı. == Dövlət xadimləri və hərbçilər == === XVI-XVII əsrlər === Endireyli Sultan Mahmud — Rusiyanın Şərqi Qafqaz kompaniyası zamanı onları Qaraman döyüşündə məğlub edərək işğalı bir neçə onillik gecikdirən görkəmli hökmdar və şamxal. === XVII-XIX əsrlər === İmam Şamil — qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri.Taşev-Hacı Endireyevski — İmam Şamildən sonra qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Uçar Hacı Yaqub — XIX əsrdə yaşamış din xadimi və ağsaqqal. Bir dəfəyə iki rus generalını öldürmüşdür. === XX əsr === Abdulhakim İsmayılov — Sovet İttifaqının II Dünya müharibəsində döyüşmüş hərbçisi. O, Yevgeni Xaldey tərəfindən Reyxstaq üzərindən Sovet bayrağını asarkən fotosu çəkilmişdir. Bu hadisə Nasist Almaniyasının təslim olmasından bir neçə gün əvvəl - 2 may 1945-ci ildə Berlin şəhərində baş vermişdir. == Alimlər və yazıçılar == Nəcməddin Bammat — qumuq əsilli görkəmli fransız-əfqan yazıçısı, dilçisi və islam alimi İzzət Qandəmir — qumuq əsilli görkəmli türk yazıçısı, tərcüməçisi, ictimai xadimi və tibb professoru Fəxrəddin Kırzıoğlu — qumuq əsilli türk tarixçisi və yazıçısı Murad Qaplanov — radio kommunikasiya mühəndisi, Sergey Korolevin dizayn mərkəzində inkişaf etdirilmiş Molniya kommunikasiya peyk sistemlərinin baş konstruktoru. == Siyasətçilər == Əhməd-Saib bəy Qaplan - Gənc Türklər hərəkatının görkəmli üzvlərindən biri, Sultan II Əbdülhəmid və onun mütləqiyyət dövrünün dissidenti.
Terek qumuqları
Terek qumuqları – Çeçenistan , Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar ( Çeçenistanın Qudermes və Qroznı rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok rayonunda yaşayırlar.) == Tarixi == Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb: Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu. XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər. Terek vilayəti bölündükdən sonra terek qumuqları əsasən Dağıstanda yaşayan qumuq etnosundan ayrı düşərək ayrıca etnik qrup kimi formalaşdılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23

"qumuqlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qumuqlar nədir? #qumuqlar sözünün mənası #qumuqlar nə deməkdir? #qumuqlar sözünün izahı #qumuqlar sözünün yazılışı #qumuqlar necə yazılır? #qumuqlar sözünün düzgün yazılışı #qumuqlar leksik mənası #qumuqlar sözünün sinonimi #qumuqlar sözünün yaxın mənalı sözlər #qumuqlar sözünün əks mənası #qumuqlar sözünün etimologiyası #qumuqlar sözünün orfoqrafiyası #qumuqlar rusca #qumuqlar inglisça #qumuqlar fransızca #qumuqlar sözünün istifadəsi #sözlük