Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə (Mariupol)
Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə — Ukraynanın Mariupol şəhərində qoyulmuş, totalitar sovet rejimində baş vermiş, qolodomor və siyasi repressiyaların qurbanlarına həsr olunmuş abidə.
== Haqqında ==
Abidənin açılışı Mariupolda fəaliyyət göstərən "Memorial" cəmiyyəti tərəfindən 26 noyabr 2004-cü ildə Qolodomor və repressiya qurbanlarının anım günündə baş tutmuşdur. Abidə şəhər büdcəsi ilə yanaşı Mariupolda yerləşən "SU-112", "Stalkonstruksiya", "DPU-128", "Donbasstalkonstruksiya", "Azovmaş" ASC, "Markoxim" ASC, "İraklis", "Azovinteks" sənaye müəssisələrinin maaliyyə dəstəyi ilə açılmışdır. Abidənin müəllifləri memarlar, V.Zemlyanoy, S.Rudenko, K.Akulenko və A.Pinçukovdur.
Abidəni təşkil edən qara və qırmızı qranit plitələr Ukrayna torpağını və günahsız axıdılan qanı simvolizə edir. Qara plitədə kiminsə həyatını qurtara biləcək 3 buğda dəstəsi, qırmızı plitədə isə QULAQ-ı simvolizə edən tikanlı məftil var. Qara plitənin üzərindəki yazı isə ukrukrayn dilindədir.