qurdağzı sözü azərbaycan dilində

qurdağzı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qurdağzı • 81.8182%
  • Qurdağzı • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qurdağzı
Qurdağzı (lat. Antirrhinum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Qurdağzı formaca buruna oxşadığına görə bu bitkiyə "burunaoxşar" bitki adı verilmişdir. Ləçəklərin kənarından 2 barmaqla sıxdıqda qurd ağzı kimi açılır, bu zaman erkəkciklər dili xatırladır, buna görə də ona qurdağzı bitkisi deyirlər. 50-yə yaxın növündən gülçülükdə yalnız bir növü istifadə olunur. Böyük qurdağzı (A. Majus) birillik kimi yetişdirilən çoxillik mədəni bitkidir. Yabanı halda Şimali Afrikada, Asiyada və Cənubi Avropada geniş yayılmışdır. Yaşıllıqların salınmasında dekorativ bitki kimi 1567-ci ildən istifadə olunur. Çiçəkləmə müddətinə, hündürlüyünə və güllərin ölçülərinə görə fərqlənən bu bitkinin bir neçə forması vardır. Qurdağzı şitillə yetişdirilir.

qurdağzı sözünün leksik mənası və izahı

qurdağzı sözünün etimologiyası

  • 1 Dan üzü ifadəsinin sinonimidir. Həmin vaxt hamı, hətta itlər də şirin yuxuya gedir və qurd ova başlayır, ağzına yem gəlir. Söz də bununla bağlı yaranıb. Mollalar heyvanı qurddan qorumaq üçün dua oxuyur, qurdağzı bağla­yır­lar. Xalq etimologiyasında sözün mənası “canavarın ağzını bağlamaq” kimi şərh olunur. Dilini-ağzını bağlamaq ifadəsi də var və ikinci yozuma haqq qazandırmaq üçün dəlil ola bilər. Türk dillərinin bəzilərində qurdağzı sözü “dan üzü” kimi başa düşülür. Qurt sözü “içmək” (yemək...) mənasını əks etdirən feil olub (bir qurtum su...), “canavarın yem (ov) vaxtı” (bu ən çox danüzü baş verir) de­məkdir; qurdağzı bağlamaq “canavarın danüzü olan fəaliyyətini dayandırmaq” kimi anlaşıla bilər. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qurdağzı

qurdağzı sözünün rus dilinə tərcüməsi

qurdağzı sözünün ləzgi dilinə tərcüməsi

qurdağzı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Şəki) otaq gülü adı II (Bərdə, Xaçmaz, Qazax, Quba, Tovuz) qaramalda xəstəlik adı. – Canavar camışı tişdiyəndə qurdağzı azarı tüşür, heyvan da tez ölür (Bərdə) III (Cəlilabad) yarımboğaz, xəzli ayaqqabı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qurdağzı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurdağzı nədir? #qurdağzı sözünün mənası #qurdağzı nə deməkdir? #qurdağzı sözünün izahı #qurdağzı sözünün yazılışı #qurdağzı necə yazılır? #qurdağzı sözünün düzgün yazılışı #qurdağzı leksik mənası #qurdağzı sözünün sinonimi #qurdağzı sözünün yaxın mənalı sözlər #qurdağzı sözünün əks mənası #qurdağzı sözünün etimologiyası #qurdağzı sözünün orfoqrafiyası #qurdağzı rusca #qurdağzı inglisça #qurdağzı fransızca #qurdağzı sözünün istifadəsi #sözlük