qurdu sözü azərbaycan dilində

qurdu

Yazılış

  • qurdu • 97.4403%
  • Qurdu • 2.2184%
  • QURDU • 0.3413%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beyin qurdu
Beyin qurdu (lat. Multiceps multiceps) Lentşəkilli qurdlar (lat. Cestoidea) sinfinin əsas nümayəndələrindən biridir. == Quruluşu == Ev heyvanlarının parazitlərindən söhbət açdıqda ilk növbədə qoyunlara “firlanma” və ya 2 dəlicə” xəstəliyi törədən beyin qurdu (Multiceps multiceps) parazitini yada salmaq lazımdır. Yetkin lentvari mərhələdə beyin qurdu çoban itlərinin bağırsağında rast gəlinir. Bu qurdun senur adlanana finna mərhələsi qoyun və keçilərin, nadir hallarda insanın beynində, yetkin mərhələdə isə it, canavar, tülkü və digər yırtıcı heyvanların bağırsağında parazitlik edir. Lent halı 40-100 sm uzunluğunda olub, 200-250 buğumu vardır. Başcıq hissə xortumla və 22-23 ədəd qarmaqla təchiz olunmuşdur. Balalığında şaxələrin sayı 9-26 ədədə çatır. İt və digər yırtıcı heyvanlar bu parazitə senurlu qoyun və keçi beynini yeməklə keçirlər.
Yağış qurdu
Yağış qurdu— Həlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir. == Quruluşu == Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır. Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir.
İpək qurdu
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədi ilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
Bankroft sap qurdu
Bankroft sap qurdu (lat. Wuchereria bancrofti) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu parazit sap şəklində olub, limfa damarlarında ve limfa düyünlərində yaşayır. Erkək fərdin uzunluğu 4 sm, dişi fərdin uzunluğu isə l0 sm-dir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bu qurdlar limfa damarlarında külli miqdarda olduqda insanda “fil xəstəliyi” – elefantiazis törədir, ətrafların, xayaların, döş ve digər orqanların həddindən artıq şişməsinə səbəb oldularına görə də bu xəstəliyə "fil xəstəliyi" (Zoa boa) və ya elefantiazis deyilir.. Bu nematod Yetkin qurdlar ən çox limfa vəziləri və limfa damarlarında rast gəlinir. Limfa damarlarının tutulması nəticəsində onların divarları iltihabdan qalınlaşır və limfanın durğunluğu yaranır. Zədələnmiş yer ölçücə çox böyüyür. Dişilər külli miqdarda sürfələr əmələ gətirir.
Dördlər qurdu məhəlləsi
Dördlər qurdu məhəlləsi - Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin şərq hissəsində yerləşir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidəsi olan 90 faizindən çox tikililəri məhv edilmişdir. Hazırda məhəllə yarım uçmuş vəziyyətdədir.
Boz Qurdun Harayı (1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.
Boz qurdun harayı (film, 1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.
Qurdugöl
Qurdugöl (Biləsuvar)
Qurdugöl-i Nurəddin (Biləsuvar)
Qurdugöl-i Nurəddin (fars. گورديگل نورالدين‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (21 ailə).
Qurdugöl (Biləsuvar)
Qurdugöl (fars. گورديگل‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 267 nəfər yaşayır (65 ailə).
Qurduqulu rayonu
Qurduqulu rayonu (1935–1992-ci illərdə Oktemberyan rayonu, 1992–1995-ci illərdə Armavir rayonu) — Ermənistan SSR və Ermənistan Respublikasının ərazisində mövcud olmuş keçmiş rayon. Mərkəzi Sərdarabad şəhəri olmuşdur. == Haqqında == Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Toponim "qurd" türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib "qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd" mənasını ifadə edir.1948-ci ilə dair rəsmi statistikaya əsasən rayonun ərazisi 677 km² olmuşdur. Onun inzibati mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir. Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalını, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasını əhatə etmişdir. Bura Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun adı dəyişdirilərək "Oktemberyan" qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə "Armavir" adlandırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.93 dəfə / 1 mln.
2002 ••••••••••••••• 3.43
2003 •••••••••••••••••••• 4.72
2004 ••••••••• 2.02
2005 ••••••••• 2.02
2006 ••••••• 1.58
2007 •••• 0.85
2008 •••••• 1.22
2009 ••••••••••• 2.56
2010 ••••••••• 2.09
2011 •••••••• 1.89
2012 •••••• 1.29
2013 •••••••••••••••• 3.65
2014 ••••••••••• 2.40
2015 •••• 0.85
2016 •••••• 1.21
2017 ••• 0.65
2018 •••••• 1.35
2019 •••••••••••• 2.78
2020 •••••••••••• 2.65

"qurdu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurdu nədir? #qurdu sözünün mənası #qurdu nə deməkdir? #qurdu sözünün izahı #qurdu sözünün yazılışı #qurdu necə yazılır? #qurdu sözünün düzgün yazılışı #qurdu leksik mənası #qurdu sözünün sinonimi #qurdu sözünün yaxın mənalı sözlər #qurdu sözünün əks mənası #qurdu sözünün etimologiyası #qurdu sözünün orfoqrafiyası #qurdu rusca #qurdu inglisça #qurdu fransızca #qurdu sözünün istifadəsi #sözlük