qurtuluşu sözü azərbaycan dilində

qurtuluşu

Yazılış

  • qurtuluşu • 91.5888%
  • Qurtuluşu • 8.4112%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İzmirin qurtuluşu
İzmirin Qurtuluşu — Türk Qurtuluş müharibəsinin sonlarında Türk ordusunun, Yunan işğalı altındakı İzmirə girməsini bildirən tarix termindir. II Dünya müharibəsinin sonunda, Antanta Dövlətləri, Osmanlı dövləti ilə 30 oktyabr 1918-ci ildə Mondros Atəşkəs Sazişini imzaladılar və bu müqaviləyə əsaslanaraq Anadolunu işğal etməyə başladılar. Türk milləti işğal hərəkətləri qarşısında vətənini xilas etmək üçün 1919-cu ildə yer yer müqavimət hərəkatlarını başladı. Bu hərəkatlar, 19 may 1919-cu il tarixində Mustafa Kamal Paşanın Samsuna ayaq basması qısa müddətdə mərkəzi xarakter aldı. Bu prosesdə ard-arda qazanılan Birinci İnönü, İkinci İnönü, Aslıhanlar-Dumlupınar və Sakarya Meydan Müharibələri ilə yurdun azad edilməsi yolunda mühüm addımlar atıldı. 26 avqust 1922-ci ildə dəqiqliklə hazırlanan hücum planını həyata keçirtməyi planlaşdırılırdı. 26-30 avqust 1922-ci ildə keçirilən Böyük Hücum, Türk İstiqlal hərbinin son mərhələsidir. 30 avqust "Baş Komandan Meydan Müharibəsi" iştirak bir gün ərzində Yunan ordusunun ən mühüm hissəsi zərərsizləşdirildi. Beləliklə, qəti nəticə beş gün ərzində əldə edilmiş və hazırlanan plan tam uğurla həyata keçirmiş oldu. 31 avqust günü Baş Komandan Mustafa Kamal Paşa, Baş Qərargah Rəisi Fevzini, Qərb Cəbhəsinin Komandanı İsmət İnönünü ordu komandirləri Yaqub Şövqünü və Nurəddin Paşanı qərargahını qurduğu Çal kəndində toplayaraq, qaçan Yunan qüvvələrinin sürətlə təqib edilməsini və İzmir ilə vasitələrindəki qüvvələri birləşməməsi üçün üç qoldan Egey Dənizinə doğru ilərlənməsini qərara aldı.
Ədirnənin qurtuluşu
Ədirnə qurtuluşu — iki fərqli tarixi hadisəni ifadə edir. Bunlardan birincisi Osmanlı qüvvələrinin I Balkan müharibəsində Serbiya və Bolqar qüvvələrinə qarşı itirilmiş Ədirnə müharibəsi ilə Osmanlı idarəçiliyindən çıxan və London Konfransı ilə Bolqarıstan Krallığına verilən şəhərin, II Balkan müharibəsi zamanı Ənvər Paşa komandanlığı altındakı Osmanlı ordusu tərəfindən 21 iyul 1913-cü ildə geri alınması hadisəsidir. İkincisi isə I Dünya müharibəsi zamanı Mondros sülhündən sonra Yunan qüvvələri 25 iyul 1920-ci ildə işğal edilən Ədirnə, Mudanya atəşkəsinə əsasən 25 noyabr 1922-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin qüvvələri tərəfindən geri alınmasıdır. Günümüzdə 25 noyabr tarixi "Ədirnə qurtuluşu" kimi qeyd edilir. Birinci Balkan müharibəsindən sonra Bolqarıstanın müttəfiqləri ilə olan anlaşmamazlığı nəticəsində Osmanlı İmperiyası qərargahları tərəfindən Ədirnə və Qərbi Frakiyanın azad edilməsi fikri Padşah V Mehmedə təqdim olundu. Padşah həm Türk imicini düzəltmək, həm də İttihad və Tərəqqi Partiyasının təzyiqindən xilas olmaq üçün planı uyğun bildi və gözlənilmədən hücum edilməsinə qərar verildi. Osmanlı qüvvələri şəhərdə güclü bir müqavimətlə qarşılaşmadan asanlıqla Meriç çayına çatdılar. Amma böyük güclərin təzyiqi nəticəsində dayandılar. Osmanlı dövləti Balkanlarda son qələbəsini qazanıb və I Dünya Müharibəsinə qədər Frakiya sərhədlərində böyük bir torpaq itirmədi. Osmanlı qüvvələrinin 21 İyul günü şəhəri ələ keçirməsinə qarşı Ədirnə yenidən Osmanlı torpaqlarına daxil olması ancaq 29 iyul 1913-cü il Bolqarıstan Krallığı ilə imzalanan İstanbul müqaviləsi ilə rəsmiləşdi.

"qurtuluşu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurtuluşu nədir? #qurtuluşu sözünün mənası #qurtuluşu nə deməkdir? #qurtuluşu sözünün izahı #qurtuluşu sözünün yazılışı #qurtuluşu necə yazılır? #qurtuluşu sözünün düzgün yazılışı #qurtuluşu leksik mənası #qurtuluşu sözünün sinonimi #qurtuluşu sözünün yaxın mənalı sözlər #qurtuluşu sözünün əks mənası #qurtuluşu sözünün etimologiyası #qurtuluşu sözünün orfoqrafiyası #qurtuluşu rusca #qurtuluşu inglisça #qurtuluşu fransızca #qurtuluşu sözünün istifadəsi #sözlük