qurşaqlar sözü azərbaycan dilində

qurşaqlar

Yazılış

  • qurşaqlar • 92.8571%
  • Qurşaqlar • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Subekvatorial qurşaqlar
Subekvatorial qurşaqlar — Yerin iki coğrafi qurşağı. Şimal və Çənub yarımkürələrində, ekvatorial qurşaqla tropik qurşaqlar arasındadı. İqlimində ekvatorial mussonlar (qışı quraq, yayı rütubətli, temperaturu daim yüksək) üstünlüyə malikdir. Subekvatorial qurşaqlar yayda (müvafiğ yarımkürələrdə) ekvatorial hava kütləsinin, qışda passatların (tropik hava) təsiri altındadır. Orta aylıq temperatur 15—32°S, illik yağıntının miqdarı 250–2000 mm-dir. Yağıntının 90—95%-i yağışlar dövründə (2—10 ay) düşür. Landşaft zonaları (daimi rütubətli meşələr, mövsümi rütubətli meşələr, rütubətli hündürotlu savannalar və savanna meşələri, tipik savannalar, səhralaşmış savannalar və savanna meşələri) meridian istiqamətindədir. Heyvanat aləmi üçün kövşəyən çutdırnaqlılar, yırtıcılar, gəmiriçilər, termitlər, ikiqanadlılar və zərqanadlı cücülər səçiyyəvidir. Subekvatorial qurşaqların okean sularında (səthdə) temperatur ilboyu təqribən 25°S-dir. Duzluluq ekvatora doğru 37%-dək azalır.
And dağlarının yüksəklik qurşaqları
And dağları 4 yüksəklik qurşağından ibarətdir : Tierra Caliente (İsti Ölkə), Tierra Templada (Sərin Ölkə), Tierra Fria (Soyuq ölkə), Tierra Helada (Şaxtalı ölkə). Hər bir qurşaqda həyat müxtəlifdir. Buna istər insan, istər heyvan, istərsə də bitki həyatı daxildir. Qurşaqlar təkrarolunmazlığı ilə seçilir. Tierra Caliente – İsti ölkə Temperaturu çox yüksəkdir. Burada tarantullara çox rast gəlinir. Onların sancmağı ölümlə nəticələnməsə də şiddətli ağrıya səbəb olur. Tierra caliente- də çoxlu banan plantasiyaları yerləşir. Əsasən tropik ovalıqlardan ibarətdir. Bu yüksəklik qurşağı And dağlarını həm şərqdən, həm də qərbdən əhatə edir.
Van Allen Qurşaqları
Van Allen qurşaqları — adlanan və Yerin maqnit sahəsindən qaynaqlanan bu təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyası yerinə yetirir. Günəşdən və digər ulduzlardan mütəmadi olaraq yayılan bu şüalar insanlar üçün çox təhlükəlidir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat qeyri-mümkün olardı” Maqnit sahəsi həyatımız üçün çox böyük əhəmiyyətə malikdir. Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunmuş olur. Günəşdən gələn öldürücü kosmik şüalar Yer kürəsi ətrafındakı bu qoruyucu qalxandan keçə bilmir. 70 000 km uzaqlıqda maqnit halqaları çəkən Van Allen Qurşaqları dünyanı bu öldürücü şüalardan qoruyur. Bu olmasaydı bəlkə də Yerdə həyat mövcud olmazdı. Göy üzündə bizim üçün yaradılmış qoruyucu qalxan var. Van Allen radiasiya qurşağı, enerjili yüklü hissəciklərin bir bölgəsi olub, bunların əksəriyyəti, planetin maqnit sahəsi tərəfindən bir planetin tutduğu və ətrafında tutulduğu günəş küləyindən qaynaqlanmaqdadır.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır. Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır. Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır.

"qurşaqlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurşaqlar nədir? #qurşaqlar sözünün mənası #qurşaqlar nə deməkdir? #qurşaqlar sözünün izahı #qurşaqlar sözünün yazılışı #qurşaqlar necə yazılır? #qurşaqlar sözünün düzgün yazılışı #qurşaqlar leksik mənası #qurşaqlar sözünün sinonimi #qurşaqlar sözünün yaxın mənalı sözlər #qurşaqlar sözünün əks mənası #qurşaqlar sözünün etimologiyası #qurşaqlar sözünün orfoqrafiyası #qurşaqlar rusca #qurşaqlar inglisça #qurşaqlar fransızca #qurşaqlar sözünün istifadəsi #sözlük