quşqonmaz sözü azərbaycan dilində

quşqonmaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • quşqonmaz • 81.2500%
  • Quşqonmaz • 18.7500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quşqonmaz
Quşqonmaz (lat. Filipendula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Alipendula Neck. Thecanisia Raf. Ulmaria Mill. == Növləri == Filipendula angustiloba (Turcz. ex Fisch. & C.A.Mey.) Maxim. Filipendula auriculata (Ohwi) Kitam. Filipendula camtschatica (Pall.) Maxim.
Adi quşqonmaz
Adi quşqonmaz (lat. Filipendula vulgaris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. == Ümumi məlumat == Hündürlüyü 30-60 sm, gövdəsi sadə, düz, çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kökyumrusu şəklində qalınlaşmış köklərdir. Yarpaqları neştərvari-xətlidir, çoxsaylı, daha iri uzunsov, dərin kəsilmiş və dişli yarpaqcıqlı və onlar arasında oturmuş cüt xırda yarpaqcıqlıdır; bütün yarpaqcıqlar üst tərəfdən çılpaq, alt tərəfdən isə damar boyu tüklüdür. Çiçəkləri çoxçiçəkli süpürgədə toplanmışdır. Ləçək və kasa yarpaqları 6 ədəddir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir,uzunluğu 6 mm-ə yaxındır,əksinəyumurtaşəkillidir. May-iyun aylarında çiçəkləyir. Meyvələri 9-12 ədəd, düz, oturaq və tüklüdür.
Altıləçək quşqonmaz
Adi quşqonmaz (lat. Filipendula vulgaris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. == Ümumi məlumat == Hündürlüyü 30-60 sm, gövdəsi sadə, düz, çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kökyumrusu şəklində qalınlaşmış köklərdir. Yarpaqları neştərvari-xətlidir, çoxsaylı, daha iri uzunsov, dərin kəsilmiş və dişli yarpaqcıqlı və onlar arasında oturmuş cüt xırda yarpaqcıqlıdır; bütün yarpaqcıqlar üst tərəfdən çılpaq, alt tərəfdən isə damar boyu tüklüdür. Çiçəkləri çoxçiçəkli süpürgədə toplanmışdır. Ləçək və kasa yarpaqları 6 ədəddir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir,uzunluğu 6 mm-ə yaxındır,əksinəyumurtaşəkillidir. May-iyun aylarında çiçəkləyir. Meyvələri 9-12 ədəd, düz, oturaq və tüklüdür.
Altılәçәk quşqonmaz
Qarağacyarpaq quşqonmaz
Qarağacyarpaq quşqonmaz (lat. Filipendula ulmaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. == Arealı == Avropanın əksər ərazilərində, Qərbi və Mərkəzi Sibirdə, Qafqazda yayılmışdır. == Botaniki xarakteristikası == Kökümsovlu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kök sistemi saçaqlı, nazik, incə sapaoxşar olmaqla, kök yumruları qalınlaşmışdır. Yarpaqları kəsik-kəsik, lələkvari 2-3(5) hissəyə bölünməklə, neştərvari, kənar seqmentləri mişarabənzər, yuxarı hissəsi yaşıl, aşağı hissəsi ağımtıldan keçəvari tükcüyə qədər dəyişir. Çiçəkləri sarımtıl-ağ, ətirli, süpürgəvarı çiçəkqrupunda cəmləşmişdir. Meyvələri çoxyarpaqlı 6-10-a qədər olub, yapaqları burulan spiralşəkillidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir. Çaybasar çəmənliklərdə, nəmişlik, rütublətli yerlərdə, bataqlıqlarda, çay sahillərində, doğranmış, kəsilmiş meşələrdə, orta dərəcəli kolluqlarda yaşayır.
Quşqonmazkimilər
Qulançarkimilər (lat. Asparagaceae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Quşqonmazçiçəklilər
Qulançarçiçəklilər (lat. Asparagales) — bitkilər aləminə aid bitki dəstəsi. Sıraya daxil olan növ sayı bütün birləpəlilərin təxminən 50%-ni, çiçəkli bitkilərin isə 10–15%-ni təşkil edir. == Təsvir == Dəstədəki növlərin əksəriyyəti hündürlüyü 15 santimetrdən çox olmayan ot bitkiləri olsa da, onlar arasında dırmaşan növlər (məsələn, qulançarın bəzi növləri), eləcə də ağac əmələ gətirən, hündürülüyü 10 metrə çata bilən bir neçə cins (məs. aqava, yukka, drasena, əzvay) də var. Bir neçə fəsilədə sukkulent cins (məs. Əzvay) mövcuddur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2007 ••••••••••••••• 0.21
2012 •••••••••••• 0.17
2013 •••••••••••••••••••• 0.29

quşqonmaz sözünün leksik mənası və izahı

  • 1 is. bot. Efir yağlarına malik və tərkibində aşı maddəsi olan nazik gövdəli, sarı tikanlı ot bitki. Quşqonmaz – çoxillik ot olub, bataqlıq yerlərdə və çay kənarlarında bitir.

    Azərbaycan dilinin izahlı lüğəti / quşqonmaz
  • 2 sif. Çox uca, çox yüksək. Quşqonmaz dağlar. – Quşqonmaz qayalar vermiş baş-başa; Xəyalım az qalıb oynayıb coşa. S.Vurğun. …Qəsr-qala … Terekin sol sahilində quşqonmaz qayaların zirvəsində tikilmişdir. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / quşqonmaz

quşqonmaz sözünün etimologiyası

quşqonmaz sözünün sinonimləri (yaxın mənalı sözlər)

quşqonmaz sözünün rus dilinə tərcüməsi

  • 1 1 прил. отвесный (о скале под пропастью, о высокой горе) 2 сущ. бот. лабазник (травянистое растение сем. розоцветных)

    Azərbaycanca-rusca lüğət / quşqonmaz

quşqonmaz sözünün inglis dilinə tərcüməsi

quşqonmaz sözünün ləzgi dilinə tərcüməsi

"quşqonmaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#quşqonmaz nədir? #quşqonmaz sözünün mənası #quşqonmaz nə deməkdir? #quşqonmaz sözünün izahı #quşqonmaz sözünün yazılışı #quşqonmaz necə yazılır? #quşqonmaz sözünün düzgün yazılışı #quşqonmaz leksik mənası #quşqonmaz sözünün sinonimi #quşqonmaz sözünün yaxın mənalı sözlər #quşqonmaz sözünün əks mənası #quşqonmaz sözünün etimologiyası #quşqonmaz sözünün orfoqrafiyası #quşqonmaz rusca #quşqonmaz inglisça #quşqonmaz fransızca #quşqonmaz sözünün istifadəsi #sözlük