Quşçular (Goranboy)
Quşçular — Azərbaycan Respublikasının Goranboy rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Quşçular kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçular kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kəndin adı quşçu (etn.) sözü və -lar (cəmlik, lakin toponimlərdə yer, məkan bildirir) şəkilçisindən düzəlib. Yaşayış məntəqəsi quşçu tayfasının adı ilə bağlıdır.
Quşçular kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir. Hətta oğuz qəbilələri quşu özləri üçün simvol seçmişlər. Xalq arasında, eləcə də nağıl və dastanlarımızda geniş şəkildə özünə yer almış "Dövlət quşu" haqqında rəvayətlər imkan verir deyək ki, quş var-dövlət, başda ağıl simvolu sayılmış, Dövlət quşu kimin başına qonarsa onu padşah seçərmişlər. Azərbaycan xalqının əski mifologiyasında Simurq, Səməndər, Humay, Şahin və s.