quşəppəyi sözü azərbaycan dilində

quşəppəyi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • quşəppəyi • 87.5000%
  • Quşəppəyi • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quşəppəyi
Quşəppəyi (lat. Capsella) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim qurşaqlarında yayılmışdır. Azərbaycanda bitkinin yalnız bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) vardır. Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır. Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq şəkillidir. Quşəppəyi faydalı dərman bitkisidir. Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, alaq otu bilərək məhv edirlər. == Kimyəvi tərkibi == Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin turşusu, alma və limon turşuları da vardır.
Adi quşəppəyi
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Meksika quşəppəyi
Meksika quşəppəyi (lat. Capsella mexicana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.
Şərq quşəppəyi
Şərq quşəppəyi (lat. Capsella orientalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.

quşəppəyi sözünün leksik mənası və izahı

  • 1 is. bot. Otlaqlarda, çəmənlərdə, arx kənarlarında bitən uzun saplaqlı, ağ, xırda çiçəkləri olan, yeyilən birillik ot bitki. Allahqulu daşların dibindən bir az quşəppəyi qopardı, yedilər, sonra yollarına düzəldilər. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / quşəppəyi

quşəppəyi sözünün rus dilinə tərcüməsi

quşəppəyi sözünün inglis dilinə tərcüməsi

quşəppəyi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. бот. къушабеги, темезхан (тулара, чӀурара, хвалан къерехра экъечӀдай, лацу ва куьлуь цуьк ахъайдай са йисан недай хъач).

    Azərbaycanca-ləzgicə lüğəti / quşəppəyi

Oxşar sözlər

#quşəppəyi nədir? #quşəppəyi sözünün mənası #quşəppəyi nə deməkdir? #quşəppəyi sözünün izahı #quşəppəyi sözünün yazılışı #quşəppəyi necə yazılır? #quşəppəyi sözünün düzgün yazılışı #quşəppəyi leksik mənası #quşəppəyi sözünün sinonimi #quşəppəyi sözünün yaxın mənalı sözlər #quşəppəyi sözünün əks mənası #quşəppəyi sözünün etimologiyası #quşəppəyi sözünün orfoqrafiyası #quşəppəyi rusca #quşəppəyi inglisça #quşəppəyi fransızca #quşəppəyi sözünün istifadəsi #sözlük