qütbü sözü azərbaycan dilində

qütbü

Yazılış

  • qütbü • 81.5789%
  • Qütbü • 18.4211%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cənub Qütbü
Cənub qütbü — Yer kürəsinin ən cənub nöqtəsidir.
Şimal Qütbü
Şimal qütbü — Yer kürəsinin nəzəri fırlanma oxunun Şimal yarımlığını bölən sahəyə şimal buzlu okean. Şimal qütbü Şimal Buzlu Okeanının dərinliyi 4000 m-dən çox olmayan mərkəzi hissəsində yerləşir. Orada qalın buz qatı olur. Burada orta tempratur qışda 30° yayda 0° dərəcə olur.
Cənub maqnit qütbü
Cənub maqnit qütbü — Maqnitin bir qurtaracağı şimala istiqamətlənir. Digər istiqaməti isə cənubadır. Maqnitlər bir birini itələmə xüsusiyətinə malikdirlər. Bu da o anlama gəlir ki, əslində şimal maqnit qütbü Cənub maqnit qütbüdür. Cənub maqnit qütbü isə Şimal maqnit qütbüdür. == Yerləşməsi == Cənub maqnit qütbü heçdə Cənub Coğrafi qütbü ilə üst-üstə düşmür. Cənub maqnit qütbü Antarktidanın kənarında yerləşir. Cənub maqnit qütbünün əks tərəfində Kanadanın şimalında Şimal maqnit qütbü yerləşir. Maqnit qütbü xəyali olaraq xüsusiyyət daşıyır. == Tarixi == 1831-ci il ingilis qütb araşdırmaçısı Con Ross tərəfindən Kanada Arktik arxipelaqında Şimal maqnit qütbünü aşkarlayır.
Şimal maqnit qütbü
Şimal maqnit qütbü — xəyalı olaraq yer qabığında 90° həmdəvərində hərəkət edən yerin maqnit qüvvəsinin təsirindən yaranan maqnit qütbü. == Yerləşməsi == Maqnit qütbləri ilə Coğrafi qütblər eynilik təşkil etməyərək üst-üstə düşmür. XVII əsrdə şimal maqnit qütbü Arktikanın buzlaqları üzərində indiki Kanada sərhədlərinə yaxınlaşırdı. Bu o deməkdir ki, Kompasın əqrəbi şimalı təqribi göstərir. . Hər gün maqnit qütbü ellip sayağı trayektoriya çızaraq hərəkət edir. Maqnit qütbü il ərzində şimal və şimal-qərb istiqamətində 10 km hərəkət edir. Bu səbəbdən maqnit qütbü daimi bir yerdə qalmır və dəqiq olmur. XX əsrdən qütb Taymır yarımadası istiqamətinə yönəlmişdir. 2009-cı ildə maqnit qütbünün hərəkət surəti 64 km təşkil etmişdi. Şimal maqnit qütbünün əks hissəsində Cənub maqnit qütbü yerləşir.
Şimal qütbü stansiyaları
Şimal qütbü stansiyaları Şimal Buzlu okeanının buz parçaları üzərində dreyf edən elmi stansiyalardır. Birinci stansiya 1937-ci il 21 mayda Papaninin ekspedisiyası tərəfindən təşkil olunmuşdur. O vaxtdan belə stansiyaların təşkili davam etdirilməkdədir. 1977-ci ildə “Şimal qütbü-22” stansiyası fəaliyyət göstərmişdir. Şimal qərb stansiyasının fəaliyyəti Şimal dəniz yolunun işi və havanın proqnozu üçün çox əhəmiyyətlidir.
Əlçatmazlıq qütbü (Antarktika stansiyası)
Əlçatmazlıq qütbü — fəaliyyət göstərməyən SSRİ Antarktika stansiyası. Stansiya Mirnı stansiyasından 2100 km aralı yerləşib. Bu stansiya 1958-ci ilin dekabrında fəaliyyət göstərmiş və Ümumdünya Meteorologiya Təşkilatının razılığı ilə 89550 koduna malik idi. Stansiya öz adını yerləşmə özəlliyinə görə almış. Məhz stansiya Antarktida sahillərindən ən uzaqda yerləşən nöqtə - Əlçatmazlıq qütbündədir. == Yaranma tarixi == Stansiya 14 dekabr 1958-ci ildə üçüncü Sovet Antarktika ekspedisiyası zamanı yaradılmışdı. Stansiyanım rəhbəri V.K. Babarıkin olmuş. Açılış zamanı stansıyada Leninin büstü qoyulmuşdur. 17 dekabr 1958-ci ildə hazırlanmış uçuş-eniş zolağına Li-2 təyyarəsi eniş etmiş və müxtəlif yük və təbrik teleqramları gətirmiş. 26 dekabrda stansiya konservləşdirilmiş, gələcək ekspedisiyalar üçün ehtiyat azuqə saxlanılaraq tərk edilmişdir.
Mak-Merdo — Cənub qütbü şossesi
Mak-Merdo — Cənub qütbü şosesi (ing. McMurdo-South Pole highway) — Antarktidada yerləşən və uzunluğu 1450 km olan, Amerikaya məxsus olan Mak-Merdo və Amundsen-Skott stansiyaları arasında yerləşir. Yol qarın müəyyən yerlədə kürüdülməsi yolu ilə çəkilmişdir. Hazırda məsafəni sürücülər qaz yerişi ilə maşınlarla 10 günə qət edirlər. Vaqonlar xüsusi xizəklərdə hərəkət edir. Bu vaqonlarda ayaq yolu və yataq otağı vardır. Yolla bağlı tikinti işləri 2002-ci ilin sonları başlamışdır. Tikinti işləri 2006-cı ilin yayında başa çatmışdır. Mak-Merdo şelf buzlağı və Antarktida platosu düzən olduğundan 48 kilometrlik mədafə qısa vaxt ərzində inşa edilmişdir. Hündürlüyü 2000 metr olan sahələrdə çətinliklər yaranmışdır.
Amundsenin Cənub qütbünə ekspedisiyası
Amundsenin Cənub qütbünə ekspedisiyası (ing. Amundsen's South Pole expedition) — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər. Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik Kuk və Robert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı. Amundsen daha sonra planını dəyişdirdi və cənubi qütbünün fəthinə hazırlaşmağa başladı; ictimaiyyətin və tərəfdarlarının ona nə dərəcədə dəstək verəcəyinə dair qeyri-müəyyənlik səbəbiylə o, yenidən planlaşdırılmış bu sirri heç kimə açmadı. O, 1910-cu ilin iyun ayında yola çıxdıqda hətta ekipajını da hədəflərinin Arktika olduğuna inandırmış, yalnız Framın son dayanacaq limanı olan Madeyranı tərk edərkən əsl istiqamətlərinin Antarktika olduğunu etiraf etmişdi. Amundsen "Framheym" adlandırdığı öz Antarktika bazasını Böyük Buz səddindəki Balina buxtasında inşa edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.55 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2006 0.23
2007 •••• 1.06
2008 •• 0.49
2009 ••• 0.80
2010 •• 0.36
2011 •• 0.51
2012 ••• 0.77
2013 •• 0.58
2014 •• 0.51
2015 •• 0.68
2017 •••• 1.30
2019 ••• 0.83
2020 •• 0.40

"qütbü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qütbü nədir? #qütbü sözünün mənası #qütbü nə deməkdir? #qütbü sözünün izahı #qütbü sözünün yazılışı #qütbü necə yazılır? #qütbü sözünün düzgün yazılışı #qütbü leksik mənası #qütbü sözünün sinonimi #qütbü sözünün yaxın mənalı sözlər #qütbü sözünün əks mənası #qütbü sözünün etimologiyası #qütbü sözünün orfoqrafiyası #qütbü rusca #qütbü inglisça #qütbü fransızca #qütbü sözünün istifadəsi #sözlük