qüvvələri sözü azərbaycan dilində

qüvvələri

Yazılış

  • qüvvələri • 71.7987%
  • Qüvvələri • 28.1779%
  • QÜVVƏLƏRİ • 0.0175%
  • qüvvələRi • 0.0058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kosovo Qüvvələri
KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr. KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü. Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir. == Məqsədləri == Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi: Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq; Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq; Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək; Beynəlxalq humanitar yardıma dəstək vermək; Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək. Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir: Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək; Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili; Tibbi yardım; Təhlükəsizlik və ictimai asayişi təmin etmək; Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək; Sərhəd təhlükəsizliyi; Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq; Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi; Silahların məhv edilməsi; Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.
Nüvə qüvvələri
Nüvə qüvvələri - nüvə zərrəcikləri arasında təsir edən və onları nüvədə saxlayaraq atom nüvəsinin yaranmasına səbəb olan qüvvələr. Nüvə qüvvələri güclü qarşılıqlı təsirə aiddir, təbiəti hələlik dəqiq məlum məlum deyil və iki istiqamətdə öyrənilir. == Tədqiqi == Birincidə nüvə qüvvələri onların təbiətini müəyyənləşdirən mezon nəzəriyyəsinnə əsasən tədqiq edilir. İkincidə isə təbiəti nəzərə alınmadan empirik yolla nüvə qüvvələrinin xassələri müəyyənləşdirilir. Mezon nəzəriyyəsinə görə nüvə qüvvələri əsasən nuklonlar arasında p-mezonlarla mübadilə nəticəsində meydana çıxır. Bir nuklon π {\displaystyle \pi \,\!} -mezonu buraxır, digəri onu udur və beləliklə iki nuklon arasında qarşılıqlı təsir yaranır. Buna görə də nüvə qüvvələrinin təsir radiusu π {\displaystyle \pi \,\!} -mezonun Kompton dalğasının uzulunğuna bərbaər olmalıdır.
Orientasiya qüvvələri
Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Hava-Desant Qüvvələri
Hava-desant qüvvələri — təyyarə ilə münaqişə zonasına aparılan və ümumiyyətlə yüngül paraşütlü piyada hərbi birliklərdir. Qoşunlar düşmən xətlərinin arxasına yerləşdirilə bilər və kiçik bir xəbərdarlıqla demək olar ki, hər yerə çatmaq imkanları vardır. Hava-desant qüvvələri əsasən uzunmüddətli döyüş əməliyyatları üçün təchizat və avadanlıqlara ehtiyac duymur və paraşüt əməliyyatları əlverişsiz hava şəraitinə xüsusilə həssasdır. İkinci Dünya Müharibəsindən bəri vertolyot texnologiyasındakı irəliləyişlər Hava-Desant Qüvvələrinin hücumlarının əhatə dairəsini genişləndirdi və hava hücumları genişmiqyaslı paraşüt əməliyyatlarını əvəz etdi. == İstinadlar == == Xarici keçidlər == ArmyParatrooper.org Hagerman, Bart, Operation Varsity: Allied Airborne Assault Over the Rhine River World War II History Magazine, (1998), pp. 1–5 Taylor, John M., 101st Airborne Division Participate in Operation Overlord Military History Quarterly, (2004), pp. 1–5 Murray, Williamson, Airborne Operations During World War II World War II History Magazine (2004), pp.
Hindistan Silahlı Qüvvələri
Hindistan Silahlı Qüvvələri (Hindi (in IAST): Bhāratīya Saśastra Senāeṃ) Bu üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri.Bundan əlavə, Hindistan Silahlı Qüvvələri Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir
Hərbi hava qüvvələri
Hava qüvvələri, ya da bəzi ölkələrdə xatırlandığı kimi hava ordusu, ən geniş mənada əsas olaraq hava döyüşü icra etmək üzrə qurulmuş və ölkənin havadan müdafiə olunmasını təmin etmək üçün hərbi təyyarə, vertolyot kimi hava vasitələrindən və buraya daxil digər xidmətlərindən yaradılan təşkilatdır. Daha spesifik olaraq, hava qüvvələri bir ordunun; quru qoşunları, dəniz donanması və digər hərbi birləşmələrdən fərqli olaraq hava döyüşündən məsul silahlı xidmət növüdür. Hava qüvvələri ümumiyyətlə qırıcı, bombardman təyyarəsi, hərbi nəqliyyat təyyarəsi və təlim təyyarələri kimi digər təyyarələrdən ibarət olan bir flota malikdir.
Kanada Silahlı Qüvvələri
Kanada Silahlı Qüvvələri (fr. Forces armées canadiennes, FAC) — Kanadanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq funksiyasını yerinə yetirən hərbi təşkilat. Kanada Silahlı Qüvvələrinin fəaliyyəti, "Müdafiə haqqında qanun" ilə tənzimlənir. Təşkilat, Quru Qoşunları, Hərbi Hava Qüvvələri (RCAF) və Hərbi Dəniz Qüvvələrindən (RCN) ibarətdir. == Təşkilatın strukturu == Kanada Silahlı Qüvvələrində aşağıdakı iyerarxiya var: Ali Baş Komandan — Kraliça II Elizabet, 2010-cu ildən Kanada general-qubernatoru David Lloyd Conston tərəfindən təmsil olunur; Qərargah rəisi — Tomas Louson, 27 avqust 2012-ci ildən Qərargah rəisinin müavini, general-leytenant Qay Tibo Kanada kral hərbi donanma komandiri, vitse-admiral Mark Norman Kanada Ordusunun komandiri general-leytenant Paul Vinnik Kanada Kral Hava Qüvvələrinin komandanı, general-leytenant İvan Blonden Hərbi xidmət şöbəsinin müdiri general-mayor David Millar Kanada xüsusi qüvvələrinin komandiri, general Tuğgeneral William Tompson Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat komandiri, general-mayor Kristian Rousseau Kanadada birgə əməliyyat komandanlığı, General-leytenant Stüart Bir == Ədəbiyyat == Black, Jeremy. Fighting for America: The Struggle for Mastery in North America, 1519-1871. Indiana University Press. 2011. ISBN 978-0-253-35660-4. Conrad, John.
Misir Silahlı Qüvvələri
Misir Silahlı Qüvvələri — Afrikada ən böyük və Yaxın Şərqi əhatə edir. Bu Misir Ordusu, Misir Dənizi, Misir Hava Qüvvələri və Misir Hava Hücumundan Müdafiə Qüvvələrinin ibarətdir və 1922-ci ildə yaradılmışdı. 138 ölkənin ordusu arasında 9-cu yeri tutan Misir Silahlı Qüvvələri Yaxın Şərq və Afrikanın ən güclü ordusu hesab edilib. Bu, 2019-cu ildə olan göstəricidən üç pillə yüksəkdir. Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin personalı 920 min nəfərdir. Təkcə Hərbi Hava Qüvvələrinin malik olduğu texnikanın sayı 1,054 ədəddir. Quru qoşunlarında isə 4,295 ədəd tank, 11,700 hərbi maşın, 1,084 raket əleyhinə qurğu mövcuddur. Reytinq cədvəlində dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Pakistan Silahlı Qüvvələri
Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri. 1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır. == Yerləşməsi == === Pakistan ərazisində === Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir. ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir.
Polşa Silahlı Qüvvələri
Polşa Silahlı Qüvvələri — Polşanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == Roma Katolik Kilsəsi tərəfindən təşkil olunur. 1989-cu ildə qanuniləşdirilmişdir. Xidmət kilsə keşişləri və imamları tərəfindən aparılır.
Qazaxıstan Silahlı Qüvvələri
Qazaxıstan Silahlı Qüvvələri (qaz. Қазақстан Республикасының Қарулы Күштері) Qazaxıstan Respublikasını istənilən növ təhdidlərdən mühafizə etmək vəzifəsi daşıyan qüvvədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, həmçinin Respublika Qvardiyasından ibarətdir. Milli müdafiə siyasəti məqsədləri ölkənin konstitusiyasına əsaslanır. Qazaxıstan Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və suverenliyinin, həmçinin onun ərazi bütövlüyünün, hava məkanının və konstitusional hüququnun mühafizəçisidir. Ölkənin silahlı qüvvələri Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. == Tarixi == 7 may 1992-ci ildə Qazaxıstan prezidenti "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin təsis olunması" haqqında sərəncam imzaladı. Beləliklə, Qazaxıstan Respublikası Dövlət Müdafiə Komitəsinin Müdafiə Nazirliyinə transformasiyası baş verdi və general-polkovnik Saqadat Nurmaqambetov ölkənin ilk müdafiə naziri təyin olundu. Muxtar Altınbayev Qazaxıstanın ən uzun müddət bu vəzifədə xidmət etmiş müdafiə naziridir. Belə ki, o, 2001-ci ilin dekabrından 10 yanvar 2017-ci il tarixinə qədər bu vəzifədə xidmət etmişdir.
Dəniz qüvvələri
Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flot — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü. Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir. == Tarixi == Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir.
Qüds qüvvələri
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Təbiət qüvvələri
Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir. Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur: elektromaqnetizm qravitasiya zəif nüvə qüvvəsi güclü qüvvə Fundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar. == Ümumi məlumat == Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar: təsir qüvvəsinin gücü bu qüvvənin effektiv olduğu hədd bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti == Qraviton == qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir. == Foton == elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz. == Qlüon == güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir. == Zəif qarşılıqlı təsir == dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir. Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.
Qırğızıstan Silahlı Qüvvələri
Qırğızıstan Silahlı Qüvvələri — Silahlı Qüvvələrin Baş Qərargahının (QR SQBQ), Müdafiə İşləri üzrə Dövlət Komitəsinin (keçmiş Müdafiə Nazirliyi), Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmələri, bölmələri və bölmələri və Milli Qvardiya. Silahlı Qüvvələrin Baş Qərargahının və GKDO KR-nin birləşmələri, bölmələri və alt birliklərinin sayı təxminən 12,000 nəfər, SQ QR — 3000 nəfərdir və DSX — 6800 nəfər. Bundan əlavə, respublikanın hərbi doktrinasına uyğun olaraq Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Müdafiə Nazirliyinin tam tərkibli səyyar xüsusi təyinatlı bölmələrini özündə cəmləşdirən Dərhal Reaksiya Qüvvələri (DRQ) mövcuddur. Mühafizəçi. Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə görə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovdur. Qırğızıstan Respublikasının Müdafiə Naziri general-mayor Taalaibek Baryktabasoviç Omuralievdir (4 fevral 2021-ci ildən). == Tarixi == Qırğızıstan Respublikasının silahlı qüvvələri 29 may 1992-ci ildə Qırğızıstan Prezidenti Askar Akaevin fərmanı ilə respublika ərazisində yerləşən Sovet Ordusunun Orta Asiya Hərbi Dairə birləşmələri və birləşmələri onun əlinə keçirildiyi zaman quruldu. yurisdiksiya. 15 may 1992-ci ildən bu günə qədər KTMT üzvüdür 1993-cü ildə Qırğızıstan Respublikasının Müdafiə İşləri üzrə Dövlət Komitəsi Qırğızıstan Respublikasının Müdafiə Nazirliyinə çevrildi. 1993-cü ilin yanvarından 1998-ci ilədək Qırğızıstan Silahlı Qüvvələrinin ayrı bir dağ tüfəng taburu, "Tacikistanın Əfqanıstanla dövlət sərhədinin hissəsində vəziyyəti sabitləşdirmək üçün tədbirlər" ilə əlaqədar olaraq Tacikistanın 100 kilometrlik hissəsini qorudu.
Rusiya Aerokosmik Qüvvələri
Rusiya Aerokosmik Qüvvələri (rus. Воздушно-космические силы) — Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi qoşun növüdür. Bu qoşunlar Rusiya Müdafiə Nazirliyinin tövsiyəsi ilə 1 avqust 2015-ci il tarixində Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələrinin birləşməsindən sonra yaradılmışdır. Baş qərargahı Moskva şəhərində yerləşir. == Strukturu == Rusiya Aerokosmik Qüvvələri üç hissədən ibarətdir: Rusiya Hərbi Hava Qüvvələri Rusiya Aerokosmik Müdafiə Qüvvələri Rusiya Kosmik Qüvvələri === Rəhbərlik === == Həmçinin bax == Rusiya Silahlı Qüvvələri Rusiya Hərbi Hava Qüvvələri Viktor Bondarev == İstinadlar == == Xarici keçidlər == Russian Aerospace Forces official site (English) Структура Вооружённых Сил Российской Федерации. Воздушно-космические силы. Задачи и главное командование. Официальный сайт Министерство обороны Российской Федерации // structure.mil.ru Автор: Дмитрий Сергеев. Воздушно-космический «зонтик»: чем займутся новые войска России.
Rusiya Silahlı Qüvvələri
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
SSRİ Silahlı Qüvvələri
SSRİ Silahlı Qüvvələri — SSRİ-nin ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu.
Suriya Demokratik Qüvvələri
Suriya Demokratik Qüvvələri (abr. SDQ, ərəb. قوات سوريا الديمقراطية‎, translit. Qüvvət Suriya əl-Dimukratiyə, abr. QSD, kürd. Hêzên Sûriya Demokratîk, klass. süry. ܚܝ̈ܠܘܬܐ ܕܣܘܪܝܐ ܕܝܡܩܪܛܝܬܐ, translit. Ḥaylavoto d'Suriya Demokraṭoyto, abr. HSD, ing.
Suriya Silahlı Qüvvələri
Suriya Silahlı Qüvvələri (ərəb. القوات المسلحة العربية السورية ) – Suriya Ərəb Respublikasının silahlı qüvvələri. 4 qoşun növündən ibarətdir: quru, donanma, hava və hava hücumundan müdafiə qüvvələri. Suriya prezidenti Suriya Silahlı Qüvvələrinin ali baş komandadır.
Türk Dəniz Qüvvələri
Türk Dəniz Qüvvələri (türk. Türk Deniz Kuvvetleri) — Türkiyəni dənizdən ola biləcək bütün təhdidlərə və hücumlara qarşı qorumaqla cavabdehdir. Türkiyə Silahlı Qüvvələrinin tabeçiliyi altında olan 2-ci ən böyük qüvvədir. Yaranma tarixi ilk türk dənizçisi hesab edilən Çaka bəyin İzmirdə qurduğu donanmanın quruluş tarixi olan 1081-ci il qəbul edilmişdir. == Vəzifələri == Dəniz Qüvvələri Komandanlığı Ölkənin dənizdən gələ biləcək təhdidlərə qarşı müdafiə olunması və ölkəyə məxsus ərazi sularına nəzarət etmək. Donanma Komandanlığı Döyüşə hazır vəziyyətdə olan dəniz və dəniz aviasiyası qüvvələrini idarə etmək və bu qüvvələrin ən təsirli şəkildə istifadə olunmasını təmin etmək. Şimal dəniz sahə Komandanlığı Türkiyənin Qara dəniz sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək. Cənub dəniz sahə Komandanlığı Türkiyənin Aralıq dənizi sahillərinin və ərazi sularının müdafiəsinin təşkilinə cavabdehdir. Tabeliyində olan birliklərin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək və cavabdeh olduğu ərazidə vəzifəsini yerinə yetirən birlikləri dəstəkləmək.
Türkiyə Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkiyənin Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkmənistan Silahlı Qüvvələri
Türkmənistan Silahlı Qüvvələri - Türkmenistanyň Ýaragly Güýçleri Hava və Hava Hücumundan Müdafiə Qüvvələri, Sərhəd Qoşunları, Daxili Qoşunlar və Milli Qvardiyadan ibarətdir.
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri (gürc. სპეციალური ოპერაციების ძალები) – Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasının şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri, DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var. Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir. Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir. Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. hazırlıqları keçirlər. Operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir.
Hindistan Hərbi Dəniz Qüvvələri
Hindistan Hərbi Dəniz Qüvvələri Hindistanı dənizdən gözlənilməsi ehtimal edilən istənilən hücuma qarşı müdafiə etmək vəzifəsini daşıyan hərbi dəniz qüvvəsidir. Hindistan Silahlı Qüvvələrinin komandanlığı altında olan IV ən böyük qüvvədir.
Kanaveral hərbi hava qüvvələri bazası
Kanaveral hərbi hava qüvvələri bazası (ing. Canaveral Cape Air Force Base (CCAFS)), ABŞ Hərbi Hava Qüvvələrinin Canaveral Cape, Floridadakı hava bazasıdır. Baza Kennedi Kosmik Mərkəzinin yaxınlığında yerləşir. NASA-nın bir çox mühüm uçuşları Canaveral bazasından həyata keçirilmişdir.
Kipr Türk Qüvvələri Alayı
Kipr Türk Qüvvələri alayı (KTKA) — Kipr Türk Sülh Qüvvələrinə bağlı bir alaydır. Alay, 19 fevral 1959 tarixində Türkiyə və Yunanıstan arasında edilən ittifaq razılaşması nəticəsində qurulmuşdur.
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Komor adaları Silahlı Qüvvələri
Кomor adaları Silahlı Qüvvələri (фр Arme dveloppement nationale de), kiçik nizami ordu və polisdən ibarət olan 500 nəfərlik müdafiə qüvvələridir. [1] == Fəaliyyəti == Fransa ilə qarşılıqlı müdafiə haqqında müqavilə imzalanmışdır, tTəlim, ərazi sularından qorunmasını , hava müşahidəsini Komor hərbi dəniz qüvvələri təmin edir. Fransa Komor adaları hökumətində bir neçə yüksək rütbəli zabit saxlayır. Fransanın Komorda kiçik dəniz bazasına və xarici legion (DLEM) dəstəsi var. [2] == Silah və Texnika == FN FAL avtomat AK avtomatı НСВ dəzgahlı pulemyot RPQ-7 Tank əleyhinə qranatatan Mitsubishi markalı pikap L200 [3] == Hərbi hava qüvvələri == == Dəniz Qüvvələri == 1981-ci ildə 2 Yamauri patrul gəmiləri istismara verildi.
Kral Hərbi Hava Qüvvələri
Britaniya Hərbi Hava Qüvvələri (ing. Royal Air Force) — Böyük Britaniyanı hər cür bombardman və hava hücumundan qorumaq məqsədiylə 1 aprel 1918-ci ildə yaranmışdır . Hal-hazırda 35,650 nəfər heyət və 1.069 təyyarəsiylə xidmət göstərməkdədir. RAF 1918-ci il 1 aprel tarixində kraliçanın əmri ilə yaranmışdır. Məqsədi Birləşmiş Krallığı hər cür hava hücumundan qorumaq idi . Qısa müddətdə ardıcıl təyyarə istehsalına başlanmışdı. 1939-cu ildə İkinci Dünya müharibəsi başladığı vaxt (Britaniya uğrunda döyüş zamanı) Birləşmiş Krallıq havada böyük bir üstünlüyə sahib idi. Xüsusilə Almaniya RAF'a qarşı üstünlük qazanmaq üçün bir çox təyyarə hazırlasa da müvəffəqiyyətsiz oldu. 1940-ci ildə İngilislər Britaniya Döyüşündə radarı icad etdilər. Bu da aviasiya tarixində bir yenilik oldu .
Lorinq Hərbi Hava Qüvvələri Bazası
Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb. Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı (ing. Limestone Army Air Field) adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası (ing. Limestone Air Force Base) olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb. 1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası (ing. Base Realignment and Closure Commission ) Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb.
Misir Hərbi Hava Qüvvələri
Misir Hərbi Hava Qüvvələri (ərəb. القوات الجوية المصرية‎) Misir Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi ölkənin hava məkanını istənilən təhdidə qarşı müdafiə etmək və ya lazım olacağı təqdirdə digər qoşun növləri ilə birlikdə hücum əməliyyatları həyata keçirməkdir. Misir Ordusunun Hava Xidmətinin əsası 1932-ci ildə qoyulmuş, 1937-ci ildən etibarən müstəqil qurum olaraq fəaliyyətini davam etdirmişdir. İkinci dünya müharibəsində kiçikmiqyaslı döyüş əməliyyatlarında iştirak etmişdir. 1948-ci ildən 1973-cü ilə qədər İsraillə dörd müharibədə qarşılaşmışdır. 1977-ci ildə Şimali Yəmən vətəndaş müharibəsi və Liviya-Misir müharibəsi ərzində Misir Ordusuna dəstək vermişdir. 1977-ci ildən 2011-ci ilə qədər heç bir döyüş əməliyyatında birbaşa iştirak etməsə də, bir çox təlimlərdə iştirakçı olmuşdur. 1992-ci ildən etibarən terrorizmə qarşı mübarizə edən qüvvələrin tərkibinə daxildir. == Təchizatı == Kemp Devid müqaviləsi imzalandıqdan sonra Misir HHQ-də köklü dəyişikliklər başladı.
Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyindəki təyyarələrin siyahısı
Aşağıda, Moskvadakı, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Muzeyində olan təyyarələrin siyahısı göstərilmişdir .
Pakistan Hərbi Hava Qüvvələri
Pakistan Hərbi Qüvvələri (urdu پاک فِضائیہ‎—Pāk Fizāʾiyah) Pakistan Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Əsas vəzifəsi Pakistanın hava məkanını mühafizə etmək, döyüş şəraitində isə Silahlı Qüvvələrin digər hərbi birləşmələrini hava dəstəyi ilə təmin etməkdir. Pakistan HHQ-nin aktiv şəxsi heyəti 65,000 nəfər (3 min nəfəri pilot olmaqla), ehtiyat qüvvələrinin sayı 10,000 nəfərdir. 1947-ci ildə əsası qoyulan HHQ indiyə qədər bir çox döyüş əməliyyatlarında iştirak etmişdir. Pakistan Konstitusiyasının 243-cü maddəsinə görə, Hərbi Hava Qüvvələrinin mülki komandanı Pakistan prezidentidir. HHQ komandanı baş nazir tərəfindən təsdiq olunduqdan sonra ölkə prezidenti tərəfindən təyin olunur. Pakistan HHQ-nin hazırkı komandanı aviasiya marşalı Sohail Amandır. == Tarix == === 1959 Hindistan hava hücumu === 10 aprel 1959-cu ildə Pakistanda Ramazan bayramı qeyd edilərkən Hindistan Hərbi Hava Qüvvələrinin 106-cı eskadrilyasına məxsus "English Electric Canberra" təyyarəsi Pakistanın hava məkanına daxil olaraq kəşfiyyat çəkilişi aparmışdır. Həyəcan siqnalı verildikdən sonra Pakistan HHQ-nin 15-ci eskadrilyasına məxsus iki ədəd F-86F döyüş təyyarələri bu kəşfiyyat təyyarəsini Ravalpindi vilayətinin Ravat şəhəri üzərində vurmuşdur. Bu hadisə Pakistan HHQ-nin ilk qələbəsi hesab olunur.
Qondarma Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.

"qüvvələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qüvvələri nədir? #qüvvələri sözünün mənası #qüvvələri nə deməkdir? #qüvvələri sözünün izahı #qüvvələri sözünün yazılışı #qüvvələri necə yazılır? #qüvvələri sözünün düzgün yazılışı #qüvvələri leksik mənası #qüvvələri sözünün sinonimi #qüvvələri sözünün yaxın mənalı sözlər #qüvvələri sözünün əks mənası #qüvvələri sözünün etimologiyası #qüvvələri sözünün orfoqrafiyası #qüvvələri rusca #qüvvələri inglisça #qüvvələri fransızca #qüvvələri sözünün istifadəsi #sözlük