qıpqırmızı sözü azərbaycan dilində

qıpqırmızı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qıpqırmızı • 95.8904%
  • Qıpqırmızı • 4.1096%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qıpqırmızı qızıl (film, 2003)
Qıpqırmızı qızıl (fars. طلای سرخ‎) — Cəfər Pənahinin 2003-cü ildə dram janrında çəkdiyi film. Film 56-cı Kann kinofestivalında jürinin "xüsusi baxış mükafatı"na layiq görülüb. == Sujet == Film zərgərlik mağazasının qarəti səhnəsi ilə başlayır. Hüseyin tabe olmayan mağaza sahibinə atəş açır. Sonra isə o siqnalizasiyanın işə düşməsinə görə tələyə düşdüyünü anlayır və çıxılmaz vəziyyətdə qaldığına görə özünü öldürür. Sonra isə film qəlbində özünün cəmiyyətdəki aşağı statusuna görə sıxılan, pitsa kuryeri olan Hüseyinin həyat hekayəsini göstərmək üçün iki gün əvvələ qayıdır. == Rollarda == Hüseyin İmadəddin — Hüseyin Kamyar Şeysi — Əli Azita Rayedji — Hüseyinin həyat yoldaşı Şahram Vəziri — zərgər Ehsan Amani — çayxanadakı kişi Puranq Nakxael — varlı Kave Nəcmabadi — satıcı Sabir Safael — gənc əsgər == Çəkilişlər == Baş rolun fiaçısı olan Hüseyin İmadəddin peşəkar aktyor olmayıb və həyatda doğrudanda pitsa kuryeri işləyir. Bundan başqa o həm də paranoid şizofreniyasından da əziyyət çəkirdi buna görə də çəkilişlərin aparılması zamanı bəzi çətinliklər olur. İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi filmdə bəzi səhnələrin kəsilməsini tələb etsə də Pənahi bununla razılaşmır və filmdə heç bir dəyişiklik etmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2010 •••••• 0.09
2011 •••••••••• 0.17
2012 •••••• 0.09
2014 •••••••••••••••••••• 0.34
2015 •••••••••• 0.17

qıpqırmızı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Tünd-qırmızı, çox qırmızı, lap qırmızı. Qıpqırmızı alma. – …Bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Qıpqırmızı don geyindi ellərim; Qaranlığı boğazlayıb doğdu gün. S.Rüstəm. □ Qıpqırmızı kəsilmək – utanaraq üzü qızarmaq. Bu əsnada Kiçikbəyim içəri girdi, Vaqifi görüb utanaraq özünü itirdi. Qıpqırmızı kəsilib salam verdi… Çəmənzəminli. Qıpqırmızı olmaq (qızarmaq) – utanaraq, yaxud acıqdan, pərtlikdən, həyəcandan sifəti qızarmaq. Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı. Zeynəbin yanaqları qıpqırmızı qızarmışdı; ürəyi də əsirdi. Qantəmir. 2. məc. dan. Tamamilə, apaçıq, açıqdanaçığa, qabacasına. Qıpqırmızı yalan. 3. zərf Həyasızcasına, utanmazcasına, yalandan. Qıpqırmızı üzünə durmaq. Qıpqırmızı danışmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qıpqırmızı

qıpqırmızı sözünün rus dilinə tərcüməsi

  • 1 совершенно красный, красненький

    Azərbaycanca-rusca lüğət / qıpqırmızı
  • 2 I прил. совершенно красный, ярко-красный; qıpqırmızı qan kimi красный как кровь II нареч. нагло, не стыдясь; qıpqırmızı boyamaq покрасить в ярко-красный цвет; qıpqırmızı qızarmaq (olmaq) сильно краснеть, раскраснеться; побагроветь; qıpqırmızı qızartmaq: 1. nəyi жарить докрасна; 2. kimi заставить покраснеть; пристыдить ◊ qıpqırmızı pörtmək зардеться как маков цвет.

    Azərbaycanca-rusca lüğət / qıpqırmızı

qıpqırmızı sözünün inglis dilinə tərcüməsi

qıpqırmızı sözünün fransız dilinə tərcüməsi

qıpqırmızı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. яп-яру, гзаф яру, лап яру, туьнт-яру (мес. чумал); // qıpqırmızı olmaq (qızarmaq) яп-яру хьун, регъуьвиляй ва я хъиляй ччин яру хьун; 2. пер. рах. ахъа, дуьздал алай, эквеба (ттаб); 3. нареч. ягьсуздаказ, гьаясуздаказ, тапарривай, са регъуьвални авачиз (мес. ччина акъвазун).

    Azərbaycanca-ləzgicə lüğəti / qıpqırmızı

Oxşar sözlər

#qıpqırmızı nədir? #qıpqırmızı sözünün mənası #qıpqırmızı nə deməkdir? #qıpqırmızı sözünün izahı #qıpqırmızı sözünün yazılışı #qıpqırmızı necə yazılır? #qıpqırmızı sözünün düzgün yazılışı #qıpqırmızı leksik mənası #qıpqırmızı sözünün sinonimi #qıpqırmızı sözünün yaxın mənalı sözlər #qıpqırmızı sözünün əks mənası #qıpqırmızı sözünün etimologiyası #qıpqırmızı sözünün orfoqrafiyası #qıpqırmızı rusca #qıpqırmızı inglisça #qıpqırmızı fransızca #qıpqırmızı sözünün istifadəsi #sözlük