qırmaq sözü azərbaycan dilində

qırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırmaq • 99.1060%
  • Qırmaq • 0.5109%
  • QIRMAQ • 0.3831%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.31 dəfə / 1 mln.
2002 ••••••••••••• 3.43
2003 ••••••••••••••••• 4.72
2004 ••••••••••••••• 4.04
2005 ••••••••••••••• 4.05
2006 •••••••••••••••••••• 5.63
2007 ••••••••• 2.33
2008 ••••••• 1.95
2009 ••••••• 1.92
2010 ••••••••••••• 3.45
2011 •••••• 1.46
2012 •••••••• 2.07
2013 •••••••••••••••• 4.23
2014 ••••••• 1.89
2015 •••• 1.02
2016 •••••• 1.56
2017 ••••• 1.14
2018 ••• 0.60
2019 •••• 0.97
2020 ••••••••••• 2.92

qırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərk bir şeylə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, sındırmaq. Güzgünü qırmaq. Qabları qırmaq. – Qız … [müəllimi] görüncə şaşırıb üzünü örtməyə tələsdikdə, səhəngini salıb qırmışdı. S.Hüseyn. Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Mir Cəlal. Xan havalı kimi bu otaqdan o otağa qaçır, nərə çəkib yerindən qopur, rast gələn hər şeyi qırırdı. M.Rzaquluzadə. // Doğramaq, bütöv bir parçanı xırda-xırda etmək. Qəndi qırmaq. Daşı qırmaq. 2. Balta və s. ilə kəsmək, doğramaq. Meşəni qırmaq. – Getdi meşə içrə odun qırmağa; Şax-budağı başladı sındırmağa. A.Səhhət. Abbas … meşədən odun qırıb satmaqla ana və bacısını saxlayır. S.S.Axundov. 3. Kütləvi surətdə tələf etmək, məhv etmək, öldürmək. [Nəbi:] Uşaqlar, fürsəti əldən buraxmışıq. Bizi tamam qıracaqlar! “Qaçaq Nəbi”. …Bir şey yoxdur, amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır. C.Məmmədquluzadə. Onlar güman edirdilər ki, qarşılarına heç bir kimsə çıxmayacaq, … bir neçə sarsaq çoban tərslik etmiş olsa, həmin saat onları qırıb minlərlə qoyunu asanlıqla sürüb aparacaqlar. M.Rzaquluzadə. // Eyni mənada bəzən “qırıb tökmək”, “qırıb çatmaq” və s. şəklində. Bir neçə qadın sahəni gəzərək maşının götürə bilmədiyi alaq otlarını kətmənlə qırıb tökürdü. M.İbrahimov. İki tərəfdə əsirlərin ələ düşənini qırıb tərk etmişdilər. Çəmənzəminli. 4. Kəsmək, üzmək, qət etmək. Əlaqəni qırmaq. Rabitəni qırmaq. Məftili qırmaq. // Yarımçıq qoymaq, kəsmək. Kərimqulu sözünü qırıb, ara qapıdan nəvəsinin iniltisinə qulaq verdi. S.Rəhimov. 5. məc. Sarsıtmaq, zəiflətmək, azaltmaq, yox etmək. Günəş havanın şaxtasını qırdı. İnadını qırmaq. Nüfuzunu qırmaq. Müqavimətini qırmaq. – Rübabəyə qarşı bütün tədbirləri pozan bir qüvvə … [Gəldiyevin] kirdarını alır, iradəsini qırır, heç bir şey eləməyə imkan vermirdi. Mir Cəlal. Nə boran, nə qar, nə də şaxta onların möhkəm iradəsini qıra bilməz. Z.Xəlil. 6. məc. Bağlayan, məhkum edən bir şeydən xilas olmaq, azad olmaq. [Tapdıq:] Qırıb zənciri-hicranı xilas olmaq əsarətdən. C.Cabbarlı. [İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov.

    Azərbaycan dilinin izahlı lüğəti / qırmaq
  • 2 bax qarmaq1. Üst-başı toztorpaq içində qısaboylu … iri çopur burnu qırmaq kimi əyri bir topal, yumaq kimi yumalana-yumalana içəri girdi. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qırmaq

qırmaq sözünün etimologiyası

  • 1 Qədim mənası “kəsmək” deməkdir, qırxmaq feili də bununla bağlıdır. Mənbələrdə qır sözünün bir mənası rusca “сбрить” kimi açıqlanıb. Qırxlıq (qoyun qırxmaq üçün qayçı) kəlməsi də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qırmaq

qırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qırmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QIRMAQ – DÜZƏLTMƏK Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Cəlal); Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısını düzəltdi (S.Rəhman).

    Azərbaycan dilinin antonimlər lüğəti / qırmaq

qırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. ломать, разбивать; 2. рубить, вырубить; 3. разрывать; 4. истреблять, уничтожать, уничтожить, переморить; 5. побить, перебивать, перебить;

    Azərbaycanca-rusca lüğət / qırmaq
  • 2 1 глаг. 1. ломать, сломать что (на куски) 2. разбивать, разбить что. Bardağı qırmaq разбить кувшин, şüşəni qırmaq разбить стекло 3. травить, истреблять, применяя отраву. Siçanları qırmaq истреблять мышей, tarakanları qırmaq травить тараканов 4. рубить, вырубать, вырубить. Meşə qırmaq рубить лес 5. колоть, раздроблять. Qənd qırmaq колоть сахар, fındıq qırmaq колоть орехи 6. перебивать, перебить, уничтожать, уничтожить кого (многих или всех). Bütün düşmənləri qırmaq перебить всех врагов ◊ belini qırmaq kimin причинить тяжёлое горе кому; qol-qanadını qırmaq kimin обломать крылья кому; iradəsini qırmaq kimin сломить волю чью; müqavimətini qırmaq kimin сломить сопротивление чь ё, qol-qabırğasını qırmaq kimin сильно избить кого; наломать бока кому 2 сущ. см. qarmaq 1 ◊ qırmağa (qarmağa, çəngələ) düşmək попасться на чью-л. удочку

    Azərbaycanca-rusca lüğət / qırmaq

qırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. 1. to break*; to fracture; pəncərə ~ to break* a window; qolunu ~ to fracture one’s arm; 2. (meşəni və s.) to cut* down (d.), to fell (d.); meşə ~ to cut* down / to fell a forest; 3. to exterminate, to destroy; siçovulları ~ to exterminate / to destroy rats; belini ~ to do* great harm (to), to cause a lot of losses (to smb.); düşmənin müqavimıtini ~ to break* down the enemy’s resistance II. i. bax qarmaq

    Azərbaycanca-ingiliscə lüğət / qırmaq

qırmaq sözünün fransız dilinə tərcüməsi

qırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хун; кӀус-кӀусун, куьткуьнун, кукӀварун; qabları qırmaq къапар хун; odun qırmaq кӀарасар хун; 2. кьин, телефун, кукӀварун, кӀармашун, къирмишун (гзафбур санал); 3. атӀун (мес. алакъа, гаф); ipi qırmaq еб атӀун; 4. пер. къарсурун, тӀимиларун, зайифарун, квадарун; 5. пер. кьатӀун, кӀарун, са затӀуникай азад хьун, атӀана хилас хьун (мес. зулумдин зунжурар).

    Azərbaycanca-ləzgicə lüğəti / qırmaq

qırmaq sözünün türk dilinə tərcüməsi

"qırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırmaq nədir? #qırmaq sözünün mənası #qırmaq nə deməkdir? #qırmaq sözünün izahı #qırmaq sözünün yazılışı #qırmaq necə yazılır? #qırmaq sözünün düzgün yazılışı #qırmaq leksik mənası #qırmaq sözünün sinonimi #qırmaq sözünün yaxın mənalı sözlər #qırmaq sözünün əks mənası #qırmaq sözünün etimologiyası #qırmaq sözünün orfoqrafiyası #qırmaq rusca #qırmaq inglisça #qırmaq fransızca #qırmaq sözünün istifadəsi #sözlük