Qırmız sözü azərbaycan dilində

Qırmız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qırmız • 51.5152%
  • qırmız • 48.4848%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 24 yanvar 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Qırmızı Bayraq" ordeni
"Qırmızı Bayraq" ordeni — ilk sovet ordeni. Sosialist Vətəninin müdafiəsi zamanı göstərilən xüsusi şücaət, fədakarlıq və cəsarət görə mükafatlandırma üçün 1918-ci ildə təsis olunub.
"Qırmızı Bayraq" ordeni (Azərbaycan SSR)
"Qırmızı bayraq" ordeni — Azərbaycan SSR-in ilk dövlət mükafatı. == Tarixi == 1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin təşəbbüsü ilə təsis edilmişdir. == Təsviri == Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur. Eskiz SSRİ-nin "Qırmızı Bayraq" ordeni əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanmışdır. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm idi; hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdi. Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunub. Ordenin ortasında Qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir. Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə "Azərbaycan İctimai Şura Cümhuriyyəti" sözləri qravür edilmişdir.
"Qırmızı Ulduz" ordeni
Qırmızı Ulduz Ordeni — SSRİ-nin dövlət mükafatı, 6 aprel 1930-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin fərmanı ilə təsis edilib.
"Qırmızı Əmək Bayrağı" ordeni
"Qırmızı əmək bayrağı" ordeni — 1928-ci ildə təsis edilmiş ümumittifaq miqyaslı SSRİ ordeni
"Qırmızı Əmək Bayrağı" ordeni (Azərbaycan SSR)
Qırmızı əmək bayrağı ordeni — 1920-ci ildən 1933-cü ilə qədər SSRİ-də hər bir sovet respublikasının öz ordenləri, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni də olub. 1933-cü ildən sonra bu ordenlərin verilməsi dayandırılıb, həmin vaxtdan fərqlənənlərə yalnız SSRİ orden və medalları verilib. Azərbaycan Sovet Sosialist Respublikasının Qırmızı Əmək Bayrağı ordeni 1922-ci ildə təsis edilib. 1933-cü ilə qədər 300-ə yaxın insan bu ordenlə təltif olunub. Həmin vaxt Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edildiyinə görə ordenin üstü latın qrafikası ilə yazılıb. Qeyd edək ki, 1933-cü ilə qədər SSRİ-də hər bir sovet respublikasının öz ordenləri, o cümlədən də Qırmızı Əmək Bayrağı ordeni olub. 1933-cü ildən sonra bu ordenlərin verilməsi dayandırılıb, həmin vaxtdan hamıya yalnız ümumittifaq miqyaslı Qırmızı Əmək Bayrağı ordenləri verilib. 1921-ci ilin iyununda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin təşəbbüsü ilə "Qırmızı Əmək Bayrağı" ordeni təsis edilmişdir. Eskizinin müəllifi zabit M. Vlasov olan orden gümüşdən hazırlanmışdır və qırmızı rəngli mina qatı və qızıl suyu ilə işlənmişdir. Bakı zərgərləri tərəfindən hazırlanan ordenin mərkəzində döymə üsulu ilə oraq və çəkic təsvir edilmişdir.
"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)
"Qırmızı əmək bayrağı" ordeni — SSRİ ordeni.
"Qırmızı əmək bayrağı" ordeni (dəqiqləşdirmə)
"Qırmızı əmək bayrağı" ordeni — 1928-ci ildə təsis edilmiş ümumittifaq miqyaslı SSRİ ordeni
Al-qırmızı
Al-qırmızı — qeyri-spektral rənglər qrupundan biri. Onun üçün təbii standart rəng bənövşəyi rəngdir, bu rəng, mavi (ya da bənövşəyi) rəngin qırmızı ilə qarışdırılması ilə əldə edilə bilər. Kolorimetriyada, bənövşəyi rəng mavi və ya tünd qırmızı ilə qarışdırmaqla əldə edilən bir sıra rəngə aiddir. == Ədəbiyyat == Ball, Philip. Bright Earth, Art and the Invention of Colour. Hazan (French translation). 2001. ISBN 978-2-7541-0503-3. Heller, Eva. Psychologie de la couleur: Effets et symboliques.
Al-qırmızı qaramurdarça
Al-qırmızı yonca
Al-qırmızı yonca (lat. Trifolium incarnatum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Al qırmızı yağış (film, 1984)
Al qırmızı yağış — rejissor Albert Maqnolinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Prins, Apollonia Kotero, Morris Dey və Olqa Karlatos ifa edirlər. == Məzmun == Filmin süjet xətti məşhur müğənni Prinsin tərcümeyi-halı ətrafında qurulub.
Andorra Qırmızı Xaç Cəmiyyəti
Andorra Qırmızı Xaç Cəmiyyəti (ing. Andorra Red Cross, ARCS) — Andorra daxilində fövqəladə yardım, fəlakət yardımı və təhsil verən bir humanitar təşkilatdır. == Tarixi == Təşkilat 1980-ci ildə təsis edilib və 1994-cü il martın 24-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 162-ci Milli Cəmiyyəti üzvü olaraq rəsmən tanınmışdır. Onun mərkəzi Andorra la Vella şəhərində yerləşir.
Anqola Qırmızı Xaç Cəmiyyəti
Anqola Qırmızı Xaç Cəmiyyəti (ing. Angola Red Cross, ARC) — 1978-ci ildə təsis edilən təşkilat. Qərargahı Luanda şəhərində yerləşir. Cəmiyyətdə təxminən 20 000 üzv və könüllü var (1998-ci ildəki hesablamalara əsasən). == Tarixi == 1978-ci ildə hökumət qərarı ilə təsis edilib və 1986-cı ildə Beynəlxalq Qırmızı Xaç Hərəkatına qoşulub; 1986-cı ildə ilk ümumi toplantısı keçirilmişdir. 1996-cı ildə Angola Qırmızı Xaç Cəmiyyəti Anqolanın Səhiyyə Nazirliyi ilə müqavilə imzalamış, bundan sonra əsas yardımçı şirkətin əsas səhiyyə xidmətləri sahəsində dövlət idarəçiliyinin rolu rəsmən təsdiqlənmişdir. Həm milli, həm də əyalət səviyyəsində fəaliyyət göstərir. 1998-ci ildə ikinci bir fövqəladə ümumi qurultay keçirilmiş, yeni bir qətnamə təsdiq edilmiş, yeni prezident, yeni baş katib və milli şura seçilmişdir; Maliyyə Komissiyası da daxil olmaqla İcraiyyə Komitəsi yaradılmışdır. == Bölmələri == Cəmiyyət 18 əyalətin 17-də əyalət nümayəndə heyətləri vasitəsilə təmsil olunur, bəzi vilayətlərdə yerli və ya bələdiyyə bölmələri vardır. == İdarəetməsi == Anqolun Qırmızı Xaç Cəmiyyətinin idarəetmə orqanlarına Baş Assambleya, Milli Şura, İcra Komitəsi və yerli nümayəndə heyətlərinin nümayəndələri daxildir.
Argentina Qırmızı Xaç Cəmiyyəti
Argentina Qırmızı Xaç Cəmiyyəti (ing. Argentine Red Cross) — 1950-ci ildə təsis edilib və qərargahı Buenos-Ayresdə yerləşir.
Avstraliya Qırmızı Xaç Cəmiyyəti
Avstraliya Qırmızı Xaç Cəmiyyəti (ing. Australian Red Cross) — Avstraliyada qabaqcıl humanitar yardım edən təşkilat. 1914-cü ildə təsis edilən və 1941-ci ildə kral nizamnaməsinə daxil olan Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Avstraliya milli cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının üzvüdür. Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsiplərinə əsasən dünyəvi, neytral, qərəzsiz və müstəqil humanitar təşkilatdır. Avstraliya Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə Asiya-Sakit Okean bölgəsində beynəlxalq yardım, beynəlxalq humanitar hüquq müdafiəçiliyi, miqrasiya dəstəyi, fövqəladə hallarda yardım, Avstraliya Qırmızı Xaç Qan Xidməti vasitəsilə qan köçürmələri və Avstraliya aborigenləri, gənclər, ailələr, yaşlılar və əlil şəxslər üçün icma xidmətləri kimi bir sıra xidmət və proqramlar daxildir. Zati-aliləri Avstraliya Respublikasının Qubernatoru, general-leytenant Piter Kosqrov Avstraliya Qırmızı Xaç Cəmiyyətinin patronu və Milli Şuranın qeyri-səsverməli üzvüdür. Milli Şura ən yüksək idarəetmə qərarı qəbul edən orqandır və prezident və Milli Şuranın da daxil olduğu 53 üzvdən ibarətdir. Milli Şura Milli Şuranın nümayəndələrinə və CEO-ya əməliyyat və idarəetmə qərarları və digər məsuliyyətlərini təqdim edir. == Tarixi == Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı 1914-cü ildə Avstraliyada, I Dünya Müharibəsi başladıqdan doqquz gün sonra, Xanım Helen Munro Ferquson tərəfindən yaradılmışdır. Britaniya Qırmızı Xaç Cəmiyyəti Avstraliya filialının adını Avstraliya Qırmızı Xaç Cəmiyyəti kimi dəyişdi və 1941-ci il iyun ayının 28-də kral nizamnaməsi ilə təsis edildi.
Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikasının Qırmızı Kitabı — Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. == Kitab haqqında ümumi məlumat == Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqqında məlumat əks etdirirlir. Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib. == Qırmızı kitabın ikinci nəşri == Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib.
Azərbaycan SSR-in qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. == Redaksiya heyəti == B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycan SSR-nin qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. == Redaksiya heyəti == B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar — Qırmızı kitaba aşağıdakı balıq növləri daxildir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. == İstinadlar == Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heycanlar aləmi". Тom III. Onurğalılar, 2000 il.
Aşağı Qırmızıxəlifə (Qoşaçay)
Aşağı Qırmızıxəlifə (fars. قرمزخليفه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 540 nəfər yaşayır (127 ailə).
Banqladeş Qırmızı Aypara Cəmiyyəti
Banqladeş Qırmızı Aypara Cəmiyyəti (ing. Bangladesh Red Crescent Society) — 1973-cü ildə Banqladeş Qırmızı Xaç Cəmiyyəti olaraq yaradılıb. 1989-cu ildə adını Banqladeş Qırmızı Aypara Cəmiyyəti olaraq dəyişdirdi. Baş qərargahı Dəkkə şəhərində yerləşir. Banqladeşin müxtəlif ərazilərində tez-tez yaşayan sel, siklon və digər təbii fəlakətlər zamanı cəmiyyət yardım və reabilitasiya sahəsində aparıcı rol oynamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.22 dəfə / 1 mln.
2008 ••••• 0.24
2010 •••• 0.18
2011 •• 0.09
2012 ••••••••• 0.43
2013 ••• 0.15
2014 •••••••••••••••••••• 1.03
2015 •••• 0.17
2016 •••• 0.17
2017 ••••••• 0.33
2018 •••••• 0.30
2019 •••••• 0.28
2020 ••• 0.13

qırmız sözünün leksik mənası və izahı

qırmız sözünün rus dilinə tərcüməsi

qırmız sözünün ləzgi dilinə tərcüməsi

"qırmız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırmız nədir? #qırmız sözünün mənası #qırmız nə deməkdir? #qırmız sözünün izahı #qırmız sözünün yazılışı #qırmız necə yazılır? #qırmız sözünün düzgün yazılışı #qırmız leksik mənası #qırmız sözünün sinonimi #qırmız sözünün yaxın mənalı sözlər #qırmız sözünün əks mənası #qırmız sözünün etimologiyası #qırmız sözünün orfoqrafiyası #qırmız rusca #qırmız inglisça #qırmız fransızca #qırmız sözünün istifadəsi #sözlük