qırmızısaqqal sözü azərbaycan dilində

qırmızısaqqal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırmızısaqqal • 92.8571%
  • Qırmızısaqqal • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qırmızısaqqallar
Qırrmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı-Saqqallar kənd inzibati ərazisi hazırda erməni təcavüzkarları tərəfindən işğal altındadir. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib. 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

qırmızısaqqal sözünün leksik mənası və izahı

  • 1 sif. Saqqalı qızardılmış, saqqalı hənalı. Qırmızısaqqal qoca. – Çadırda turanlı qırmızısaqqal bir qoca oturmuşdu. A.Bakıxanov. [Zeynal] lap yuxarı qəfəsədən beş top çiti çiyninə alaraq nazik taxta nərdivanla aşağı düşən qırmızısaqqal bir kişini görüb dedi… Ə.Əbülhəsən. // is. Saqqalına həna qoymuş kişi; dindar, mövhumatçı. Yazıq şair övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qırmızısaqqal

qırmızısaqqal sözünün rus dilinə tərcüməsi

qırmızısaqqal sözünün inglis dilinə tərcüməsi

qırmızısaqqal sözünün fransız dilinə tərcüməsi

qırmızısaqqal sözünün ləzgi dilinə tərcüməsi

"qırmızısaqqal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırmızısaqqal nədir? #qırmızısaqqal sözünün mənası #qırmızısaqqal nə deməkdir? #qırmızısaqqal sözünün izahı #qırmızısaqqal sözünün yazılışı #qırmızısaqqal necə yazılır? #qırmızısaqqal sözünün düzgün yazılışı #qırmızısaqqal leksik mənası #qırmızısaqqal sözünün sinonimi #qırmızısaqqal sözünün yaxın mənalı sözlər #qırmızısaqqal sözünün əks mənası #qırmızısaqqal sözünün etimologiyası #qırmızısaqqal sözünün orfoqrafiyası #qırmızısaqqal rusca #qırmızısaqqal inglisça #qırmızısaqqal fransızca #qırmızısaqqal sözünün istifadəsi #sözlük