* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. İti birinin üzərinə saldırmaq qəsdi ilə qıs-qıs demək. [Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov. …Ağsaqqal və mömin adamlar köpəkləri, itləri buraxıb, qısqırda-qısqırda (z.) xortdanın üstə hücum etdilər. B.Talıblı. // məc. Bir adamı digərinin üzərinə saldırmaq, vuruşmağa təhrik etmək. Rus Əhmədlə gəzən adam onlara əcaib təsir bağışlayırdı. Hətta dəcəllik edib onlara it qısqırdanlar da olurdu. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / qısqırmaq