qıymaq sözü azərbaycan dilində

qıymaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qıymaq • 89.3617%
  • Qıymaq • 6.3830%
  • QIYMAQ • 4.2553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2007 ••••••••••••• 0.21
2009 •••••••••• 0.16
2011 ••••• 0.09
2013 •••••••••••••••••• 0.29
2014 •••••••••••••••••••• 0.34
2018 •••••••••••••••••• 0.30

qıymaq sözünün leksik mənası və izahı

  • 1 f. Heyfi gəlməmək, əsirgəməmək; bir şeyi başqasına rəva görmək. Könül rəva görməz səni yad görə; Səni özgəsinə qıyan deyiləm. M.P.Vaqif. [Tükəz:] Sənin evində zəhirmar da tapılmaz; olsaydı onu da qıyıb bizə verməzdin. M.F.Axundzadə. [Sadıq:] Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / qıymaq
  • 2 gözlərini qıymaq – gözlərini yarım yumaraq və kirpiklərini qısaraq baxmaq. Kərim baba iri, sallaq dodaqlarını geniş-geniş açaraq gözlərini daha da qıydı. A.Şaiq. Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / qıymaq

qıymaq sözünün etimologiyası

  • 1 “Kəsmək” mənasını verən qıy sözü ilə bağlıdır. Bir şeyi kiməsə qıyanda sanki öz boğazından kəsib ona verirsən. Qıymamaq isə “əsirgəmək, kəsib verməmək, rədd etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qıymaq

qıymaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QIYMAQ – AÇMAQ Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı (M.İbrahimov); Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı (A.Səhhət). QIYMAQ – ƏSİRGƏMƏK Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? (Ə.Haqverdiyev); İsmət! Allah əsirgəsin, nədir bu halət? (H.Cavid).

    Azərbaycan dilinin antonimlər lüğəti / qıymaq

qıymaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QIYMAQ I f. Gözlərini yarı yumaraq, qısaraq baxmaq. Hesabdar gözlərini qıyıb üfüqdə iki boy qalxmış günəşə baxdı (M.İbrahimov). QIYMAQ II f. Heyfi gəlmək. Ay zalım oğlu, adam da İsgəndər kimi oğlana qıyıb güllə atarmı? (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin omonimlər lüğəti / qıymaq

qıymaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. не жалеть (чего-то для кого-то), не скупиться; 2. позволить себе что-то в отношении кого-то; 3. щурить, жмурить (глаза);

    Azərbaycanca-rusca lüğət / qıymaq
  • 2 1 глаг. 1. не жалеть чего-л. для кого-л., не скупиться 2. желать. Sən bunu uşağa necə qıyırsan? как ты можешь желать такого ребенку? 2. позволить себе что-л. 2 глаг. 1. щурить, сощурить; прищурить, жмурить, зажмурить. Oğlan gözlərini qıyır мальчик жмурит глаза 2. косить (делать косым, кривить – о глазах и т.п.)

    Azərbaycanca-rusca lüğət / qıymaq

qıymaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. (gözünü) to screw up one’s eyes, to narrow one’s eyes; O, gözlərini qıydı He / She screwed up his / her eyes II. f. (vermək, xəsislik etməmək) to give* smth. to smb.willingly

    Azərbaycanca-ingiliscə lüğət / qıymaq

qıymaq sözünün fransız dilinə tərcüməsi

qıymaq sözünün ləzgi dilinə tərcüməsi

qıymaq sözünün türk dilinə tərcüməsi

"qıymaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qıymaq nədir? #qıymaq sözünün mənası #qıymaq nə deməkdir? #qıymaq sözünün izahı #qıymaq sözünün yazılışı #qıymaq necə yazılır? #qıymaq sözünün düzgün yazılışı #qıymaq leksik mənası #qıymaq sözünün sinonimi #qıymaq sözünün yaxın mənalı sözlər #qıymaq sözünün əks mənası #qıymaq sözünün etimologiyası #qıymaq sözünün orfoqrafiyası #qıymaq rusca #qıymaq inglisça #qıymaq fransızca #qıymaq sözünün istifadəsi #sözlük