qızla sözü azərbaycan dilində

qızla

Yazılış

  • qızla • 96.5957%
  • Qızla • 3.4043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Lalə" qızlar ansamblı (film, 1991)
19 yaşadək qızlardan ibarət milli komanda (futbol)
İndiyədək qatıldığı 5 Avropa çempionatında yalnız birinci mərhələ keçən millimiz bu müddətdə keçirdiyi 18 qarşılaşmada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə uduzub. Beş ildə 16 top vuran qızlarımız 61 dəfə topu öz qapısında görüb. Qeyd edək ki, Azərbaycan yığması iki dəfə birinci seçmə mərhələyə ev sahibliyi edib.
A. D. Duvokinin xüsusi qızlar gimnaziyası
Dukmasovanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində təhsil mərkəzi. A. D. Duvokinin xüsusi qızlar gimnaziyaaı 1880-ci illərdə təsis edilmişdir. Binası isə Novoçekassk şəhəri Atamanakaya küçəsi, ev 42 ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bir çox mənbələrdə Alekseevka uşqaq qızlar yetimxanası olaraq gösyərilir. == Tarixi == A. D. Duvokinin xüsusi qızlar gimnaziyasının fəaliyyəti 1880- 1889illərə təsadüf edir. Gimnaziya açıq tipli bir təhsil mərkəzi olmumdur. Burada əsasən orta təbəqənin övladları təhsil alsalarda digər təbəqələrin övladlarına belə rast gəlinirdi. 1921-ci ildə gimnaziya ikinci açıq tipli birinci və ikinci dərəcəli sovet məktəbinə çevrilmişdir.
Alekseev adına qızlar gimnaziyası
Alekseev adına qızlar gimnaziyası - Taqanroq şəhərinin ərazisində, Çexov küçəsi, ev 22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1911-1917-ci illər ərzində qızlar gimnaziyası olaraq fəaliyyət göstərmişdir. == Məktəbin tarixi == Alekseev adına qızlar gimnaziyasının tarixi öz başlanğıcını 1905-ci ilin sentyabrından götürür. Bu zaman şəhər dumasına Pavel Petroviç Filevski tərəfindən məktub göndərilir. Bu məktubda Taqanroqda yeni qızlar gimnaziyasının yaradılmasına ehtiyac olması vurğulanır. XX əsrin əvvəllərində Mariin gimnaziyası həddindən aryıq dolmuş olur. Burada artıq hər sinifdə 50 şagird oxuyurdu. Şəhər duması bunlsrı nəzərə alaraq Filevskinin təşəbbüsünü dəştəkləyir və Taqanroqda ikinci qızlar gimnaziyasını açmağı qərara alır. Nəhayət 1906-cı ildə ikinci qızlar gimnaziyası açılması plana alınır. Şəhərdə ikinci qızlar gimnaziyasının açılışı 1911-ci ilin noyabrına təsadüf edir.
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası — 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası == Qitə birinciliklərində == İlk dəfə 2007/2008 mövsümündə qitə arenasına çıxmışdır.
Ağ Qızlar
Bakı Ali Pedaqoji Qızlar Seminariyası
Bakı Qızlar Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və həmin ilin 27 iyul tarixində Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına "Pedaqogika və psixologiya", "Pedaqogika və ibtidai təhsilin pedaqogikası" ixtisasları üzrə tələbə qəbuluna dair elan verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır. == Tədris == Tədris işlərinə rəhbərlik etmək ilk dəfə 1992-ci ildə Nazim Abbasova həvalə edilmişdir. Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şurası, Tələbə Elmi Cəmiyyəti, bədii yaradıcılıq studiyası, Kompüter mərkəzi, Tələbə Gənclər Təşkilatı, Ekoloji mərkəz, kitabxana fəaliyyət göstərir. Bakı Qızlar Universitetinin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Universitetdə "Dillər", "Ədəbiyyat", "Tarix", "Təbiət fənləri", "Psixologiya", "Pedaqogika", "İctimai elmlər" kafedraları fəaliyyət göstərir.
Bakı Qızlar Universiteti
Bakı Qızlar Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və həmin ilin 27 iyul tarixində Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına "Pedaqogika və psixologiya", "Pedaqogika və ibtidai təhsilin pedaqogikası" ixtisasları üzrə tələbə qəbuluna dair elan verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır. == Tədris == Tədris işlərinə rəhbərlik etmək ilk dəfə 1992-ci ildə Nazim Abbasova həvalə edilmişdir. Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şurası, Tələbə Elmi Cəmiyyəti, bədii yaradıcılıq studiyası, Kompüter mərkəzi, Tələbə Gənclər Təşkilatı, Ekoloji mərkəz, kitabxana fəaliyyət göstərir. Bakı Qızlar Universitetinin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Universitetdə "Dillər", "Ədəbiyyat", "Tarix", "Təbiət fənləri", "Psixologiya", "Pedaqogika", "İctimai elmlər" kafedraları fəaliyyət göstərir.
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.
Beynəlxalq Qızlar Günü
Beynəlxalq Qızlar Günü- 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib. == Məqsədi == Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. == Tarixi == Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir. == Ölkəmizdə qızların problemləri == Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir.
Boleyn qızlarından bir başqası (film, 2008)
"Boleyn qızlarından bir başqası (film, 2008).jpg" (ing. The Other Boleyn Girls) — Tüdorlar sülaləsinin zamanına aid bir filmdir. == Film haqqında == Üçillik nikahdan sonra Henrix arvadını xəyanətdə ittiham edərək onun edam edilməsini əmr etmişdi. Ancaq bacısının ölümü o zaman ərdə olan Mariyaya heç bir şans vermirdi, çünki kral artıq meylini gənc Ceyn Seymura salmışdı. VIII Henrixlə Anna Boleynin qızları tarixə I Yelizaveta adı ilə düşmüş məşhur İngiltərə kraliçasıdır. Film Filipp Qreqorinin real tarixi hadisələrə söykənmiş romanı əsasında çəkilib. VIII Henrix 6 dəfə evlənmişdi — Anna Boleyn onun ikinci xanımı idi. Yohansson və Portman kimi amerikalı aktrisaların baş rollara çəkilməsi Britaniyanın bir sıra aparıcı televiziya tənqidçilərinin "Boleyn qızı" əsərinin ekranlaşdırılmasının əleyhinə çıxmasına səbəb oldu. Filmdə bəzi tarixi səhvlər var. VIII Henrixi heç cür Erik Banaya bənzətmək olmur.
Cazda yalnız qızlardır
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüsserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Dəniz qızları (film, 1990)
Dəniz qızları (ing. Mermaids.) — 1990-cı ildə rejissor Riçard Benjamin tərəfindən çəkilmiş, film debütündə Şer, Bob Hoskins, Winona Ryder, Michael Schoeffling və Christina Ricci'nin rol aldığı Amerika ailə komediya-dram filmidir. 1990-cı ilin dekabrında buraxılan "Mermaids", xüsusilə Qızıl Qlobus Mükafatına namizəd oldu. Patty Dannın 1986-cı ildə yazdığı eyni adlı romanına əsaslanan və 1960-cı illərin əvvəllərində cərəyan edən filmin süjeti, azğın anası və gənc bacısı ilə Massaçusetsdəki kiçik bir şəhərə köçən nevrotik bir yeniyetmə qızdan bəhs edir.
E-qızlar və e-oğlanlar
E-qızlar və e-oğlanlar, adətən e-uşaqlar(ing. e-girls, e-boys) kimi də bilinən 2010-cu illərin sonlarında ortaya çıxan, video paylaşma tətbiqi TikTok ilə xüsusilə populyarlıq qazanan E-nəsili submədəniyyətidir. Emo, scene, mall goth modasının təkamülü və yapon küçə modasının (anime, kospley, kawaii və lolita) və K-pop dəbinin birləşməsi nəticəsində yaranıb. E-qızların və e-oğlanların videoları naz-qəmzəli və bir çox hallarda açıq şəkildə seksual xarakter daşıyır. Gözlərin döndürülməsi və dillərin çıxarılması (orqazmı təqlid edən aheaqo kimi tanınan üz ifadəsi) tez-tez rast gəlinir.
Fazilət xanım və qızları (teleserial, 2017)
Fazilət xanım və qızları, Avşar Film imzalı, rejissoru Murat Saraçoğlu (Hal-hazırda Gökçen Usta), baş rolları Nazan Kesal, Deniz Baysal, Çağlar Ertuğrul, Mahir Günşiray , Afra Saraçoğlu ve Alp Navruz olan bir Star TV teleserialıdır. 25 Mart 2017-ci ildə Star TV ekranlarına yayınlanmağa başlamışdır. Serialın senari müəllifi Sırma Yanık, prodüseri Şükrü Avşardır.
Göyqurşağı qızlarquşu
Göyqurşağı qızlarquşu (lat. Merops ornatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü.
Kralın Qızları
== Ümumi məlumat == Kralın qızları XIV Lüdovik tərəfindən hazırlanan 1663-1673cü illər arasında Yeni Fransaya gələn təxminən 800 gənc Fransız qadını ifadə etmək üçün istifadə olunan bir termindir. Bu Kanadanın əhalisini artırmaq üçün bir layihədir. Qadınlar və qızlar Yeni Fransaya köç ederkən, onlar kralın qızları olmağı düşünmürdülər.Çünki bu termin hökumət tərəfindən aktiv olaraq işə qəbul olunan və koloniya səfəri kral tərəfindən olan qızlar və qadınlar üçün istifadə olunurdu. == Mənşə == Onun başlanğıcında Yeni Fransada kişilərə üstünlük daha çox idi: əsgərlərin vilayətində, xəz ovçuluğunda və kahinlikdə. Bu qadınlardan istifadə az tələb olunurdu. Bu vaxt koloniyada əksər qadınların işləməsi üçün kənd təsərrüfatı üstünlük təşkil etməyə başladı, lakin 17ci əsrin ortalarında Yeni Fransada yalnız kişilər və qadınlar arasında ciddi qarşıdurma vardı. Qadın immiqrantların kiçik bir hissəsi özləri xərclərini ödəməli oldu və az hissədə subay qadınlar Yeni Fransanın sərt iqlim və şəraitinə uyğunlaşmaq üçün tanıdıqları yerləri tərk etmək istəyirdilər. Rəqib İngilis müstəmləkələrində əhali artımı, bəzi səlahiyyətlilər arasında Yeni Dünyada haqq iddialarını davam etdirmə mövzusunda narahatlıqlarını oyandırdı. Əhalini və ailələri artırmaq üçün Yeni Fransa intendantı Jan Talon, kralın ən az 500 qadının gətirilməsini dəstəkləməsini təklif etdi. Kral qəbul etdi və nəticədə təxminən iki qatı sayı işə alındı.
Levkippin qızlarının qaçırılması
Levkippin qızının qaçırılması — Piter Paul Rubensin yunan mifologiyası əsasında Zevs və Ledin oğulları — Dioskur qardaşlarının çar Levkippin qızlarının qaçırması səhnəsi təsvir olunmuş yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.
Mariin qızlar gimnaziyasının binası
Mariin qızlar gimnaziyasınin keçmiş binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində Atamanskaya küçəsində yerləşən bina. Bina klassizm stilində inşa edilmişdir. Tikilmə tarixi 1886-cı ilə təsadüf edir. Layihənin müəllifi A. A. Yaşenko olmuşdur. Bina Rusiya regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1917-ci ildə oktyabr inqilabından sonra gimnaziya fəaliyyətini dayandırmışdır. Sovetlər dönəmində binada Kənd Təsərrüfatı texnikumu yerləşirdi. Hazırda isə binada bina Novoçerkassk texnikumunun sənaye texnologiyası və idarə etmə kafedrası və tədris korpuslarından biri yerləşir. == Təsviri == Binanın üç mərtəbədən ibarətdir. Binada ev kilsəsi belə mövcuddur.
Müsəlman Qızlar Məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Odlar yurdunun qızları (film, 1972)
== Məzmun == Film Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuşdur.
Qara qızlar
Qara qızlar - türk və altay mifologiyasında şər ilahələri. Qaragızlar və ya Karakızlar da deyilir. Erlik Xanın qızlarıdırlar. Adları naməlumdur. Mənbəyi, quru, çılpaq, sürüşkən bir yerdə yaşayarlar. Vaxtlarını əylənərək keçirirlər. Göyə çıxan samanı azdırıb yolundan geri döndərməyə çalışırlar. Bəzən cinsiliklə əlaqədar və ya cinsilik ehtiva edən davranışlar olduqları izah edilər. Saçları qara ilana bənzər.
Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universiteti
Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universiteti (QazDövQızPU) (qaz. Қазақ ұлттық қыздар педагогикалық университеті) — Qazaxıstanın Almatı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Qazaxıstan Dövlət Qadın Pedaqoji İnstitutu 15 Avqust 1944-cü ildə qurulmuşdur. Açılışının əsası Qazaxıstan SSR Xalq Komissarları Sovetinin “Qazaxıstan qadın gəncləri arasından ixtisaslı müəllim kadrlarının hazırlanması haqqında” 457 saylı qərarı idi. Əvvəlcə üç fakültəni əhatə edirdi: fizika və riyaziyyat, tarix, dil və ədəbiyyat. 1945-ci ildə Təbiət Elmləri və Coğrafiya Fakültəsi, 1968-ci ildə Musiqi və Mahnı Fakültəsi açılmışdır. 1971-ci ildə Dil və Ədəbiyyat fakültəsi Filologiya fakültəsinə, Tarix fakültəsi isə Tarix və Pedaqoji fakültəsinə çevrildi. 1984-cü ildə Tarix və Təhsil Fakültəsi Tarix Fakültəsi və Məktəbəqədər Təhsil Fakültəsinə bölündü. 1954-cü ildən sonra institutun bağlanması məsələsi bir neçə dəfə qaldırıldı, çünki guya məqsədini yerinə yetirdi, lakin Qazaxıstan SSR rəhbərliyi universiteti saxlamağa qərar verdi. 2000-ci ildə institutda Tarix, Filologiya və İqtisadiyyat Fakültəsi ilə yanaşı Təbiət Elmləri və Təhsil Xidmətləri Fakültəsi meydana çıxdı.
Qoqoevin qızlar gimnaziyası
Qoqoevin qızlar gimnaziyası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində təhsil mərkəzi. Qoqoevin qızlar gimnaziyası 1882-ci illərdə təsis edilmişdir. Binası isə Rostov-na-Donu şəhəri 30-cu xətt küçəsi, ev 8, liter A ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. 1882-ci ildə Qoqoevin qızlar gimnaziyası 1917-ci ildə 45 saylı sovet əmək məktəbi (birinci pillə) və 6 saylı məktəb (ikinci pillə), 1959-ci ildə isə 14 saylı orta məktəbə çevrilmişdir. 14 saylə məktəbdə ingilis dilli əsas götürülürdü. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donudan olan II gildiya taciri Nikita Qoqoev (Mkrtlçan Qoqoyan) yazıçı N. V. Kukolkinin məsləhəti ilə ölmüş dörd qızının xatirəsinə 103237 rubl vəsiyyət etmişdir. Üç mağaza və dəri zavodundsm əldə edilən gəlir qızlar üçün məktəbin inşasına sərf edilmişdi. Yeni məktəb üçün Qoqoev yeni hədəflər müəyyən etmişdi: "...
Radium qızları
Radium qızları (ing. Radium Girls) — 1917-1926-cı illərdə Nyu-Cersi ştatının Orinc şəhərindəki United States Radium Corporation şirkətində işləyən və radiasiya ziyanı alan qadınların, radiolümenesensiya ilə əllərin və kadranların rənglənməsi ilə məşğul olan qadınların adı. Təmsilçilərinin radiumun zərərsiz olduğunu söyləyən şirkət rəhbərliyi tərəfindən aldanan işçilər, formalarını bərpa etmək üçün əylənmək və dırnaqları və dişlərini işıqlı bir maddə ilə rəngləmək üçün fırçaların uclarını radium boyası ilə yalayaraq ölümcül bir dozada radiasiya aldılar. Radiasiyadan təsirlənmiş beş qadın peşə xəstəliyi olan fərdi işçilərin işəgötürənini məhkəməyə vermək hüququ üçün bir nümunə qoyaraq şirkəti məhkəməyə verdilər. == US Radium korporasiyası == 1917-1926-cı illər arasında, əvvəlcə Radium Luminous Material Corporation adlandırılan United States Radium Corporation, karnotit filizlərindən radium çıxarıb emal edərək «Undark» markası altında satılan parlaq bir boya meydana gətirdi (hərf. "Diffuz qaranlıq"). Hərbi sənayenin podratçısı olaraq şirkət, hərbçilər üçün radium əsaslı radiolüminesans saatların tədarükçüsü olmuşdur. İllinoysdakı fabrikində yüzdən çox işçi çalışırdı, əksəriyyəti qadınlar, kadranları boyayırdılar və radium əsaslı boya ilə əllərini seyr edirdilər və şirkət rəhbərliyi tərəfindən materialın təhlükəsiz olduğunu aldatdılar. === Radiasiyaya məruz qalma === US Radium Corporation-da radiumla əlaqəli müxtəlif vəzifələri yerinə yetirmək üçün işçi heyəti daxilində ümumilikdə 70 qadın var idi, baxmayaraq ki şirkətin sahibləri və orada çalışan alimlər radiumun insanlara təsirlərini bilirdilər və təmasdan ehtiyatla çəkinirdilər. onunla.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.63 dəfə / 1 mln.
2002 ••••••••• 6.85
2003 0.79
2004 ••• 1.68
2005 •••••• 4.72
2006 0.45
2007 0.42
2008 0.24
2009 •••• 2.88
2010 ••••••••• 6.81
2011 •••• 2.75
2012 ••••• 3.79
2013 •••••••••••••••••••• 16.34
2014 ••••••••••••••• 11.67
2015 •• 1.53
2016 •• 1.39
2017 •• 0.98
2018 0.60
2019 0.56
2020 •• 1.19

"qızla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qızla nədir? #qızla sözünün mənası #qızla nə deməkdir? #qızla sözünün izahı #qızla sözünün yazılışı #qızla necə yazılır? #qızla sözünün düzgün yazılışı #qızla leksik mənası #qızla sözünün sinonimi #qızla sözünün yaxın mənalı sözlər #qızla sözünün əks mənası #qızla sözünün etimologiyası #qızla sözünün orfoqrafiyası #qızla rusca #qızla inglisça #qızla fransızca #qızla sözünün istifadəsi #sözlük