qızıl sözü azərbaycan dilində

qızıl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qızıl • 67.8392%
  • Qızıl • 32.0938%
  • QIZIL • 0.0670%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Qızıl
Qızıl və ya Altun (Au) — təbiətdə saf şəkildə rast gəlinən metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Qara qızıl
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Qızıl Samba
Futbol mükafatı sayılan "Qızıl Samba" Avropa qitəsində ilin ən yaxşı braziliyalı oyunçusuna təqdim olunur. Mükafat Sambafoot şirkəti tərəfindən təsis edilmişdir. İlk mükafat 2008-ci ildə öz sahibini tapmışdır. Qalib 3 mərhələlik sorğu ilə müəyyən edilir. Buraya jurnalistlər, futbolçunun yoldaşları və internet üzərindən səsvermə daxildir. == Tarix == 2008-ci ildə qalib Milan FKın yarımmüdafiyəçisi Kaka olmuşdur. Mançester Sitidən Robinyo və Sevilyadan Luis Fabiano ardıcıl olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Namizədlər sırasında 30 futbolçu var idi. Səsvermə dekabr ayının 1-dən 30-dək davam etmişdir. Nəticədə səslərin 25.03%-ı Kaka lehinə, 14.34% Robinyo üçün, 13.65% səs isə Luis Fabiano üçün verilmişdir.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Qızıl adı
Qızıl ad, Qızıl horus ad Qədim Misir fironlarının 5 çar titul adından biri. Qızıl ad titulunun daşıdığı məna hələ də tam şəkildə açıqlanmamışdır. == Yaranması == Güman edilir ki, çar və ya firona günəşlə eyniləşdirmək üçün "Qızıl adı" verirmişlər. Rəmzi boyunbağı üzərində oturmuş şahin quşudur. "Qızıl ad" bir titul kimi III sülalə dövründən başlayaraq firon Coser tərəfindən təsis edilmişdir. Yazılarda üzərində şahin oturmuş boyunbağı təsviri kimi Orta qədim dövrə qədər gəlib çatmışdır. == Bax == Şəxsi ad Taxt-tac adı Hor adı Nebti adı Set adı == Literatur == Hans Bonnet: Goldhorus, in: Lexikon der ägyptischen Religionsgeschichte, Hamburg 2000 ISBN 3-937872-08-6 S. 216f. Wolfgang Helck, Eberhard Otto (Ägyptologe): Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999, ISBN 3-447-04027-0 Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Münchner Ägyptologische Studien, Bd.
Qızıl antilop
Qızıl antilop (rus. Золотая антилопа) - 1954-cü ildə hind nağılının motivləri əsasında çəkilmiş sovet cizgi filmi.
Qızıl bazarı
Qızıl bazarı — beynəlxalq ödənişlərin, sənaye və məişət istehlakının, şəxsi yığımların, investisiyaların, risklərin sığortalanmasının, spekulyativ əməliyyatların həyata keçirilməsini təmin edən bazar. == Bazar növləri == Təşkilatlanma dərəcəsinə görə birja və birjadankənar qızıl bazarları fərqləndirilir. Qızıl digər əmtəə və maliyyə aktivləri ilə birlikdə birja ticarətinin obyektidir. Qızıl birja bazarı qiymətli metalların və qiymətli daşların mübadiləsi ilə təmsil olunan mütəşəkkil bazardır. Birjadankənar qızıl bazarları qızıl alveri ilə məşğul olmaq səlahiyyətinə malik bir neçə bankın konsorsiumu ilə təmsil olunur. Banklar alıcılarla satıcılar arasında vasitəçilik əməliyyatları aparır, orta bazar qiymət səviyyəsini müəyyənləşdirir, həmçinin təmizləmə, qızılın saxlanması, külçə istehsalı ilə məşğul olurlar.Paylanma dairəsinə görə dünya və daxili qızıl bazarları fərqləndirilir. Daxili qızıl bazarları, öz növbəsində, məhdudiyyətlərə münasibətdə azaddır və azad deyil. Hökumətin qızıl əməliyyatlarına tətbiq etdiyi valyuta məhdudiyyətlərinə cavab olaraq yaranan qızıl üçün "qara" bazarlar da mövcuddur. Hazırda dünyada 11-i Qərbi Avropada, 14-ü Amerikada, 19-u Asiyada, 8-i Afrikada olmaqla 50-dən çox qızıl bazarı fəaliyyət göstərir.Qlobal bazarlara London, Sürix, Nyu-York, Çikaqo, Syanqan (Honq Konq), Dubay və s. Daxili sərbəst bazarlar Paris, Hamburq, Frankfurt-am-Mayn, Amsterdam, Vyana, Milan, İstanbul, Rio-de-Janeyro bazarlarıdır; azad deyil (yerli, idarə olunan) — Afina və Qahirədə.
Qızıl bölgü
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. == Qızıl bölgünün tarixcəsi == Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Qızıl dövr
Qızıl dövr və ya Qızıl Əsr aşağıdakı mənalara gələ bilər: Qızıl Əsr (mifologiya) - türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Qızıl dövr (metafor) - bir siyasi-ictimai qurumun yüksək nailiyyətlər əldə etdiyi dövr. == Həmçinin bax == Altın əsr - Türkmənistanda göl.
Qızıl düzbucaqlı
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. == Qızıl bölgünün tarixcəsi == Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Qızıl dəftər
Qızıl dəftər — İngilis yazıçısı Doris Lessinqin 1962-ci ildə yazdığı roman. Romanda anti-müharibə və anti-Stalinist mesajlar, 1930-cu illərdən 1950-ci illərə qədər İngiltərədə kommunizm və Kommunist Partiyasının geniş təhlili və qönçələnməkdə olan cinsi inqilab və qadın azadlıq hərəkatlarının tədqiqi var. 2005-ci ildə TIME jurnalı "Qızıl dəftər"i 1923-cü ildən bəri ingilis dilli 100 ən yaxşı romandan biri adlandırdı. O, bir sıra başqa dillərə, o cümlədən fransız, polyak, italyan, isveç, macar və ivrit dillərinə tərcümə edilmişdir. == Süjet xətti == Qızıl dəftər yazıçı Anna Vulfun, həyatını qeyd etdiyi dörd dəftərin və onları beşinci, qızılı rəngli dəftərdə birləşdirmək cəhdinin hekayəsidir. Kitab Anna və onun rəfiqəsi Molli Ceykobsun, eləcə də onların uşaqlarının, keçmiş ərlərinin və sevgililərinin (Azad Qadınlar) həyatlarından real görünən povestin hissələrini Annanın qara rəngli dörd dəftərindən çıxarışlarla kəsişdirir. Rodeziya, İkinci Dünya Müharibəsindən əvvəl və onun ən çox satılan romanına ilham verən, qırmızı (Kommunist Partiyasının üzvü kimi təcrübəsi), sarı (Annanın öz hekayəsinin ağrılı sonu əsasında yazılan davam edən bir roman) sevgi macərası) və mavi (Annanın xatirələrini, xəyallarını və emosional həyatını qeyd etdiyi şəxsi jurnal). Hər notebook dörd dəfə geri qaytarılır, bir-biri ilə qarşılıqlı əlaqədə olan qeyri-xronoloji, üst-üstə düşən bölmələr yaradır. Bu postmodern üslub, personajları və oxucuları cəlb edən "oyun" məkanı ilə kitabın ən məşhur xüsusiyyətlərindən biridir, baxmayaraq ki, Lessinq oxucuların və rəyçilərin romandakı ciddi mövzulara diqqət yetirmələrini təkid edirdi. == Əsas mövzular == Lessinq öz ön sözündə romanda ən mühüm mövzunun parçalanma olduğunu iddia edirdi.
Qızıl ehtiyatları
Qızıl ehtiyatları — dövlət pul qurumlarının nəzarəti altında yüksək likvidli aktivlər . Pul qızılından və xarici valyuta fondlarından, xüsusi çəkilmə hüquqlarından, BVF-dəki ehtiyat mövqeyindən ibarətdir. == Qızıl-valyuta ehtiyatlarının quruluşu == === Xarici valyutada vəsait === Xarici valyutada olan fondlara aşağıdakılar daxildir: nağd xarici valyuta; müxbir hesablardakı qalıqlar, o cümlədən qızılda bölünməmiş metal hesablar; 1 ilədək ilkin vadəsi olan əmanətlər, o cümlədən - qızıl depozitlər, əks geri satın alma müqavilələri çərçivəsində verilən kreditlər, * * xaricdəki mərkəzi banklarla, Beynəlxalq Hesablaşmalar Bankı və ən azı uzunmüddətli kredit reytinqi olan digər qeyri-rezident kredit təşkilatları ilə. "Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına görə "A" (və ya "Moody's" reytinq agentliyinin təsnifatına görə "A2");"Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına əsasən "AA-" dan aşağı olmayan borc qiymətli kağızları (və ya borc qiymətli kağızları emitentləri) reytinqi olan qeyri-rezidentlər tərəfindən buraxılmış borc qiymətli kağızları »), Qeyri-rezidentlərə orijinal ödəmə müddəti 1 ilə qədər olan digər maliyyə tələbləri. == Tarixi == Əvvəllər dövlət ehtiyatları qızılla yaradılmışdı, lakin Bretton Woods konfransı nəticəsində Amerika Birləşmiş Ştatları, ABŞ dolları və qızıla çevrilmə öhdəliyi ilə ABŞ dollarına dünya valyutası olaraq dəstək verdi. Qızıl Standartdan sərbəst konversiyaya keçmə müddətində ABŞ dolları qızılla birlikdə dünya pulu növünə çevrildi. Ardından, 1971-ci ildə Bretton-Vuds sisteminin çökməsindən sonra, ABŞ dollarının qızıla çevrilməsindən imtina etdi, lakin qlobal əməliyyatlarda ABŞ dollarının üstünlük payını nəzərə alaraq, ABŞ dolları əsas ehtiyat valyutası olaraq qalır və əksər mərkəzi banklar böyük valyuta saxlamağa davam edir ABŞ dollarındakı beynəlxalq ehtiyat həcmi. Dünyadakı beynəlxalq ehtiyatların valyuta quruluşundakı dəyişiklik göstərir ki, XX və XIX əsrin əvvəllərində ABŞ və Böyük Britaniya valyutalarını ən çox möhkəmləndirdilər. Yalnız avronun yaradılması ilə Avropanın aparıcı kontinental ölkələri Rusiyanın fəal şəkildə qarşı çıxdığı bu qədər həddindən artıq möhkəmlənmə meylinə müqavimət göstərə bildilər. == Beynəlxalq ehtiyatların səviyyəsi == Qeydlər: Çin məlumatları üç ayda bir yeniləyir.
Qızıl ehtiyatı
Qızıl ehtiyatı — Ölkənin xəzinəsinə və ya Mərkəzi Emissiya Bankına məxsus olan, külçə və kəsilmiş pul şəklində saxlanılan ehtiyat qızıl fondu. Bir ton qızıl təxminən 32150.75 unsiyaya bərabərdir.
Qızıl hərisliyi
Qızıl hərisliyi, qızıl həyəcanı və ya qızıla hücum (ing. Gold rush) - Amerika Birləşmiş Ştatları və Avstraliyada XIX əsrdən etibarən, yerli əhalinin anidən varlanmaq səbəbi ilə qərbə üz tutması nəticəsində yaranmış kütləvi hərakat. Əsasən qızıl axtaranlar Braziliya, Kanada, Cənubi Afrika kimi ölkələrə səyahət etmişlər. Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında qızıl axtaranlar tərəfindən kütləvi ekspeditsiyalar təşkil edilmişdir. Bunlara misal olaraq, əsasən dağlıq ərazilərdə, yerləşən Nevada, Montana, Kaliforniya ştatlarını göstərmək olar. Qızıl hərisliyi rəsmi olaraq 1849-cu ildə Nevada ştatının Sierra Nevada dağından başlamışdır. == İlk kəşflər == XV-XVI əsrlərdə Amerikanın ispanlar və portuqilyalılar tərəfdindən işğalı konkista başlamışdır. Konkistanın əsas məqsədi Latın Amerikasında olan qızıl səpintilərini tapmaq olmuşdur. 1519-cu ilin 4 martında Ernan Kortesin komandanlığında olan 11 karavella Meksika körfəzinə doğru hərəkətə başladılar. Bu səfərlə Konkistanın tarixində ən amansız səfərlərdən biri başladı.
Qızıl həyəcanı
Qızıl hərisliyi, qızıl həyəcanı və ya qızıla hücum (ing. Gold rush) - Amerika Birləşmiş Ştatları və Avstraliyada XIX əsrdən etibarən, yerli əhalinin anidən varlanmaq səbəbi ilə qərbə üz tutması nəticəsində yaranmış kütləvi hərakat. Əsasən qızıl axtaranlar Braziliya, Kanada, Cənubi Afrika kimi ölkələrə səyahət etmişlər. Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında qızıl axtaranlar tərəfindən kütləvi ekspeditsiyalar təşkil edilmişdir. Bunlara misal olaraq, əsasən dağlıq ərazilərdə, yerləşən Nevada, Montana, Kaliforniya ştatlarını göstərmək olar. Qızıl hərisliyi rəsmi olaraq 1849-cu ildə Nevada ştatının Sierra Nevada dağından başlamışdır. == İlk kəşflər == XV-XVI əsrlərdə Amerikanın ispanlar və portuqilyalılar tərəfdindən işğalı konkista başlamışdır. Konkistanın əsas məqsədi Latın Amerikasında olan qızıl səpintilərini tapmaq olmuşdur. 1519-cu ilin 4 martında Ernan Kortesin komandanlığında olan 11 karavella Meksika körfəzinə doğru hərəkətə başladılar. Bu səfərlə Konkistanın tarixində ən amansız səfərlərdən biri başladı.
Qızıl kilsə
Qızıl kilsə (erm: Karmiravank) – Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığının 15 km Şimalında, Yağıkəsən kəndi ərazisində erkən orta əsrlər dövrünə aid kilsə. Kilsə kiçik bir çayın kənarında, ətrafında heç bir ağac olmayan hündür bir təpənin üstündə inşa edilmişdir. Kilsənin kilometrlərlə uzaqlıqdan görünən konik dam silueti, üfuqdəki dağ və təpələrlə uyğunluq təşkil edərək, əsrarəngiz bir görüntü əmələ gətirir. Kilsənin tarixiylə bağlı demək olar ki, heç nə məlum deyil. Sadəcə araşdırmaçılar binanın bir erkən orta əsr abidəsi olduğunu qeyd edirlər. Kilsə, XIX əsrə qədər Yağıkəsən kəndinin kilsəsi olaraq istifadə edilmiş və rəsmi qeydlərdə adı Surb Astvatsatzin (Məryəm ana kilsəsi) olaraq qeyd edilmişdir. 1877-ci il Rusiya – Osmanlı müharibəsində kilsə böyük ziyan görmüş, lakin sonradan dəyən zərər aradan qaldırılmışdır. Keşiş Salatiel Ter Davityanın kilsəni "öz əlləriylə" bərpa etməsi haqqında kilsənin giriş qapısı üstündəki kitabədə məluat verilir. 1920-ci ildə Yağıkəsən kəndinin əhalisi Qərbi Azərbaycan ərazisində qurulan qondarma Ermənistan SSR ərazisinə köçürülənə kimi kənd bir erməni kənd idi və kilsə də həmin kəndin sakinlərinə məxsus idi. Kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra isə kilsə tərk edilib.
Qızıl küçə
Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir. == Tarix == Keçmişdə, bu küçə Zlatnitska (çex.
Qızıl marka
Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi. Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi.Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.Birinci Dünya müharibəsinin başlaması ilə Alman imperiyası bir sıra çətinliklərlə üzləşdi. Onlardan biri müharibə aparmaq üçün böyük maliyyə xərcləri idi.
Qızıl medal
Qızıl medal — ümumilikdə ən yüksək uğuru təmsil edir. İlk olaraq hərbi rütbənin aşkarlanması kimi bəsit bir məqsədlə Hərbi-məqsədli istifadə edilmişdir. 18-ci əsrdən qızıl medallar mükafatlandırma məqsədi ilə cəmiyyət içərisində də istifadə edilməkdədir. İndiki dövürdə UNESCO və müxtəlif akademik cəmiyyətlər kimi bir çox təşkilat qızıl medalları illik olaraq ya da nadir vəziyyətlərdə təqdim edir. == Olimpiya Oyunları == Qızıl medal müasir Olimpiya oyunlarında qələbə qazananın mükafatını təmsil edir (medallar tarixi olimpiyadalarda verilmirdi). 1896-cı ildə də qələbə qazananların medalları gümüşdən idi. İlk üç sıra üçün qızıl-gümüş-bürünc proqramı 1904-cü il oyunlarında istifadə edilmişdir və günümüzdə bir çox idman təşkilatları tərəfindən mənimsənilmişdir. Medalların hazırlanması ev sahibi olan şəhərin məsuliyyəti altındadır. 1928-1968-ci illər arasında dizayn adətən eyni idi: ön tərəfində ev sahibi şəhər haqqında bir yazını təmsil edən dizayn Fiorentinalı sənətçi Giuseppe Cassioli tərəfindən dizayn edilmişdi; arxa tərəfində bir Olimpiya çempionu dizaynı var idi. 1972-2000-ci illər arasında, Cassiolinin dizaynı ön tərəfdə saxlanılıb arxa tərəfdə ev sahibi şəhərin öz dizaynı təsvir olundu.
Qızıl nisbət
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. == Qızıl bölgünün tarixcəsi == Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Qızıl Şəfəq
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. == Tarixi == 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Qızıl Əməliyyatı
Qızıl Əməliyyatı (ing. Operation Gold, həmçinin Operation Stopwatch — Saniyyə ölçən əməliyyatı) — 1950-ci illərin əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsi və İngiltərənin Gizli Kəşfiyyat Xidmətinin Sovet İttifaqının Almaniyadakı qərargahının telefon əlaqələrinə giriş əldə etmək üçün Qərbi Berlindən Şərqi Berlinə yeraltı tunel çəkmək üçün birgə kəşfiyyat əməliyyatı. Bu əməliyyat daha əvvəl Vyanada həyata keçirilən "Gümüş" Əməliyyatı layihəsinin daha mürəkkəb bir variantı idi.Amerikalı kəşfiyyatçılar dinləmələr zamanı SSRİ tərəfində hər hansı bir döyüş niyyətinin müzakirəsini eşitmək istəyirdilər və təxminən bir il telefon danışıqlarını dinləyə bildilər. Nəticədə təxminən 90.000 rabitə danışığını yazdılar. Sovet xüsusi xidmət orqanları "Qızıl Əməliyyatı" haqqında vaxtında məlumat almış və uğurlu cavab tədbirləri görmüşdülər. Dövlət Təhlükəsizlik Komitəsi əməliyyat barədə Corc Bleykdən məlumat almışdılar, lakin onu ifşa etməmək üçün 1956-cı il aprelin 12-nə qədər gözləməyi qərara aldılar. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Berlində mütəffiq qüvvələri yerləşdiyindən şəhər iki hissəyə bölünmüşdü. Qərbi Berlində əsasən ABŞ və İngiltərə, Şərqi Berlində isə SSRİ tərəfi hakim idi. Bu səbəbdən şəhər Soyuq müharibə illərində tərəflərin əsas mübarizə "poliqonuna" çevrilmişdi. Bu mübarizədə kəşfiyyat xidmətləri xüsusi fəallıq göstərirdilər.
"Artek"in bütün qızılı (film, 1965)
"Artek"in bütün qızılı — qısametrajlı sənədli televiziya filmi. Rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır. == Məzmun == Film uşaqlar üçün nəzərdə tutulmuşdur. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır.
"Ağ qızıl" ustaları (film, 1958)
"Ağ qızıl" ustaları — Muxtar Dadaşov tərəfindən 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
"Ağ qızıl" ustası (film, 1972)
"Ağ qızıl" ustası — Əhməd Abdullayev tərəfindən 1972-ci ildə çəkilmiş film. Film Azərbaycan Televiziyasında ("Ekran") tərəfindən istehsal edilmişdir.
1991 KONKAKAF Qızıl Kuboku
1991 KONKAKAF Qızıl Kuboku (ing. 1991 CONCACAF Gold Cup) — 1991-ci ilin 28 iyun – 7 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş ilk KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi əsas və əlavə vaxtı 0–0 hesabı ilə başa çatan final matçında Honduras milli futbol komandasını 4–3 hesabı ilə başa çatan penalti seriyasından sonra məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
1993 KONKAKAF Qızıl Kuboku
1993 KONKAKAF Qızıl Kuboku (ing. 1993 CONCACAF Gold Cup) — 1993-cü ilin 10 – 25 iyul tarixləri arasında ABŞ və Meksikada təşkil olunmuş sayca ikinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi təşkilatçı olkələrin iştirakı ilə keçən final matçında ABŞ milli futbol komandasını 4–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
1996 KONKAKAF Qızıl Kuboku
1996 KONKAKAF Qızıl Kuboku (ing. 1996 CONCACAF Gold Cup) — 1996-cı ilin 10 – 21 yanvar tarixləri arasında ABŞ-də təşkil olunmuş üçüncü KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Braziliya milli futbol komandasını 2–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
1998 KONKAKAF Qızıl Kuboku
1998 KONKAKAF Qızıl Kuboku (ing. 1998 CONCACAF Gold Cup) — 1998-ci ilin 1 – 15 fevral tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca dördüncü KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında ABŞ milli futbol komandasını 1–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
2015 KONKAKAF Qızıl Kuboku
2015 KONKAKAF Qızıl Kuboku (ing. 2015 CONCACAF Gold Cup) — 2015-ci ilin 7 – 26 iyul tarixləri arasında ABŞ və Kanadada təşkil olunmuş sayca on üçüncü KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Yamayka milli futbol komandasını 3–1 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
2017 KONKAKAF Qızıl Kuboku
2017 KONKAKAF Qızıl Kuboku (ing. 2017 CONCACAF Gold Cup) — 2017-ci ilin 7 – 26 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca on dördüncü KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında Yamayka milli futbol komandasını 2–1 hesabı ilə məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
Al-əlvan qızılxallı
Al-əlvan qızılxallı, Mikija ,Poladbaş qızılxallı? (lat. Oncorhynchus mykiss) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Göy qurşağı qızılbalığı və ya Polad baş (Oncorhynchus mykiss), 1882-ci ildə Şimal Amerikadan Avropaya gətirilmiş olan bir alabalıq növü. Balıq istehsalı üçün Avropalı alabalıq növlərindən çox daha uyğundur (25 dərəcə su istiliyi belə problemi olmaz) və ləzzətli və az sümüklü ətindən ötəri yemək balığı olaraq çox sevilər. Göy qurşağı qızılbalığı 80 sm uzunluğa və 10 kq ağırlığa vara bilər. Qaranlıq bir mənzərənin qarşısında dayansa yan tərəfindəki qırmızı xətti ilə gözə dəyər, amma işıqlıq bir mənzərənin qarşısında haradasa heç görülməz. Dərə qızılbalığına çox bənzər amma qırmızı nöqtələri onunkindən daha diqqətə çarpandır, başı daha qısadır və çənəsinin alt qisimi daha önə çıxıntılıdır. == Həyat tərzi == Polad başlar balaykən sürü olaraq yaşayarlar. Ancaq 3 kilo ağırlığa vardıqlarından sonra tək başlarına, özlərinə aid olaraq mənimsədikləri bir alan/sahə içərisində ovlanmağa başlarlar.
Al qızılgül və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.
Al və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
And qızılqazı
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Aralıq dənizi qızılquşu
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. == Yayılması == Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Avropa qızılsarmaşığı
Avropa qızılsarmaşığı (lat. Cuscuta europaea) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Avstraliya qızılsarmaşığı
Avstraliya qızılsarmaşığı (lat. Cuscuta australis) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Ağ qızılbalıq
Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır. == Morfoloji əlamətləri == Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır.
Ağ qızılgül
Ağ qızılgül (lat. Rosa alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Sibir, Avropa, Asiya və Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m olan koldur. Budaqları və gövdəsi möhkəm, qarmaqvari tikanlarla örtülmüşdür. Yarpaqları ellipsvari və ya tərs yumurtavari olmaqla 3-5 ədəddir. Yarpaqcıqlarının kənarı zəif dişlidir. Üst və alt hissədən zəif tükcüklərlə örtülüdür. Çiçəkləməsi may ayının əvvəllərindən başlayaraq iyun ayının axırına qədər davam edir. Bu növ vegetasiya müddətində bir dəfə çiçəkləyir.
Ağ qızılgül körpüsü
Ağ qızılgül körpüsü (lit. Baltosios rožės tiltas) — Litvanın Alitus şəhərində, Nemunas çayı üzərindəki piyada körpüsü. Litvanın ən yüksək piyada və velosiped körpüsüdür. 1899-cu il dəmir yolu körpüsünün sağlam qalan sütunları üzərində 2013-2015-ci illərdə tikilib. Kəndirlə tullanmaq üçün bir əyləncəli yerdir. == Yerləşməsi == Şəhərin mərkəzini I Alitus rayonu və çayın şərq sahilindəki kurqanla birləşdirir. Körpünün yanında “Çiçək” (lit. Lelijos žiedas) abidəsi var. Körpüdən axın üzrə yuxarıda Kanyuk körpüsü, aşağıda isə Antanas Yuozapaviçius körpüsü yerləşir. == Adı == Dəmir yolu körpüsünün adı olmçamıəşdır.
Ağsaqqal muymulu qızılquş

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 217.27 dəfə / 1 mln.
2002 •••• 154.18
2003 •••• 170.46
2004 ••••• 192.36
2005 •••• 172.75
2006 ••••• 199.34
2007 ••••• 196.84
2008 ••••• 181.98
2009 •••••• 254.37
2010 ••••••• 280.76
2011 •••••• 237.73
2012 ••••• 210.30
2013 ••••• 213.27
2014 ••••• 186.88
2015 •••••• 248.03
2016 •••• 151.85
2017 •••••• 225.51
2018 •••••• 248.56
2019 •••••• 253.70
2020 •••• 136.19

qızıl sözünün leksik mənası və izahı

  • 1 1. is. Rəngi sarı, bahalı bəzək şeyləri və s. qayrılan və dəyər vahidi kimi işlədilən qiymətli metal. Xalis qızıl. Qızıl mədəni. □ Qızıl bahasına – çox baha qiymətə. Qızıl suyuna çəkmək – qızıl olmayan metalın üstünə qızıl rəngi vermək. Qızıla tutmaq – qızıl ilə örtmək, qızıl ilə bəzəmək. // Sif. mənasında. Qızıldan qayrılmış. Qızıl üzük. Qızıl qolbaq. Qızıl diş. Qızıl pul. – [Onlar] qızıl avizələrlə bəzənmiş böyük salona girdilər. M.S.Ordubadi. // Sif. mənasında. Qızıl çərçivəyə salınmış, qızıla geydirilmiş, qızılla bəzədilmiş. Qızıl gözlük. Qızıl qaşlı xəncər. // is. Qızıldan qayrılmış şeylər; qızıl pul. 2. sif. Al, qırmızı. Şahin-şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi. 3. sif. məc. Bolşevik inqilabı, sosializm quruluşu, sovet sosialist üsuli-idarəsi ilə əlaqədar olan (bax qırmızı 3-cü mənada). □ Qızıl əsgər tar. – Qırmızı ordu döyüşçüsü. Hücum əmrini gözləyən hər bir qızıl əsgər bütün diqqətini toplayaraq, təyyarə səsini eşitməyə çalışırdı. M.S.Ordubadi. Qızıl Ordu – sovet ordusunun 1918-ci ildən 1946-cı ilə qədər adı. 4. sif. Qızıl rəngində olan, parlaq sarı, qızıl kimi bərq vuran. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə … doğru uzanmağa başlamışdı. A.Şaiq. Günəş sonra yavaş-yavaş qalxıb, … qızıl zərrələrini aləmə dağıdıb, bütün yatmışları oyatdı. S.S.Axundov. 5. sif. məc. Çox qiymətli, çox dəyərli, çox ləyaqətli, çox gözəl, çox yaxşı. [Nəbi kişi:] Bu dünyada bizim bu kolxoz adamının mislibərabəri hanı? – deyirdi. Qızıl kimi adamlardır, lap qızıl kimi! S.Rəhimov. □ Qızıl sözlər – çox ağıllı, faydalı sözlər, məsləhətlər və s. haqqında. Qızıl əllər – əlindən hər cür iş gələn, bacarıqlı, məharətli adam haqqında. Bağlanıb xalqa məhəbbətlə ürək telləriniz; Ağ qızıl yığdı məharətlə qızıl əlləriniz. S.Rüstəm. 6. sif. dan. Heç şeydən çəkinməyən, bozsifət, utanmaz. Qızıl adam. ◊ Qızıl yumurta bayramı – xristianların pasxa bayramının xalq arasında adı.

    Azərbaycan dilinin izahlı lüğəti / qızıl
  • 2 Bəzi mürəkkəb bitki və heyvan adlarının birinci tərkib hissəsi; məs.: qızılağac, qızılgül, qızılbalıq, qızılquş.

    Azərbaycan dilinin izahlı lüğəti / qızıl

qızıl sözünün etimologiyası

  • 1 “Qırmızı” deməkdir. Kök qız yox, qır olub. Metalın bu növü qırmızı olduğu üçün (rənginə görə) belə adlanıb; köz (qızmaq) sözü ilə bağlıdır (köz rəngində olan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qızıl

qızıl sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. QIZIL (sarı rəngli qiymətli metal) Gödəkboy, başının tükü tökülməyə üz qoymuş bir oğlan ötkəm-ötkəm danışdıqca qabaqdakı qızıl dişləri parıldayırdı (Ə.Vəliyev); ALTUN (köhn.) Nigara bir çox altun zinətlər və qiymətli daşlar gəldi (Çəmənzəminli); SARI (dan.) Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz (S.Rəhimov); ZƏR [Həmzə:] Ay-hay, yaxşı deyiblər ki, zər qədrini zərgər bilər (Ə.Qasımov). 2. qızıl bax al I

    Azərbaycan dilinin sinonimlər lüğəti / qızıl

qızıl sözünün omonimləri (çox mənalı sözlər)

qızıl sözünün rus dilinə tərcüməsi

  • 1 1. золото; 2. золотой; 3. красный;

    Azərbaycanca-rusca lüğət / qızıl
  • 2 I сущ. золото: 1. благородный металл желтого цвета. Saf qızıl чистое золото, sərbəst qızıl геол. самородное золото 2. изделия из этого металла 3. перен. о ком-л., о чём-л., отличающемся большими достоинствами. O, qızıldır он золото II прил. 1. золотой: 1) относящийся к золоту. Qızıl külçəsi золотой слиток, qızıl mədənləri золотые прииски (место разработки золота), экон. qızıl ehtiyatı золотой запас, qızıl fondu золотой фонд (золото в слитках и монетах, принадлежащее государству) 2) сделанный из золота. Qızıl qolbaq (bilərzik) золотой браслет, qızıl üzük золотое кольцо, qızıl saat золотые часы, qızıl sırğalar золотые серьги, qızıl sikkələr золотые монеты 3) содержащий золото. Qızıl yataqları золотые месторождения, qızıl qum золотой песок 4) цвета золота. Günəşin qızıl şəfəqləri золотые лучи солнца, qızıl hörüklər золотые косы, qızıl zəmilər золотые нивы, qızıl sünbül золотой колос 5) перен. прекрасный, замечательный. Qızıl adamdır золотой человек (о к омлибо), qızıl işçidir он золотой работник 2. красный. Qızıl bayraqlar красные знамёна (флаги, стяги); qızıl suyuna salmaq nəyi золотить, позолотить, покрывать, покрыть позолотой ◊ ağ qızıl белое золото (о хлопке), qara qızıl черное золото (о нефти); qızıl qiymətinə на вес золота; qızıl fond золотой фонд (о ком-, чем-л. особенно ценном). Ədəbiyyatın qızıl fonduna daxil olmuş əsərlər произведения, вошедшие в золотой фонд литературы, qızıl xəzinəsi золотая казна (в нар. поэзии: деньги, богатство), qızıla bərabər tutmaq (saymaq) kimi, nəyi ценить на вес золота кого, что; qızıl kimi sözlərdir золотые слова (об умных, дельных советах, словах); kimin əlləri qızıldır руки у кого золотые, qızıl qəlbli с золотым сердцем, золотой души (человек), qızıl taxt-tac vəd etmək kimə золотые горы обещать (сулить) к ому; qızıl payız золотая осень (осеняя пора, когда на деревьях еще не опали желтые листья), qızıl dövr (əsr) золотой век чего-л. (время расцвета науки, искусства и т.п. какого-л. народа). İncəsənətimizin qızıl dövrü золотой век нашего искусства; qızıl kimi: 1. точно, верно, правильно; 2. ценный, дорогой. Qızıl kimi vaxtını itirmək потерять золотое время; qızıl yumurta bayramı народное название Пасхи – религиозного праздника христиан (в речи азербайджанцев)

    Azərbaycanca-rusca lüğət / qızıl
  • 3 первая часть сложных слов, соответствующая русским: красно …; золото …; злато … Qızılbayraglı краснознаменный, qızılqanad златокрылый

    Azərbaycanca-rusca lüğət / qızıl

qızıl sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. gold; xalis ~ pure gold; ~ dan qayrılmış made of gold; ~ axtarmaq to prospect for gold, to dig* for gold; ◊ ürəyi ~ olmaq to have* a heart of gold; O, qızıl kimi adamdır He / She is as good as gold; Hər parlayan qızıl olmaz at. söz. All is not gold that glitters II. s. 1. gold; golden; ~ üzük / saat / qolbaq gold / ring / watch / bracelet: ~ pul gold coin; ~ ehtiyatı gold reserve; ◊ ~ dövr the Golden Age; ~ runo əs. the golden fleece; 2. red; ~ meydan Red Square; ~ bayraq Red Banner; ~ ordu Red Army

    Azərbaycanca-ingiliscə lüğət / qızıl

qızıl sözünün fransız dilinə tərcüməsi

qızıl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. къизил; xalis qızıl михьи (халис) къизил; // прил. къизилдин (мес. тупӀал, сас, цам); // qızıl bahasına къизилдин къиметдай, гзаф багьа къиметдай; qızıl suyuna çəkmək къизилдин яд гун; 2. прил. яру, ал (мес. иви); 3. прил. пер. яру; qızıl əsgər ист. яру аскер; 4. прил. къизилдин ранг алай, къизилди хьиз нур гудай, цӀарцӀар гудай, хъипи; 5. прил. пер. гзаф къимет авай, гзаф иер, гзаф хъсан, къизил хьтин (мес. кас); // qızıl sözlər къизил хьтин гафар, гзаф акьуллу, файдалу гафар, меслятар ва мс.; qızıl əllər къизил хьтин гъилер, гьар са кар алакьдай, зурба алакьун (устӀарвал) авай касдин гьакъинда; 6. прил. рах. са куьникайни чугварвал тийир, кӀеви ччин алай, регъуь тежер (мес. кас); ** qızıl yumurta bayramı яру каайрин сувар, христианрин пасха суварин тӀвар (рах.).

    Azərbaycanca-ləzgicə lüğəti / qızıl

qızıl sözünün türk dilinə tərcüməsi

qızıl sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Dastanlarda həm qiymətli metal, həm də qırmızı rəng mənasında işlənir. İsfahandan gələ qızıl almalar, Yaxşı olur yar yanına gəlmələr, İpək dəstərxanlar, qızıl bölmələr, Ortalıqdan qalxmaz bir xunum ola.                                   (“Səyyad və Sədət”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

Qiymətli metal. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam öz elimdə, Qızıl bazmandlar qolumda, Dəlilər sağü solumda, Bu günümdə tez olaydı.                        (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Bozalqanlı”) * Qanadlar alov kimi yanır, qızıl kimi parıldayırdı. (“Alı kişi”) Qırmızı. (“Koroğlu” dastanının lüğəti) Qızıl almanı dişləsin, Ətrafını gümüşləsin, Yol düşsün, karvan işləsin, Nigar yarın obasına.                         (”Koroğlunun Qars səfəri”)                   * Canım Eyvaz, gözüm Eyvaz, Bax o yana, bax bu yana! Hayıfdı, qoç dəlilərim, Boyanmasın qızıl qana!                        (“Koroğlunun Qars səfəri”) (“Koroğlu-Hümmət”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan qadın adlarının izahlı lüğəti.

qızıl kimi qiymətli; qırmızı.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"qızıl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qızıl nədir? #qızıl sözünün mənası #qızıl nə deməkdir? #qızıl sözünün izahı #qızıl sözünün yazılışı #qızıl necə yazılır? #qızıl sözünün düzgün yazılışı #qızıl leksik mənası #qızıl sözünün sinonimi #qızıl sözünün yaxın mənalı sözlər #qızıl sözünün əks mənası #qızıl sözünün etimologiyası #qızıl sözünün orfoqrafiyası #qızıl rusca #qızıl inglisça #qızıl fransızca #qızıl sözünün istifadəsi #sözlük