qızılbalıq sözü azərbaycan dilində

qızılbalıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qızılbalıq • 79.2453%
  • Qızılbalıq • 20.7547%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qızılbalıq
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Ağ qızılbalıq
Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır. == Morfoloji əlamətləri == Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır.
Qızılbalıqkimilər
Qızılbalıqkimilər (lat. Salmoniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bu dəstə siyənəyəbənzər əcdaddan başlanğıc götürüb. Uzunluğu 2,5 sm-dən 1,5 m-ə qədərdir. Üzgəcləri tikansızdır. Pulcuqları xırda olub bədən üzərində sıx yerləşmişdir. Bunların quyruq gövdəsi üzərində vəzifəsi aydın olmayan kiçik piy üzgəci olur. Yan xətt orqanı bütöv və ya yarımçıqdır. Skeletdə qığırdaq çoxdur. Geniş yayılıb, şimal və cənub yarımkürələrin soyuq və mötədil sularında yaşayırlar.
Qızılbalıqlar
Qızılbalıqlar (lat. Salmonidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Qızılbalıqlar soyuq su sevirlər. Buna görə də planetin şimal zonasında geniş yayılmış və balıqlar sinfinin ən qiymətli növlərini özündə birləşdirən qrupdur. Qızılbalıqları çəki kimi balıqlardan fərqləndirən ən xarakterik əlamət onların quyruq hissəsinin üstündə xırda piy üzgəcinin olmasıdır. Dünya sularında qızılbalıqların çoxlu miqdarda növləri yaşayır. Xəzər dənizində isə qızılbalıqlar fəsiləsinin 2 növünün nümayəndəsi — xəzər qızılbalığı və ağ qızılbalıq yaşayır. Xəzər qızılbalığı, xüsusilə onun Kür populyasiyası ətinin keyfiyyətinə, sürətlə böyüməsinə ve ölçüsünə görə qızılbalıqlar arasında birinci yerdə durur, lakin az saylı olduğu üçün balıq ovunda ikinci dərəcəli əhəmiyyət kəsb edir. Qızılbalıqlar olduqca maraqlı həyat tərzi keçirir.
Qızılbalıqxanıkimilər
Qızılbalıqxanıkimilər (lat. Percopsiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.37 dəfə / 1 mln.
2006 •••••••••••• 0.45
2007 ••••••••••• 0.42
2008 ••••••••••••• 0.49
2009 ••••• 0.16
2010 •••••••••••• 0.45
2011 ••••••••••• 0.43
2012 ••••••••• 0.34
2013 ••••••••••••••• 0.58
2014 ••••••••• 0.34
2015 ••••••••••••• 0.51
2017 ••••• 0.16
2018 •••••••••••• 0.45
2019 ••••••• 0.28
2020 •••••••••••••••••••• 0.80

qızılbalıq sözünün leksik mənası və izahı

  • 1 is. zool. Çəhrayı rəngli zərif əti olan, çox qiymətli iri balıq növü. Saysız-hesabsız … qızılbalıq və çox qiymətli başqa balıq cinsləri kürü tökmək üçün şimal çaylarına və eləcə də Sibir çaylarına çıxır. “Sualtı aləm”. Qızılbalıqlar quyruq üstə qalxır, ağızlarını açır və təpəsi aşağı özlərini suya vururdular. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / qızılbalıq

qızılbalıq sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. зоол. лосось (рыба из сем. лососевых с нежным розовым мясом) II прил. 1. лососёвый. Qızılbalıq kürüsü лососевая икра 2. лососиный; лососинный; лососий. Qızılbalıq toru лососинная сеть, qızılbalıq konservi лососиные консервы; qızılbalıq əti лососина

    Azərbaycanca-rusca lüğət / qızılbalıq

qızılbalıq sözünün inglis dilinə tərcüməsi

qızılbalıq sözünün fransız dilinə tərcüməsi

qızılbalıq sözünün ləzgi dilinə tərcüməsi

"qızılbalıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qızılbalıq nədir? #qızılbalıq sözünün mənası #qızılbalıq nə deməkdir? #qızılbalıq sözünün izahı #qızılbalıq sözünün yazılışı #qızılbalıq necə yazılır? #qızılbalıq sözünün düzgün yazılışı #qızılbalıq leksik mənası #qızılbalıq sözünün sinonimi #qızılbalıq sözünün yaxın mənalı sözlər #qızılbalıq sözünün əks mənası #qızılbalıq sözünün etimologiyası #qızılbalıq sözünün orfoqrafiyası #qızılbalıq rusca #qızılbalıq inglisça #qızılbalıq fransızca #qızılbalıq sözünün istifadəsi #sözlük