Qızılbaşlar sözü azərbaycan dilində

Qızılbaşlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qızılbaşlar • 50.9804%
  • qızılbaşlar • 49.0196%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qızılbaşlar
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Bolqarıstan qızılbaşları
Bolqarıstan qızılbaşları (bolq. български къзълбаши) — Bolqarıstan ərazisində yaşayan qızılbaş icması. Onların çoxu ya könüllü olaraq, ya da XV–XVII əsrlərdə Osmanlı hakimiyyəti tərəfindən Anadoludan deportasiya olunaraq Dobrucaya yerləşiblər. Qızılbaş camaatı Ludoqoriyedə də mövcuddur. Qızılbaşların çoxusu əslində kim olduqlarını gizlədirlər, ölkədə yaşayan türk və ya bolqarlara ortodoks sünni olduqlarını və ya kimin müraciət etdiyinə görə dəyişərək bəktaşi olduqlarını iddia edirlər. 1992-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 85,773 şiə yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == AHMED, Şabanali. DALKILIÇ, MEHMET (redaktor). BULGARİSTAN’DA ALEVİLİK (Yablanovo Örneği) (PDF) (türk). İSTANBUL: İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TEMEL İSLAM BİLİMLERİ. 2012.
Pəncab qızılbaşları
Pəncab qızılbaşları (Əli Rza Xanın ailəsi) — bir zamanlar Əfqanıstan və Pəncabda böyük nüfuza malik olan, əslən Şirvan ərazisindən olan qızılbaş əsilli ailə. Nəslin ən tanınmış nümayəndələrindən biri Əli Rza Xan Qızılbaş olmuşdur. O, Birinci ingilis-əfqan müharibəsi və hindistanda ingilislərə yardımı ilə seçilmişdir. Sərdar Əli Xan Rza Əli Xanın babası olmuşdur. O, Xəzər dənizi sahilində yerləşən Şirvan elini tərk edərən bölgəyə gəlmişdir. Onun babaları uzun zamanlar Şirvanda hakim mövqedsə olmuşlar. Nadir şah Əfşar Xorasanı ələ keçirdikdən sonra, 1738-ci ildə hindistana hücuma hazırlaşır. Bu zaman Əli Xanı və bir çox qızılbaş hakimlərinin onun səfərdə olmasından istifadə edərək çaxnaşma təşkil edəcəyindən ehtiyat edərək onlarıda Hindistana aparır. Əli Xan kompaniya müddətində orduda olur. Hindistandan qayıtdıqdan sonra Nadir şah onu Qəndəhara vali təyin edir.
Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش‎) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri, Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar. Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi. Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar, həmcinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər.

qızılbaşlar sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. истор. кызылбаши (объединение тюркских племен Малой Азии и Азербайджана в XV-XVI вв.; буквально: красноголовые; название их произошло от шапки с пурпурными полосками, которую носили кызылбаши)

    Azərbaycanca-rusca lüğət / qızılbaşlar

qızılbaşlar sözünün inglis dilinə tərcüməsi

Oxşar sözlər

#qızılbaşlar nədir? #qızılbaşlar sözünün mənası #qızılbaşlar nə deməkdir? #qızılbaşlar sözünün izahı #qızılbaşlar sözünün yazılışı #qızılbaşlar necə yazılır? #qızılbaşlar sözünün düzgün yazılışı #qızılbaşlar leksik mənası #qızılbaşlar sözünün sinonimi #qızılbaşlar sözünün yaxın mənalı sözlər #qızılbaşlar sözünün əks mənası #qızılbaşlar sözünün etimologiyası #qızılbaşlar sözünün orfoqrafiyası #qızılbaşlar rusca #qızılbaşlar inglisça #qızılbaşlar fransızca #qızılbaşlar sözünün istifadəsi #sözlük